Məhkəmə qərarları › İş №e-2(075)-194/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-194/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-194/2023 30.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh oğlu arasında 28 fevral 2006-cı il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 28 fevral 2006-cı il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan 24 sentyabr 2006-cı il təvəllüdlü Sabina adlı uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər səmimi ailə münasibətlərində yaşasalarda, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişdir. O, artıq azyaşlı uşağı ilə birlikdə Cavabdeh oğlundan ayrı yaşayır. Bundan sonra da ailələrinin bərpası mümkün deyildir. Bildirmişdir ki, aralarında bağlanmış nikahın pozulması, uşaq və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən qabaq Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesində onunla Cavabdeh oğlu arasında 28 fevral 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması və birgə nikahlarından olan övladları 24 sentyabr 2006-cı il təvəllüdlü X1 himayəsində qalması barədə aralarında 14 noyabr 2022-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Lakin aralarında bağlanmış nikahın pozulması mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmişdir ki, onun cavabdehdən birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün hər hansı aliment tələbi yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Lakin İddiaçı 13 dekabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh oğlu 16 dekabr 2022-ci il tarixdə yaşadığı Rusiya Federasiyası, Orenburq şəhərindən teleqram ünvanlayaraq İddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razılıq vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 05/Q-1658/69 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh oğlu ilə X4 arasında 28 fevral 2006-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Xəlfətova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2012-ci il tarixli, İİ-РА 607582 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, 24 sentyabr 2006-cı il təvəllüdlü X3 atası Cavabdeh oğlu, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2012-ci il tarixli, İ-РА 551909 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlunun X3 atası olması faktının müəyyən edilməsi akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 9 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh oğlu mediasiyada əldə olunmuş qarşılıqlı razılaşma əsasında, aralarında 28 fevral 2006-cı il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 24 sentyabr 2006-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasına razıdırlar. İddiaçı birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 24 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan aliment tələb etmir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 14 noyabr 2022-ci il tarixli, MŞŞ/1/01819 nömrəli protokoldan görünür ki, Cavabdeh oğlu və İddiaçı arasında mediasiya sessiyalarının keçirilməsi üçün İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat və tam mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. İşdə mövcud olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, İddiaçı ilə Cavabdeh oğlu nikahlarını 28 fevral 2006-cı il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan tərəflərin 24 sentyabr 2006-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlməmiş və uzun müddətdir ki, faktiki olaraq ayrılmışlar. İddiaçı ilə Cavabdeh oğlu arasında olan nikah formal xarakter daşıyır. Bundan sonra ailənin bərpası mümkün deyildir. Hər iki tərəf mediasiya prosesində nikahın pozulmasına, birgə nikahdan olan uşağın anasının himayəsində saxlanılmasına razı olmuşlar. Həmçinin iddiaçının cavabdehdən aliment tələbi olmamışdır. Göründüyü kimi iddiaçı Mediasiya şurasına müraciət edən zaman birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün hər-hansı aliment tələbi irəli sürməmişdir. Bundan başqa İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində, həmçinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli elektron ərizədə də aliment tələbi ilə bağlı hər hansı fikir bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələblərinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh oğlu ilə İddiaçı arasında 28 fevral 2006-cı il tarixdə bağlanmış 44 nömrəli nikah pozulmalı və Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsəsən İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahdan anadan olmuş uşaqları 24 sentyabr 2006-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasının razılaşdırılması və İddiaçı birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 24 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan aliment tələb etməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı himayəsində olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tələb etməməsi nəzərə alınmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115-ci maddəsində isə işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinə daxil olan hallar dəqiq olaraq göstərilmişdir. Lakin həmin maddədə mediasiya prosesinə çəkilən xərclər məhkəmə xərclərinə aid edilməmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Göründüyü kimi mediasiya prosesində bütün xərclər İddiaçı tərəfindən çəkilmişdir. İddiaçı mediasiya xərclərini ödədiyi və mediasiya prosesindən keçdiyi üçün onun iddiası məhkəmənin icraatına qəbul edilərək baxılmışdır. Buna görə də iddiaçı tərəfindən ödənilən xərclər iddiaçının özünə aid edilməlidir. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh oğlu ilə İddiaçı arasında 28 fevral 2006-cı il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 44 nömrəli nikah pozulsun. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsəsən İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahdan anadan olmuş uşaqları 24 sentyabr 2006-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasının razılaşdırılması və və İddiaçı birgə nikahlarından dünyaya gəlmiş uşaqları - 24 sentyabr 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan aliment tələb etməməsi nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Tərəflərə birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı 3 (üç) il ərzində iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar