Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1960/2023 24.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras qalmış, vərəsəlik yolu ilə 1/2 hissəsi paylı mülkiyyətinə keçməli olan və Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzildən istifadə hüquqlarını həyata keçirməyinə, həmçinin, həmin ünvanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına Cavabdeh tərəfindən törədilən maneəçiliklərin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə elektron ərizə ünvanlayaraq mərhum atası X7 miras qalmış, vərəsəlik yolu ilə ½ hissəsi paylı mülkiyyətinə keçməli olan və Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri aparmasına Cavabdeh tərəfindən törödilən maneəçiliklərin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X15 09 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun vərəsələri kimi o və atasının anasından sonrakı arvadı olan iş üzrə cavabdeh İsayeva (Zərgərova) Yeganə Adi qızı qalmışdır. O, sağlığında atası X9 qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmişdir, ümumiyyətlə atasının yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də, o, atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onun atası X9 vəfat etdiyi günə, yəni 09 iyun 2022-ci il tarixə ondan Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzil miras qalmışdır. Həmin miras əmlakdan payının müəyyən edilməsi üçün nümayəndəsi vasitəsi ilə Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən mərhum atası X7 qalmış miras əmlaka dair vərəsəlik işi açılmış və atası X7 qalmış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 28 sentyabr 2022-ci il tarixli, 3731 nömrəli məktub göndərilmişdir. Bundan sonrakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə etdiyimiz növbəti 22 fevral 2023-cü il tarixli onlayn müraciəti ilə bağlı nümayəndəsinə 13 iyun 2023-cü il tarixli imtina məktubu göndərilmişdir. Buna səbəb həmin evdə yaşayan Cavabdeh ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına imkan verməməsi olmuşdur. Həmçinin, onun Cavabdeh həmin mənzildən istifadəsinə maneəçilikər yaradır. Göründüyü kimi mübahisə predmeti olan mənzil ½ hissədə onun miras payıdır və onun həmin mənzildən göstərilən hissədə gözlənilən mülkiyyət hüququ vardır. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Bildirmişdir ki, mərhum atası X3, yəni 26 sentyabr 2019-cu il tarixdə mülkiyyətində olan Şəki şəhəri, 20 Yanvar küçəsindəki 56 nömrəli binada yerləşən 36 nömrəli mənzili ona vəsiyyət etmiş, bununla bağlı 26 sentyabr 2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə imzalanmışdır. Yaranmış vəziyyətdə cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini onun tələb etmək hüququ vardır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı 21 avqust 2023-cü il tarixdə məhkəmə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyit yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 iyun 2023-cü il tarixli, 3-21-3-39/2-1982/2023 saylı bildirişindən görünür ki, mərhum X9 adına olan ünvan 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 22 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müayinə - ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respulikası Qanunun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmış, lakin mübahisə olmaqla çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədildiyindən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respulikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 28 sentyabr 2022-ci il tarixli, 3731 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X9 vərəsəsi İddiaçı ərizəsi əsasında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində mərhumdan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi xahiş edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 sentyabr 2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X15 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı qızı İddiaçı vəsiyyət etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 fevral 2023-cü il tarixli, AZ-İİ 335909 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 09 iyun 2022-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 464 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 yanvar 1989-cu il tarixli, XİV-ЖГ 277167 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü X5 atası X15, anası X4r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X9 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 30 iyun 2022-ci il tarixli, 05/Q-915/69 nömrəli doğum haqqında akt qeydindən görünür ki, 27 aprel 1952-ci il təvəllüdlü X9 atası X16, anası X2r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 12 oktyabr 2000-ci il tarixli, AZ-İ 081164 seriya nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X11 12 oktyabr 2000-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 442 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 10 avqust 2001-ci il tarixli, AZ-İ 126104 seriya nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X1 09 avqust 2001-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 344 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 16 fevral 2023-cü il tarixli, 500 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X9 vərəsəsi İddiaçı ərizəsi əsasında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və daşınmaz əmlakın yüklülüyü barədə arayış verilməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Cavabdeh İddiaçı ögey anasıdır. İddiaçının mərhum atası X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak hazırda iddiaçı və cavabdehə miras qalmışdır. İddiaçı mərhum atasının mülkiyyətində olmuş mənzili vərəsəlik yolu ilə öz adına rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən mənzildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyit yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmiş, daşınmaz əmlakın vərəsəlik yolu ilə mərhumun vərəsəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X14 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini cavabdeh X8 inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X12 məxsus Şəki şəhər, 20 Yanvar küçəsi, ev 56 ünvanında yerləşən 31 nömrəli mənzilə baxış keçirməklərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X12 məxsus Şəki şəhər, 20 Yanvar küçəsi, ev 56 ünvanında yerləşən 31 nömrəli mənzilə baxış keçirməklərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1960/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1960/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver