Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1972/2024 28.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Şəki Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi Əhmədli Mətin Əsgər oğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1972/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-1682/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin ona aid hissədə, onun vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1- 341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarının ləğv edilməsi, onun Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsi, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 1000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 05 avqust 2024-cü il tarixdə, 2(075)- 1972/2024 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin iddia ərizəsinin birləşdirilib bir icraatda baxılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, hazırda Şəki Rayon Məhkəməsində hakim Kamran Musayevin icraatında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməsinə dair mülki iş vardır və həmin işin hazırlıq iclası 20 avqust 2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Hesab edir ki, hazırda həmin mülki işlər əlaqəlidir və hər iki işin birləşdirilib bir icraatda baxılması zəruridir. Məhkəmə iclasında cavabdeh “Şəki Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsin etirazı olmadığını bildirdi. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1682/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, vəsatətin dəlilləri ilə razılaşaraq hesab edir ki, mülki işlərə baxılma tezliyinin təmin olunması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və tərəflərin hüquqlarının təmin edilməsinin zərurətini nəzərə alaraq, hesab edir ki, mülki işlər bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı" tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1972/2024 saylı mülki iş İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1682/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1972/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1972/2024
28.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver