Məhkəmə qərarları › İş №e-2(075)-1975/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1975/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1975/2022 01.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətindən istifadə ilə bağlı törədilən maneələrin aradan qaldırılması, onun Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda yerləşən paylı mülkiyyət huququ olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda fərdi yaşayış evi üzərində onun paylı mülkiyyət hüququ vardır. Atası vəfat etdikdən sonra analığı Cavabdeh, onu evə buraxmır və həyətdən istifadəsinə maneələr törədir. Həmin evdə onun qeydiyyatı da var. Hazırda kirayələrdə yaşayır. Mülkiyyətində olan evə getdiyi zaman cavabdehlər ona şər atır, söyür və hədələyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək bildirdi ki, iddiaçı onun atasıdır. Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda fərdi yaşayış evi üzərində iddiaçının paylı mülkiyyət hüququ vardır. Evin digər paylı mülkiyətçilərindən yalnız cavabdeh və X1. Digər mülkiyətçilər dünyalarını dəyişmişlər. Cavabdeh onun atasına həmin evdə yaşamağa icazə vermir, maneələr yaradır. Belə ki, cavabdeh evin açarlarını vermir, həyətdən istifadəsinə, evə girməsinə maneələr törədir. Həmin evdə onunda qeydiyyatı olmağına baxmayaraq, öz evinə girə bilmir. Kirayələrdə yaşayır. Hətta biryerdə qalmaqlarını təklif etsə də, cavabdeh bununla razılaşmır. İddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı onun oğey oğludur. Evin digər mülkiyətçiləri dünyasını dəyişmişlər, iddiaçı və ondan başqa sağ qalan yalnız X3r. İddiaçı dəfələrlə onu döymüşdür. Onunla bir evdə yaşamaq mümkün deyil. Evdə hal-hazırda ümumiyyətlə yaşayış yoxdur. İddiaçıdan qorxduğu üçün evə buraxmır. Qarşı tərəflə birlikdə yaşamaq istəmir. Dəfələrlə onu döydüyünə görə polisə müracit etmişdir. Bu gündən sonra da iddiaçını evə buraxmayacaq. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə müraciət etdiyi elektron iddia ərizəsində X4 qarşı heç bir tələb irəli sürməmiş, onu cavabdeh qismində göstərməmişdir. Evin mülkiyətçilərindən sağ qalan iddiaçı və cavabdehdən başqa yalnız X8 olduğundan və hazırki iş onun maraqlarına toxunduğundan məhkəmə X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 bildirdi ki, evin mülkiyətçilərindən biridə odur. Digər mülkiyətçilər uzun müddətdir ki, ölmüşlər. O, da ddiaçının evə girməyini istəmir. Evin satılıb özlərinə düşən payı götürmək istəsələr də, iddiaçı evin satilmasına razı deyildir. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına rəsmiləşdirilmiş çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda yerləşən ümumi sahəsi 57.80 kv.metr olan fərdi yaşayış evinin və 0,0803 hektar ölçüdə torpaq sahəsinin 1/6-in 4/6 hissəsi İddiaçı, 1/6-in 1/6 hissəsi Cavabdeh, 1/6-in 1/6 hissəsi X2, 5/6 hissəsi ümumi birgə İmmi İsa qızının, 5/6 hissəsi ümumi birgə X10, 5/6 hissəsi ümumi birgə X6, 5/6 hissəsi ümumi birgə X9, 5/6 hissəsi ümumi birgə İqlimə Məmməd qızının mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli ayayışdan görünür ki, İddiaçı, Şəki rayonu, Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda yerləşən ümumi sahəsi 57.80 kv.metr olan fərdi yaşayış evinin və 0,0803 hektar ölçüdə torpaq sahəsinin 1/6-in 4/6 hissəsi İddiaçı, 1/6-in 1/6 hissəsi Cavabdeh, 1/6-in 1/6 hissəsi X2, 5/6 hissəsi ümumi birgə İmmi İsa qızının, 5/6 hissəsi ümumi birgə X10, 5/6 hissəsi ümumi birgə X6, 5/6 hissəsi ümumi birgə X9, 5/6 hissəsi ümumi birgə İqlimə Məmməd qızının paylı mülkiyyətindədir. İddiaçı həmin evdə qeydiyyatdadır. Lakin cavabdeh onu sözügedən evə buraxmamaqla onun öz mülkiyyətindən istifadə etməsinə maneələr yaradırlar. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 43-cü mаddəsinin İ hissəsinə əsаsən heç kəs yaşadığı mənildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan isifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsaəsn həmin Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evin mülkiyətçilərindən biridir və onun həmin evdə yaşamaq hüququ vardır. Belə olan təqdirdə, iddiaçının həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, mübahisəli evə köçürülməli və onun həmin evdən istifadəsinə maneələr törədilməsi cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı paylı mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və onun həmin evdən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Şəki şəhəri, X18 küçəsi, dalan 2, ev 29 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün və onun həmin evdən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar