Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1977/2025 13.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş **********11-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan əmisi X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, xx xxxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Yaşadığı ev onun atası X6 və əmisi X5 paylı mülkiyyətlərindədir. Bununla bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə **********11-10301 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda onlar bir ailə olaraq həmin evlə bağlı lazımi sənədləşmə işləri aparmaq istəyirlər, lakin, əmisi X5 paylı mülkiyyətçi olması çətinliklər yaradır. Belə ki, X3 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, əmisi X3 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet ordu sıralarına göndərilmiş və X8 döyüşlərdə həlak olmuşdur. 04 mart 1948-ci il tarixdə Şəki rayon Hərbi X1 X8 həlak olması barədə SSRİ Müdafi Nazirliyindən bildiriş daxil olmuşdur. Artıq əmisi X7 yaşamır. Ona görə də məcburiyyət qarşısında qalaraq X5 ölmüş elan edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X16 Xidmət Mərkəzində Şəki Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadəsinə istinad edir: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli və 03 oktyabr 2025-ci il tarixli məktublarından görünür ki, X7 1941-ci ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet ordu sıralarına göndərilmiş, 1943-cü il dekabr ayında X8 döyüşlərdə itkin düşmüşdür. 04 mart 1948-ci il tarixdə Şəki rayon Hərbi X1 X8 həlak olması barədə SSRİ Müdafi Nazirliyindən bildiriş daxil olmuşdur. -Doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə anadan olmuş, atası X9, anası X4r. -Ölüm haqqında şəhadətnamədən görünür ki, 1926-cı il təvəllüdlü X9 07 fevral 1996cı ildə vəfat etmişdir. -Hüququn ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışdan məlum olur ki, ƏMDK yanında DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş **********11-10301 reyestr nömrəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0775 ha torpaq sahəsi X6 və X5 ümumi birgə mülkiyyətindədir. - ƏMDK yanında DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin 01 oktyabr 2025-ci il tarixli məktubuna ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0775 ha torpaq sahəsinə dair 1940-ci illərə aid torpaq qeydi, həmçinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya pasportu əlavə edilmişdir. Həmin sənədlərdə mülkiyyətçi kimi X9 və X7 qeyd edilmişdir. - X16 Xidmət Mərkəzində Şəki Rayon Qeydiyyat şöbəsinin 07 iyul 2025-ci il tarixli məktubundan aydın olur ki, X5 ölümü barədə arayışın verilməsi mümkün olmamışdır. - Şəki rayon qeydiyyat şöbəsinin 10 sentyabr 2025-ci il tarixli məktubundan aydın olur ki, 1921-ci il təvəllüdlü X5 doğum və ölüm, X6 doğum akt qeydi, onun vərəsələri barədə məlumat aşkar edilməmişdir. -Şəki ŞRPŞ-nin 12 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, 1921-ci ildə Nuxa şəhərində anadan olmuş, 1945-ci ildə vəfat etmiş X7 barəsində şöbədə hər hansı məlumat aşkar olunmamışdır. - X16 Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu Əli Hacıyevin 02 iyun 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərarından görünür ki, Ərizəçi mərhum atası Əhəd Məmmədovdan miras qalmış əmlaka dair paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi onun dayısı oğludur. Mərhum nənəsi Həvvadan dayısı Osman Məmmədovun 1941-ci ildə müharibəyə getdiyini və qayıtmadığını eşitmişdir. Onun qara kağızının 1948-ci ildə gəldiyini demişdir. Bundan başqa Şeyx və Paşa adlı əmilərinin də 1941-1945-ci illərdə müharibəyə getdiyini və qayıtmadığını o biri nənəsi ona demişdir. Osman Məmmədov müharibəyə gedəndə subay olmuş, onun ailəsi olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının MPM-in: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə tələbi əsaslıdır. Müəyyən olunur ki, ərizəçinin əmisi X3 rayon Hərbi X2 1941-ci ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet ordu sıralarına göndərilmiş, 1943-cü il dekabr ayında X8 döyüşlərdə itkin düşmüş, 04 mart 1948-ci il tarixdə Şəki rayon Hərbi X1 X8 həlak olması barədə SSRİ Müdafi Nazirliyindən bildiriş daxil olmuşdur. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş **********11-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən evi ərizəçinin atası Əhəd Məmmədov ilə əmisi Osman Məmmədovun ümumi birgə mülkiyyətindədir. Həmin əmlaka dair hüquqların qeydiyyatı zamanı əmisinin ölümünə dair sənəd olmadığından çətinliklə qarşılaşmışdır. Məhkəmə, ərizəçinin izahatını, işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş **********11-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan əmisi X7 ölmüş elan edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilmişdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 227, 358- 360 və 362-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş **********11-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan əmisi X7 ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1977/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1977/2025
13.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver