Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-198/2023 18.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə oğlunun, cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 27 iyul 2015-ci il tarixdə X8 "feldşer" ixtisası üzrə bitirmişdir. 01 dekabr 2015-ci il tarixdən Balakən MRX üzrə Roçəhməd KTMdə feldşer vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Ailə vəziyyəti ilə əlaqədar Şəki şəhərinə köçməli olmuşdur. Yaşayış yerini dəyişdiyi üçün iş yerinin də Şəki MRX-yə dəyişdirilməsi ilə bağlı böyük cəhdlər etsə də bunun mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən 03 fevral 2022-ci il tarixdə işdən məcburi çıxmalı olmuşdur. Daha sonra 18 mart 2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul olunmaq üçün müraciət etmiş, müraciəti aidiyyəti üzrə vakant vəzifə olduğu və məqsədə uyğun hesab edildiyi təqdirdə işlə təmin olunması üçün Şəki RMX-yə yönəldilmişdir. İşlə təmin olunması üçün Sertifikasiya şəhadətnaməsi tələb edildiyi üçün 10 iyun 2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona respublika ərazisində feldşer ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 13 iyun 2027-ci il tarixədək icazə verilmişdir. 16 iyun 2022ci il tarixdən Şəki RMX PHŞ-nin Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir nöqsana yol verməmişdir. Lakin Şəki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləinə xitam verilmişdir. Sözügedən əmrlə razılaşmadığım üçün müvafiq instansiyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Səki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişədirm. Lakin mediasiya mərhələsində razılıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. Həmçinin başlıca nəzərə alınmalı nüans ondan ibarətdir ki, o, hamilə olduğu, halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, bütün qanunvericilik aktları ilə yanaşı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində hamilə qadınlara geniş güzəştlər və imtiyazlar nəzərdə tutulur. Ona görə də hesab edir ki, Cavabdehn 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmri qanunsuz hesab edilməklə ləğv edilməli və ona məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə işə bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi xx.xx.2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı işdən azad olunan vaxt hamilə olmuşdur. Əmək Məcəlləsinin 79 və 240-cı maddələri isə hamilə qadınla əməq müqaviləsinə xitam edilməsini qadağan edir. Bundan başqa iddiaçı 5 ildən çox Balakən rayonunda işləməsi nəzərə alınmamış, işlədiyi dövrdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Hesab edir ki, iddiaçı ilə ümumiyyətlə müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanaraq Cavabdehn Cərrahiyyə şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd edilən müddət bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Yəni müqavilə tərəflərinin razılıqları olmadığından əmək müqaviləsinin müddəti uzadılmayıb. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi xx.xx.2022ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli, 985 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli, 1686 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17 iyun 2022-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, 17 sentyabr 2022-ci il tarixədə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 04 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı və «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmişlər. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 17 sentyabr 2022-ci il tarixədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” X6 16 sentyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 17 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 240-cı maddəsinə əsasən Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsi hamilə qadınların həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edir. Eyni zamanda Məcəllənin 240-cı maddəsinə əsasən işçinin hamilə olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X9 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-198/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-198/2023
18.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver