Məhkəmə qərarları › İş №e-2(075)-1987/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1987/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1987/2025 21.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızı, Ərizəçi oğlunun “qohumluq faktının və doğum faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi olmaqla “qohumluq faktının və doğum faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçinin yaşayış yerini elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən etmək mümkün olmur. Belə ki, Ərizəçi oğlunun ərizəsindən görünür ki, ərizədə onun Rusiya Federasiyası, Volqoqrad Vilayəti, Kalaç-Don şəhəri, Moskva döngəsi, ev 6, mənzil 13 ünvanında yaşadığı göstərilmişdir. Göründüyü kimi, MPM-in 309.1-ci maddəsinin tələblərinə əsasən ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. Belə olan halda da ərizənin icraatı qeyrimümkündür. Bütün bunlara görə də ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçiyə göstərilənlərə əməl etməklə yenidən aidiyyəti məhkəməyə müraciət edə bilmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Ərizəçi “qohumluq faktının və doğum faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova İş № 2(075)-1987/2025 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 21 iyul 2025-ci il Şəki şəhəri Şəki Rayon Məhkəməsinin hakimi Məmmədova Pərvanə Əziz qızı, Ərizəçi oğlunun “qohumluq faktının və doğum faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyü məsələsinə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edildi. Prosessual hərəkət saat 16:00-da başlandı. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edildi. Prosessual hərəkət saat 16:10-da başa çatdı. Protokol 21 iyul 2025-ci il tarixdə tərtib edilmişdir. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar