Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-201/2025 21.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Saylı Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının yuxarı dərəcə ilə hesablanması və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tədris etdiyi 6 saat dərs yükünə görə əmək haqqının yuxarı dərəcə ilə hesablanması və 2021-ci ildən bu vaxta qədər olan 6 saat dərs yükünə görə hesablanmalı olan 1800 AZN maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 3 may 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1980-cı ildə keçmiş U.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstituna qəbul olmuşdur. 1984-cü ildə həmin İnstitutu bitirmişdir. İnstitutu bitirdikdən sonra Şəki rayon Baş Göynük kənd 1 №-li orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Artıq 40 ildir ki, həmin məktəbdə işləyir. 2003-cü ildən etibarən müəllim və psixoloq kimi fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filalında yenidən hazırlanma kursunda Psixologiya üzrə tam kursu bitirmişdir. 2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilərkən onun sənədlərini hazırlayaraq X1 göndərməmişdilər. Onun Təhsil Nazirliyinə və Şəki Təhsil Şöbəsinə dəfələrlə müraciət etməyinin heç bir nəticəsi olmamışdır. Onun bir müəllim kimi hüquqlarını pozaraq dərs tədris etməyinə imkan verməmişdirlər. O, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmiş və məhkəmə 6 saat dərs tədris etməyi barədə ədalətli qərar çıxarmışdır. Məhkəmənin qərarı ilə tədris etdiyi 6 saat dərsin əmək haqqı aşağı dərəcə ilə hesablanmışdır. O, əmək haqqının yüksək dərəcə ilə hesablanması üçün 2019-cu ildə yenidən məhkəməyə müraciət etmiş və məhkəmə iddianı təmin etməyərək MİQ imtahanından keçəcəyi təqdirdə əmək haqqının artacağını bildirmişdir. O, 2021-ci ildə MİQ imtahanından keçmiş və yenə də əmək haqqında heç bir artım olmamışdır. Təkrar Təhsil Sektoruna Şəki Zaqatala regional Təhsil İdarəsinə müraciət etmiş, müraciətinin heç bir nəticəsi olmamışdır. Təhsil İdarəsində İqdisadi məsələlər üzrə müavin Araz Babayev əmək haqqının yuxarı dərəcə ilə hesablanması üçün işdən çıxaraq vakant yerə müəllim getməlisən deyə bildirmişdir. Araz Babayevin heç bir məntiqə sığmayan, 40 il işlədiyi məktəbdən çıxsa, əmək haqqı artacağı təklifinə əlbəttə ki razılaşmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iş yeri və fəaliyyəti ilə bağlı qəbul edilmiş müvafiq qərarlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun şəkildə həyata keçirilmişdir. İddiaçının qeyd etdiyi, yəni əmək haqqının yenidən hesablanması, artımla verilməsi və maddi kompensiya ilə tələbi isə heç bir hüquqi əsaslara malik deyil. Göstərilənlərə əsaslanaraq iddiaçının iş rejimi, dərs yükü və digər əmək münasibətləri ilə bağlı məsələlər “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli, 396 nömrəli və “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, KQ-05 nömrəli Qərarlarına, eləcə də digər müvafiq normativ sənədlərlə (normativ sənədlər elektron kabinet vasitəsi ilə yüklənmişdir) tənzimləndiyindən iddia tələbində göstərilən hallar əmək qanunvericiliyinə uyğun hesab edilmədiyi üçün iddianı əssasız hesab edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş elektron arayışdan görünür ki, İddiaçı 2021-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanından texnologiya fənni üzrə 24 bal toplamışdır. - Şəki Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(075)-1137/2018 nömrəli qətnaməsindən görünür ki, 6 saat dərs yükünün trafikasiyaya salınaraq İddiaçı verilməsi və 2017-2018-ci tədris ilinin sentyabr ayından həmin 6 saat dərs yükünə görə əmək haqqının hesablanaraq ona ödənilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(075)-4118/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbində 15 sentyabr 2018-ci il tarixdən 6 saat dərs yükü verilməklə tədris fəaliyyətinin davam etdirilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(075)-550/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 15 sentyabr 2022-ci il tarixdən etibarən 6 saat dərs yükünün trafikasiyaya salınaraq verilməsi və dərs yükünə görə əmək haqqının hesablanaraq ona ödənilməsi qət edimişdir. -18 sentyabr 2023-cü il tarixli MŞŞ/MT018/2024-01597 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 18 sentyabr 2024-cü il tarixdə 15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biridir. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə haqqı, tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2023-cü il tarixli KQ-05 saylı qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın: 1.1. Bu Qaydalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrinə (bundan sonra – təhsil müəssisələri) müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyən edir. 1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. 2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir. 2.5. Test imtahanında namizədlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına aid 40 (qırx) sual, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri və s.) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri və s.) aid 20 (iyirmi) sual təqdim edilir. 2.12. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. 2.13. Namizədlər 8 (səkkiz) vakant yer seçə bilərlər. Vakant yerlərin seçiminə ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlər buraxılır. 2.14. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: 2.14.1. ümumtəhsil proqramı üzrə toplanılan bal; 2.14.2. təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi); 2.14.3. ali və ya orta ixtisas təhsilini fərqlənmə ilə bitirmə; 2.14.4. pedaqoji staj. 2.15. 2.14-cü bəndə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır. 2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.
4. İşə qəbul və yerdəyişmə müsabiqəsinin nəticələri. İşə qəbul və yerdəyişmə müsabiqəsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illərdir ki, Şəki Rayonu Baş Göynük kənd 1 №-li tam orta məktəbdə psixoloq və texnologiya müəllimi vəzifəsində çalışır. İddiaçı bildirir ki, ona bildirmişlər ki, əgər MİQ imtahanında iştirak etsə onun maaşı yüksək dərəcə ilə hesablanacaqdır. Cavabdeh isə bildirir ki, iddiaçı MİQ imtahanının yalnız test mərhələsində iştirak etmiş, minimum balı belə toplamamışdır. Bu isə onun maaşının artması üçün əsas ola bilməz. Yuxarıda qeyd edilən “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”ından da göründüyü kimi, qeyd edilən MİQ imtahanı 2 mərhələdən ibarətdir. Həmin mərhələlər test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Birinci, yəni test mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər mümkün vakant yerləri seçdikdən sonra müsahibə mərhələsinə buraxılırlar. İddiaçı isə yalnız birinci mərhələdə iştirak etmiş, minimum balı belə toplamamışdır. Lakin iddiaçı hesab edir ki, imtahanda iştirak etməsi onun maaşının artması ilə nəticələnməlidir. İddiaçının tələbi hər hansı qanunvericilik aktı ilə öz təsdiqini tapmadığından iddia tələbi “6 saat dərs yükünə görə əmək haqqının yuxarı dərəcə ilə hesablanması” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin ikinci “6 saat dərs yükünə görə hesablanmalı olan 1800 manat maddi ziyanın ödənilməsi” hissəsi iddia tələbinin birinci hissəsi ilə əlaqəli olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən, iddia tələbi maddi ziyanın tutulması hissəsində də təmin edilməməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdehnə qarşı “əmək haqqının yuxarı dərəcə ilə hesablanması və maddi ziyanın tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Musayev