Məhkəmə qərarları › İş №e-2(075)-2073/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2073/2025

12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2073/2025 12.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixində ölmüş atası X9 miras qalmış Şəki şəhəri F.Sadıqov küçəsi ev 22A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0947 ha torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 sonradan əlavə ərizəçi qismində işə cəlb edilmişdir. Ərizə onunla əsaslandırılır ki, ünvan 3 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0947 ha həyətyanı torpaq sahəsi xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən X19 məxsusdur. Ərizəçi1 - atası X26 xx.xx.1985-ci il tarixində, anası X4 isə xx.xx.1997-ci il tarixində vəfat ediblər. X26 öldükdən sonra onun aşağıdakı vərəsələri qalmışdır: 1.Əhmədova (Kərimova) Rəna Əhməd qızı 2. X27 (vəfat edib) 3. X28 (vəfat edib) 4. X10 5. Ərizəçi1. Atasından miras qalmış ünvan 3 ünvanında yerləşən evdə doğulub boya-başa çatmış, həmin evdə yaşamış və hazırda da ailə üzvləri ilə birlikdə yaşayır. Atasının ölümündən sonra həmin evə sahiblik etmiş, abadlıq işləri görmüş, bütün təmir-tikinti işlərini aparmış, miras əmlakı faktiki idarə etməyə başlamışdır. Göründüyü kimi miras tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bildirmək istəyir ki, Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinə müraciət edərək xx.xx.1985-ci il tarixində ölmüş atası X9 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Notariat Ofisinin xüsusi notariusu Əli Hacıyevin 25 iyul 2025-ci il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin qərarda qeyd edilir ki, hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, bildirdi ki, Ərizəçi1 onun əmisidir. X36 1985-ci ildə, atası Rəşad Kərimov 1995-ci ildə, anası 2022-ci ildə vəfat edib. Babasından miras qalan həmin evin əvvəlki ünvanı ünvan 4r. Bacısı mirasdan imtina ərizəsi vermişdir. Hazırda sözügedən, əmisi Rafiq ilə bir tiraltı evdə yaşayır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə məhkəmə bildirişi göndərilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sübutlara istinad edir: İş materiallarında olan: - DƏDKR PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib olunmuş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Şəki şəhəri, Fərman Sadıqov küçəsi, ev 22 A saylı (ünvan 2 ünvanında yerləşən 64.2 kv.m olan fərdi yaşayış evi və 0.0947 ha torpaq sahəsi X14 mülkiyyətindədir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 29 avqust 1985-ci il tarixdə vəfat etmişdir. - Şəki regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən 25 iyul 2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X5 30 dekabr 1997-ci ildə ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 12 yanvar 1995-ci il tarixdə vəfat etmişdir. - Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş vərəsə 29 avqust 1985-ci ildə vəfat etmiş X26 xx.xx.1910-cu ildə anadan olub, Şəki rayonu, Fioletov küçəsi 22-də yaşayıb. X1r. Uşaqları: Ərizəçi1 (xx.xx.1951), X10 (xx.xx.1947), Kərimova (Əhmədova) Rəna Əhməd qızı (xx.xx.1939), X27 (xx.xx.1940), X20r (xx.xx.1943). X27 xx.xx.2007-ci ildə, arvadı X29 xx.xx.2018-ci ildə vəfat edib. Onun uşaqları X22 (xx.xx.1972) və X15r(xx.xx.1969). X28 xx.xx.1995-ci, arvadı X8 xx.xx.2022-ci ildə vəfat edib. Onların uşaqları: Ərizəçi2 (xx.xx.1973) və X11r (xx.xx.1976). Ərizəçi1 və Ərizəçi2 xx.xx.1985-ci ildə vəfat etmiş X9 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. - X10 tərəfindən xx.xx.2025-ci ildə notarial qaydada yazılmış ərizədən görünür ki, o, atası X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. - X30 tərəfindən xx.xx.2025-ci ildə notarial qaydada yazılmış ərizədən görünür ki, o, atası X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. - X22 tərəfindən xx.xx.2025-ci ildə notarial qaydada yazılmış ərizədən görünür ki, o, babası X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümündən sonra ona məxsus əmlak qalmışdır. X6 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ölümündən sonra atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. - X23 tərəfindən xx.xx.2025-ci ildə notarial qaydada yazılmış ərizədən görünür ki, o, babası X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümündən sonra ona məxsus əmlak qalmışdır. X6 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ölümündən sonra atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. - X21 tərəfindən xx.xx.2025-ci ildə notarial qaydada yazılmış ərizədən görünür ki, o, babası X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümündən sonra ona məxsus əmlak qalmışdır. X7 xx.xx.1995-ci ildə vəfat etmişdir. Ölümündən sonra atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. - Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 25 iyul 2025-ci tarixli qərarından görünür ki, Ərizəçi1 ərizəsi əsasında qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və faktiki qəbul ilə bağlı mötəbər sübutlar olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki şəhəri “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2025ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Topqarağac” məhəlləsi, Fərman Sadıqov küçəsi, 22 saylı evdə yaşamış X26 29 avqust 2025-ci il tarixdə vəfat etmiş və onun vərəsələri qızı (Kərimova) X30, oğlu X27 (vəfat edib), oğlu X28 (vəfat edib), qızı X10 və oğlu Ərizəçi1dur. - Şəki şəhəri “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2025ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, onun atası X26 xx.xx.1985-ci il tarixdə vəfat etdikdən sonra mərhum atasından qalmış həmin evdə yaşamış, evdə abadlıq işləri aparmış, təmir-tikinti işləri aparmış və evə atasının ölümündən sonra faktiki sahiblik etmişdir. - Şəki şəhəri “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2025-ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən xx.xx.1985-ci il tarixdə vəfat etmiş X19 məxsus olmuş ünvan 5 ünvanı ilə Ərizəçi1 qeydiyyatda olduğu ünvan 6 ünvandır. Şahid qismində məhkəmə iclasında dindidirlmiş X16 ifadəsində göstərdi ki, ərizəçi qonşusudur. Əhməd kişi ərizəçinin atasıdır. Onun yasında iştirak etmişdir. Əhməd dayı öləndə yoldaşı sağ idi. Onun vəfatından sonra Rafiq, Rəşad orada yaşayıb. X17 və Rafiq orada yaşayır. Şahid qismində məhkəmə iclasında dindidirlmiş X12 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. O, qonşularıdır. Atası rəhmətlik Əhməd dayını tanımışdır. Rafiqgil evdə üç qardaş olublar. Qardaşlarından ikisi rəhmətə gedib. Atasından miras qalan torpaq sahəsi ərizəçinin və Rəşadın oğlu Əfqanın istifadəsindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmənin icraatında olan hazırkı mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan Hacıyeva Münəvvər Bəybala qızı 04 iyun 2000-ci tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən - Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının: -10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları, məhkəmə təcrübəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, X3 Rafiq Əhməd oğlu atası, Ərizəçi2 isə babasıdır. X26 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, digər vərəsələr miras əmlakdan onlara düşən payı qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi Ərizəçi1 və Ərizəçi2 mərhum Əhməd Kərimovdan miras qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da ərizəçilər mirası qəbul etmiş sayılsa da, onlar həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə ərizəçilər miras qalmış əmlaka faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzrlü hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixində vəfat etmiş X9 miras qalmış Şəki şəhəri F.Sadıqov küçəsi ev 22A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0947 ha torpaq sahəsindən ibarət miras əmlakın ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Hazırda ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixində vəfat etmiş X9 miras qalmış Şəki şəhəri, F.Sadıqov küçəsi, ev 22A (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0947 ha torpaq sahəsindən ibarət miras əmlakın ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar