Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2082/2024 27.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İbrahimxəlilova (Mikayılova) Kəmalə Həmid qızı xx xxxxxx 1983-cü ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş və yaşadığı kəndin orta məktəbində təhsil almağa başlamışdır. X3 1999-2003-cü illər arasında ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almış və bu barədə xx.xx.2003-cü il tarixdə AB-İİ 098566 nömrəli diplom verilmişdir. İddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2003-cü il tarixli 240 saylı əmri ilə həmin məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Sözügedən təhsil müəssisəsində işlədiyi 21 il ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı irad və xəbərdarlıqlar edilməmişdir. 2022-ci ildə işlədiyi təhsil müəssisəsində uşaq birliyi rəhbəri vəzifəsinə təyinatı verilməsi ilə bağlı bir neçə dəfə rayon Təhsil şöbəsinin və Regional Təhsil İdarəsinin rəhbər işçilərinə müraciətlər etsə də ona göstərilən vəzifə vakansiyaya təqdim olunarsa onun həmin vəzifəyə təyin olunmağı ilə bağlı məsələyə baxıla bilər deyə xx.xx.2022-ci il tarixli İ-266/01 saylı məktub verilmişdir. Lakin bununla belə həmin vəzifə uzun müddət vakansiya olsa da onun həmin vəzifəyə keçidi nədənsə baş tutmamışdır və əvvəlki vəzifədə işləməyə davam etmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə istinad olunaraq belə əsaslandırılmışdır ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifkatlaşdırmada iştirak etməyən Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilir. Əmrin verilməsinə əsas isə xx.xx.2024cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri işəgötürən qismində Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:07-də elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə də xx.xx.2024-cü il tarix də daxil olmaqla bütöv iş günü verilməklə onu işdən azad etmişlər. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiqedici sənədlərlə ilkin mediasiya sessiyası üçün ərizə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəflərə xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01290 nömrəli bildiriş göndərərək xx.xx.2024-cü il saat 16:00 üçün İMS-yə dəvət edilmişdir. Lakin keçirilmiş İMS-də tərəflər arasında heç bir razılıq əldə edilmədiyindən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən 19 avqust 2024-cü il tarixli müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. 3.1 İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sertifikasiya imtahanlarına cəlb edilməsi ümumiyyətlə qanunsuz olmuşdur. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmrin verilməsinə əsas “Dövlət ümumitəhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi olmuşdur. “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixdə 155 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Mülki işin mübahisəsiz halı İddiaçı 01 sentyabr 2003-cü il tarixdən təhsil müəssisəsində əmək fəaliyyətinə başlamasıdır və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası isə sonradan 2018-ci ildən etibarən formalaşdırılmışdır. İddiaçı əmək fəaliyyətinə təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazasının formalaşdırılmasından daha əvvəl başladığından və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası iddiaçının hüquqi vəziyyətini ağırlaşdığından (hansı ki həmin tənzimləmənin tətbiq edilməsi onun işdən azad olunmasına səbəb olmuşdur) onun əmək fəaliyyətinin bu sertifikasiyaya tabe tutulması Konstitusiyanın 149-cu maddəsinin tələblərinə zidd olmuşdur. Başqa sözlə İddiaçı əmək funksiyaları ilə bağlı hüquqi münasibətlər yaranan zaman pedoqoji fəaliyətlə məşğul olmaq üçün təhhsilverənlərin sertifkasiyadan keçməsi şərtləndirilməmişdir. 3.2 Digər tərəfdən İddiaçı xx.xx.2024-cü il tarixdə sertifkatlaşdırmanın keçirilməsi ilə bağlı qaydalarda nəzərdə tutulmuş şəkildə məlumatlandırılması aparılmamışdır. Belə ki, “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən, qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün alt sistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və ya onun funksiyalarını icra edən yerli bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə sertifkasiya imtahanlarının keçirilməsi ilə bağlı İddiaçı onun adına qeydiyyata alınmış “şəxsi kabinet” vasitəsilə sertifikatlaşdırmanın keçirilməsinə ən azı bir ay qalmış onun vaxtı və yeri barədə bildirişin təqdim edilməsi sübut olunmur. 3.3 Yenə iş materiallarında olan mübahisəli xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrin verilməsinə əsas xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Agentliyin həmin tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri olmuşdur ki, bu da tamamilə əsassızdır. Belə ki, sertifkatlaşdırmanın keçirilməsinin hüquqi bazasını formalaşdıran “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayda”larının, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddələrinə əsasən... Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə İddiaçı sertifkasiya imtahanlarına cəlb edilməsi zəruriliyi hər bir halda əsaslandırılmalıdır. Belə ki, yuxarıda qeyd etdiyim kimi hazırkı sertifkasiya prosedurları İddiaçı pedoqoji fəaliyyətə başladıqdan sonra tənzimləndiyindən və sonrakı tarixdə təsdiq edilmiş qaydalar iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasını 149-cu maddəsinin tələblərinə ziddiyyət təşkil edir. Təhsilverənlərin 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulduğu halda iddiaçının 2003-cü ildən əmək fəaliyyətinə başladığından Müvafiq icra hakimiyyəti orqanı onun beş illik sertifkasiya müddətinin hesablanması zamanı müddətin hansı dövrdən başlanılması və hansı meyarı əsas götürməsi qeyri müəyyəndir. Qeyd edir ki, tərəfin təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il göstərilsə də iddiaçı ilə faktiki olaraq əmək müqaviləsi xx.xx.2003-cü il tarixdən bağlanılmışdır. Əgər tərəf iddia edirsəki İddiaçı ilə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılmış və beş illik sertifkasiya müddətinin hesablanması həmin tarixdən başlanılmış bu tamamilə absurd yanaşmadır və həmin rəsmiləşmədən iddiaçının məlumatı olmamışdır. Bundan əlavə İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunması üçün onun xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanda iştirak etməsi və onun nəticəsi olaraq 30 mümkün balı toplamaması hadisəsi baş verməsi lazımdır və yaxud üzürsüz səbəbdən ümumiyyətlə imtahanda iştirak etməməsi lazımdır. İş materiallarında əlavə edilən Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi iddiaçı xx.xx.2024- cü ildən xx.xx.2024-cü il tarixədək xəstə olmuşdur. Bu səbəbdən üzürlü olaraq xx.xx.2024-ci il tarixdə baş tutmuş sertifkasiya imtahanında iştirak etməmiş və onun iştirak etməməsi üzürlü olmuşdur. Belə bir vəziyyətdə isə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edilməklə əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz olmuşdur. 3.4 Mülki iş materialarında olan maddi sübutlardan göründüyü kimi İddiaçı işdən azad edilməsi onun əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı baş vermişdir ki, cavabdehlər bununla da kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindənəmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Şəki Mərkəzi Rayon Xəstəxanasının təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi İddiaçı həm sertifikasiya imtahanın keçirildiyi xx.xx.2024-cü il və işdən azad edildiyi xx.xx.2024-cü il tarixlərdə əmək qabiliyyətini müvəqqəti itirmiş və faktiki olaraq həmin tarixlərdə baş vermiş icraatlarda üzürlü səbəbdən iştirak etməmişdir. İşinin əmək qabiliyyətinin itirməsi zamanı işdən azad edilməsini isə qanunverici işəgötürənə imperativ qaydada qadağan edir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Həmin Məcəllənin83.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi əmək qanunverciliyinin tələblərinə əsasən, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən işdən azad edilmə ilə bağlı verilmiş əmri iş gününün sonunda qüvvəyə minir və həmin gün işçi üçün bütöv iş günü hesab edilir. Əmrin hüquqi qüvvəsini alması isə işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və qeyd olunan imzalanma iş günün sonunda baş verməsi şərtləndirilir. İş materiallarında olan əmrdən göründüyü kimi onun fiziki imzalanaraq möhürlənməsi və elektron informasiya sistemində qeydiyyata alınması xx.xx.2024-cü il tarixdə baş vermiş və sözügedən sənədləşmə qanunun tələbinə əsasən iş günün sonunda qüvvəsini almışdır. Həmin vaxt isə İddiaçı isə tam əmək qabiliyyətli olmamış və səhhəti ilə bağlı işə çıxmamışdır. Başqa sözlə iddiaçı tərəf əmək qabiliyyətini itirdiyi zaman onun işdən azad edilməsi ilə bağlı rəsmiləşmələr hüquqi qüvvəsini almamışdır. Ona görə də onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz olmuşdur. Əlavə olaraq qanun tələbinə əsasən əmrin surəti və digər sənədlərin işçiyə təqdim edilməsi iş günün sonunda təqdim edilməsi nəzərdə tutulsa da, həmin sənədlər ona xx.xx.2024-cü il tarixdə verilməmiş və bunun əksini sübut edəcək heç bir sübut mövcud deyildir. 3.5 İddia tələbi müsbət halda nəticələndiyi halda cavabdehlər Şək-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb İddiaçı işdən azad edərkən qanunverciliyin tələblərini pozduğundan məcburi iş buraxma müddəti üçün əmək haqqı və işdən azad olma ilə bağlı vurulmuş mənəvi zərəri ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin - 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. - 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. - 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 07 nömrəli plenum qərarında göstərilir ki, Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Hazırkı mübahisədə İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bərabər, onun iyirmi bir il müddətində olan pedoqoji fəaliyyəti, əmək qabiliyyətini müvəqqəti itirməsinə və imtahanda üzürlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 10000 manat cavabdehlər tərəfindən ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin direktoru Şəfəq Əlihüseynova tərəfindən göndərilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixda məktəbə gələrək ərizə yazmış va sağlamlığında problem olması ila əlaqədar bir-neçə gün işə qala bilməyəcəyini ve xəstəlik vərəqəsi açdıracağını bildirmişdir. xx.xx.2024-cü il müəllimlərin sertifikasıya imtahanının test mərhələsinin ikinci cəhdində iştirak etməli idi va imtahanın Kəmalə müəllimin son şansı olduğu, keçid balını toplamadığı ve ya imtahanda iştirak etmədiyi halda qanunamüvafiq əmək müqaviləsinə xitam veriləcəyi dəfələrlə nəzərinə çatdırılmışdır. Lakin İddiaçı imtahanda iştirak etmədi. xx.xx.2024 cü il xəstəlik vərəqəsini təqdim edərək xəstəlik müddətinin bitdiyini va işinə qayıtdığını rəsmi şəkildə (ərizə yazaraq) bildirmişdir. xx.xx.2024-cü il tarixədək işə davam etmiş 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma günü qeyri-iş günü olduğundan həmin tarixdə məktəb kollektivi Gəncə ve Mingəçevir şəhərlərinə tur gəzintisinə getmiş ve İddiaçı də həmin gəzintidə kollektivlə iştirak edərək səhhətində heç bir problem müşahidə olunmamışdır. xx.xx.2024cü il tarixdə o, təhsil sektoruna İddiaçı əmək müqavilasinə xitam vermək üçün getmiş, məktəbə qayıdanda müəllimin məktəbə gəlmədiyini bilmişdir. Dəfələrlə zəng etsə də zənginə və digər müəllimlərin zənginə cavab verilmədi. Qohumları ila şifahi xəbər göndərmiş ki, gəlib əmək kitabçasını götürsün. Cavab olaraq gəlməyəcəyini söyləmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçasını evlərində şəxsən özünə təqdim etmişdir. Yəni xx.xx.2024-cü il tarixdə İddiaçı zənglərə cavab verməmiş, işə gəlməmək səbəbinin nə olması haqqında rəhbərliyə heç bir rəsmi va ya şifahi məlumat verməmişdir. İşçi xəstəlik səbəbli işə qala bilmədiyi halda rəhbərliyə ərizə yazaraq məlumat göndərməlidir, iş zamanı narahatlıq hiss etdiyi zaman ərizə yazıb təqdim etməlidir.Necə ki, xx.xx.2024 cü il tarixdə İ.Kəmalə bunu etmişdir. Yəni xəstəlik səbəbli işə davam edə bilmədiyi halda əməl edəcək prosedur qaydalardan xəbərdar idi. Bir ay ərzində iki dəfə həm imtahan ərəfəsində, həm də əmək müqaviləsinə xitam verilən günü, İddiaçı xəstə olması və xəstəlik kağızı açdırması (bu məlumatı xx.xx.2024-cü il tarixində məhkəmə prosesində iştirak edərken öyrəndim) məqsədli olduğu va bu addımın qəsdən atdığı anlamına gəlir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbində müddətsiz müqaviləyə əsasən fasiləsiz olaraq işləmişdir. Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin 69 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Həmin orta məktəbdə işlədiyi müddətdə o, 08 iyun 2024-cü ildə təkrar sertifikatlaşdırmada iştirak etmiş və komputerdə yaranmış nasazlığa görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Dəfələrlə komputerdə yaranmış nasazlığın aradan qaldırılması və imtahan nəticəsinə yenidən baxış keçirilməsini bildirsə də, onun müraciətlərinə əsaslı tədbir görülməmişdir. Nəticədə qanunsuz olaraq işinə xitam verilməsini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirdi ki, Agentliyin adı çəkilən əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaştırmadan keçməyən Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024cü il tarixli 3-29/3-2-439F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır. Digər cavabdeh Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, allergik övzə diaqnozu ilə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətsiz hesab edilmiş, 11 iyun 2024-cü il tarixdən işə başlamalıdır. İşdə olan Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, müvafiq diaqnoz ilə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək əmək qabiliyyətsiz hesab edilmiş, 03 iyul 2024-cü il tarixdən işə başlamalıdır. İşdə olan Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, məktəbin orta-ixtisas təhsilli ibtidai sinif müəllimi xəstəlik səbəbli işə gəlmədiyindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqı ödənilməsin və xx.xx.2024-cü il tarixdən işdə hesab edilməlidir. 19 avqust 2024-cü il tarixli MŞŞ/MT018/2024-01290 nömrəli ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 19 avqust 2024-cü il, saat 16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbi və Cavabdeh etibarnamə üzrə nümayəndələri ilkin X1 etməmişlər. Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 45 nömrəli əmr ilə əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunun: 36-2.1-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.3-cü maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması
1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. [125] “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 aprel tarixli 155 nömrəli qərarının; 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Məhkəmənin mövqeyi
Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2003-cü il tarixli 240 saylı əmri ilə həmin məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir. Daha sonra Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 01 sentyabr 2007-cü il tarixli 340 saylı əmri ilə həmin tarixdən etibarən ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar olaraq xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək işə çıxmamış və bununla bağlı Şəki RMX tərəfindən ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmiş, həmin vərəqə Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbə təqdim edilmişdir. Bu səbəbdən üzürlü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında iştirak edə bilməmişdir. Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəb 27 iyun 2024-cü il tarixli 45 saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, İddiaçı, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun 2024cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 45 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd olunan norma baxımından da hesab edir ki, Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinin 45 nömrəli, 27 iyun 2024-cü il tarixli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərəri və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbinə, Cavabdehnə qarşı Cavabdeh Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə dair 27 iyun 2024-cü il tarixli 45 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərəri və ilkin Mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev