Məhkəmə qərarları › İş №e-2(075)-2098/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2098/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2098/2023 16.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək, onun 1934-cü il tarixdə xx xxxxxxxx 1963cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1963-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Həmin vaxtı ona doğum haqqında şəhadətnamə verilmişdir. Daha sonra Erməni vandalizmi nəticəsində öz doğma el obalarından didərgin düşərək Azərbaycan Respublikasına sıxınmış və həmin vaxtı Şəki rayonu, Şəki kəndində məskunlaşmışlar. Bir müddət öncə o, naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Bunda görə təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Şəki rayon qeydiyyat şöbəsindən ona bildirildi ki, doğum haqqında şəhadətnaməsini təqdim etmədiyi üçün həmin akt qeydinin bərpa edilməsi imkan xaricindədir. Ona görə də doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Belə ki, o, Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olduğundan Azərbaycan Respublikasında doğum haqqında akt qeydi mövcud deyil. Halbu ki, o, xx xxxxxxxx 1963-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Bilindiyi kimi hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, onun Ərizəçi xx xxxxxxxx 1963-cü ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o Ərizəçi qardaşıdır. Bildirmişdir ki, Sovet dövründə onların sənədlərini yığmışlar, həmin vaxt onların doğum haqqında şəhadətnamələrini də götürmüşlər. Lakin sonradan onlara geri qaytarılmamışdır. Onun bacısı Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu Həşim kəndində anadan olmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 15 avqust 2023-cü il tarixli, 3-16-5/8-Q-15-1824/2023 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsində Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış, doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün həmin akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. Ona görə də doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 fevral 1989-cu il tarixli, İV-ЖГ 487217 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 25 mart 1966-cı il tarixdə Azərbaycan SSR Qax rayon Baydarlı kəndində anadan olmuş X3 ilə xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistan SSR-də anadan olmuş X6 arasında 20 noyabr 1989-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 oktyabr 2017-ci il tarixli, AZ-İ 899372 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 21 oktyabr 2017-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 may 2017-ci il tarixli, AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistan rayonu Yexeqnadzor rayonunda anadan olmuş, ailəlidir, Şəki rayonu, Şəki kəndində qeydiyyatdadır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulması hüquqi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar