Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-210/2023 16.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil oğlunun, Cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X13rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanası" X16 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən əmək fəaliyyətinə başlayaraq, bir çox vəzifələrdə işləmişdir. İşlədiyi müddətlərdə heç vaxt nöqsana yol verməmiş, həmişə iş yoldaşlarının və rəhbərliyin rəğbətini qazanmışdır. “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X3 direktor təyin ediləndən sonra ona qarşı qərəzli münasibət nümayiş etdirərək, son vaxtlar onun ciddi nöqsanlara yol verdiyini bildirmişdir. O da öz növbəsində heç bir nöqsana yol vermədiyini, özbaşına heç bir iş yerinə yetirmədiyini, yerinə yetirdiyi işləri isə birbaşa keçmiş rəhbərliyin göstərişləri və tələbləri əsasında icra etdiyini direktorun nəzərinə çatdırmışdır. Buna baxmayaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 direktorunun xx.xx.2022-ci il tarixli 1715 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2022-ci il tarixli 1715 saylı əmri Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə qanunvericilikdə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbi əsaslıdır. Qarşı tərəfin nümayəndəsi qeyd etmişdir ki, onlara Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məktub daxil olmuşdur hansı ki, bütün şöbə müdirlərinin həm ali təhsilli həm də 5 il iş təcrübələrinin olmasının zəruri olduğu qeyd edilmiş və şöbə müdirliyi vəzifəsindən mütəxəssis vəzifəsinə keçiriləndə həmin məktub nəzərə alınmışdır. Bundan sonra qeyd etmişlər ki, iddiaçının yol verdiyi nöqsanlara görə mütəxəssis vəzifəsindəndə azad olunmuşdur. Dövlət Sığorta Agentliyinin 19 may 2020-ci il tarixli məktubundan görünür ki, şöbə müdirlərinin hamısının ali təhsilli və 5 il iş təcrübələrinin olmasının zəruri olduğu qeyd edilməmişdir. Həmin məktubun 3-cü vərəqəsinin qeyd hissəsindəndə görünür ki, daha öncə bu vəzifələrdə çalışan işçilərin işdən azad edilməsinə hər hansı bir zərurət yoxdur. Lakin rəhbərlik bunu nəzərə almamışdır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı 1987-ci ildə Şəki Tibb Məktəbini oxumaqla, orta-tibbi təhsil almışdır. İddiaçı sonuncu dəfə 14 iyun 2022-ci il tarixdə «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 X10 müdiri vəzifəsinə təyin edilmişdir. Halbuki, təlimatların tələblərinə əsasən qeyd olunan vəzifəyə təyin olunan şəxs ali təhsilli olmalıdır. Yeni rəhbərlik təyin edildikdən sonra müvafiq araşdırmalar aparılmış, işlərində nöqsanlara yol vermiş əməkdaşlara müvafiq xəbərdarlıqlar edilmiş, həmçinin iddiaçıya təhsilinin həmin vəzifədə işləməsinə uyğun olmadığı bildirilmiş, başqa işə keçirilməsi təklif edilmişdir. O, isə müəssisə rəhbərliyinin təklifini qəbul etməmiş, belə olacağı təqdirdə məhkəməyə müraciət edəcəyini göstərmişdir. Həmçinin bildirmişdir ki, rəhbər vəzifəsinə keçənlər ancaq TƏBİB-nin rəhbərliyinin imtahanından sonra vəzifəyə təyin oluna bilərlər. Qarşı tərəf heç bir imtahan verməmiş, Sərxan müəllimin qohumluq əlaqəsi ilə olan əmrinə görə müdirlik vəzifəsinə təyin edilmişdir. İnsan resurslarının rəhbərinin imtahan verməli olduğunu Mahizər xanım bilmişdir. Yoxlama zamanı onun ali təhsili və savadı olmadığına görə müəssisəyə ziyanlıq vurmuşdur. Belə ki, İddiaçı tərəfindən ayrı-ayrı əmakdaşların adına işlənilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində əməkdaşların ümümi stajında yanlışlığa yol vermiş, bununun nəticəsində də «Şəki Rayon Mərkəzi Xəstəxanası» X17 ziyan dəymişdir. Belə əmək qabiliyyətinin olmaması vərəqələrindən biri X1 adına işlənişmişdir. Lamiyyə Mustafayevanın adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilmişdir. Belə olduğu halda sosial məzuniyyətə olduğu üçün işçiyə qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmişdir. Nəticdə müəssisəyə 162,89 manat ziyan dəymişdir. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 2010-cu il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasının Kadrlar şöbəsinə həmin şöbənin müdiri vəzifəsinə təyin edilmiş, 22 sentyabr 2022-ci il tarixədək həmin xəstəxanada müxtəlif vəzifələrdə işləmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli, 1715 nömrəli əmrin surətindən görünür ki, «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 noyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil və «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 nümayəndəsi X7 ilkin mediasiya sessiyasında iştirak etmişlər. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X15 nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli tibbi şura yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, “Şəki RMX” PHŞ-nin İnsan Resursları şöbəsinin müdiri kimi fəaliyyəti dövründə bir çox ciddi nöqsanlara yol verdiyinə görə İddiaçı ilə hazırda tutduğu “Kadr üzrə mütəxəssis” vəzifəsinə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyul 2022-ci il tarixli, 1195 nömrəli əmrdən çıxarışdan görünür ki, İnsan resusrları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən kadrlar mütəxəssis İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 14 iyul 2022-ci il tarixdən İnsan resusrları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixli 1320 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı İnsan resursları şöbəsində müdir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 03 avqust 2022-ci il tarixdən İnsan resursları şöbəsinə kadrlar üzrə mütəxəssis vəzifəsinə keçrilmişdir. Bu müddətsə şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq kadrlar üzrə mütəxəssis X2 həvalə edilmiş və vəzifə maaşları arasında olan fərq ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 01 mart 2010-cu il tarixdə Şəki Mərkəzi Rayon Xəstəxanasına işə qəbul olunmudur. 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X6 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək mü qaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [116] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 6-cı hissəsinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Həmin Əsasnamənin 7-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Həmin Əsasnamənin 62-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət 8 ilədək sosial sığorta stajı olan işçilərə qazancının 60 %-i miqdarında, 12 il və daha çox sosial sığorta stajı olan işçilərə qazancının 100%-i miqdarında verilir. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən X1 adına işlənilmiş Seriya SN 00007, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində onun sosial sığorta stajı 7 il 3 ay əvəzinə 13 il 3 ay kimi qeyd edilməklə, Lamiyyə Mustafayevaya sosial məzuniyyətə olduğu üçün qazancının 60% əvəzinə 100%-i miqdarında ödəniş edilmişdir. Bununlada işçi tərəfindən işəgötürənə, yəni cavabdehə 162,89 manat ziyan dəymişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsinə dair 22 sentaybr 2022-ci il tarixli 1715 saylı əmri qanunvericiliyin tələbləri göslənilməklə verilmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X18 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X13rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanası" X16 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X13rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 1715 saylı əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə "Şəki Rayon Mərkəzi Xəstəxanası" X16 İnsan resursları şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-210/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-210/2023
16.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver