Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2116/2023 07.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi X6, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi və qeyd edilən müddətin onun sığorta stajına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 may 1984-cü il tarixində X13 ilə rəsmi nikaha girərək, ünvan 1 ünvanına köçmüş və bu nikahdan 21 may 1985-ci il tarixdə, onların X14 adlı övladları doğulmuşdur. X3 doğuşdan, “serebral iflic” xəstəliyi ilə doğulmuş, cəmi 10 il yaşamış və 10 avqust 1995-ci il tarixində, “ürək-damar çatışmazlığı” diaqnozu ilə vəfat etmişdir. Mərhumə qızı, X14 dəfələrlə və uzunmüddətli, Şəki RMX-nin uyğun şöbələrində müalicələr almış, Şəki şəhəri, Qışlaq Poliklinikasının Baş həkimi, Zərəfşan xanımın və həkim Şəlalə xanımın nəzarəti altında müalicə və müayinələrini, vəfat etdiyi günə qədər davam etdirmiş, həm də onun mərhumə qızına quluq etməyi ilə, daimi himayəsində yaşamışdır. Doğuşdan vəfatına qədər, xəstə və əlil qızına qulluq etməyi müddətinin (10 il, 2 ay, 5 gün), sığorta stajına əlavə edilməsi ilə, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 etdiyi müraciətə, DSMF-nin, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən, - “övladınız X8 əlilliyinin müəyyən edilməsi barədə, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarışı, övladınızı 8 yaşadək tərbiyə etməniz barədə yerli İcra Hakimiyyəti Başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışını və ümumi sığorta stajınızı təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdimetməklə, təkrar müraciətiniz əsasında güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası hüququnuza müvafiq qaydada yenidən baxılacaqdır” şəkilində imtina cavabı verilmişdir. X2 xəstəlik tarixçəsi və onun əlilliyi ilə bağlı arxiv sənədlərini əldə etmək üçün, TƏBİB-in Şəki RMX PHŞ-nə etdiyi rəsmi müraciətə, həmin qurumdan; - “mövcud qanunvericiliyə görə, Şəki RMX PHŞ-nin fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənədlər, elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə, arxiv qaydası ilə ləğv edilmişdir” şəklində cavab verilmişdir. Beləliklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı, daima onun himayəsində və qulluğu ilə yaşamış, mərhumə qızı, X1 etdiyi xidmət dövrünün sosial sığorta stajına əlavə edilməsi üçün, onun xəstəlik tarixçəsi və əlilliyi ilə bağlı arxiv sənədlərinin əldə edilməsinin artıq mümkün olmamasından, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 06 oktyabr 2023-cü il tarixdə məhkəmə etiraz ərizəsi ünvanlayaraq Ərizəçi “hüquqi əhərniyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair e-2(075)-2116/2023 nömrəli iş üzrə ərızənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci il tarixədək “serebral iflic” xəstəsi olan qızı X11 qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin əsasları kimi doğulduğu 21 may 1985-ci il tarixdən vəfat etdiyi 10 avqust 1995-ci il tarixədək “serebral iflic” xəstəsi olan qızı Y.Soltanovaya daima himayəsində olmaqla qulluq etdiyini qeyd etmişdir. Ərizəçi qızı Y.Soltanovanın əlilliyinə dair arxiv sənədlərini əldə edə bilmədiyindən ona qulluq faktının təsdiq edilməsi ilə həmin dövrün sosial sığorta stajına daxil edilməsinə nail olmaq niyyətindədir. Hesab edir ki, e-2(075)-2116/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. İddiaçı tərəfindən təqdim edilmiş 29 may 2023-cü il tarixli 176 № arayışa əsasən ərizəçi yataq xəstəsi olmuş qızına 21 may 1985-ci il tarixdən vəfat etdiyi 10 avqust 1995-ci il tarixədək qulluq etmişdir. Lakin iş materiallarından görünür ki, ərizəçinin tələbi yataq xəstəsi olmuş qızına 21 may 1985-ci il tarixdən vəfat etdiyi 10 avqust 1995-ci il tarixədək qulluq etdiyi dövrün hüquqi əhəmiyyətli fakt kimi tanınmasıdır. Yalnız orqanizm funksiyalarının 81-100 faiz pozulmasına aörə və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun (əlilliyinin) müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərin qulluqetmə müddəti sosial sığorta stajı kimi nəzərə alına bilər. Lakin iş materiallarına nəzər yetirdikdə görünür ki, ərizəçinin mərhum qızı X8 orqanizm funksiyalarının 81-100 faiz pozulmasına və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun (əlilliyinin) müəyyən edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və ya hər hansı bir sənəd mövcud deyildir. Odur ki, Ərizəçi “hüquqi əhərniyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair e-2(075)-2116/2023 nömrəli iş üzrə ərızənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 Ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X15 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xaiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X16 izahat verərək göstərmişdir ki, Ərizəçi onun dayısının gəlini, həm də qonşusudur. Bildirmişdir ki, ərizəçinin böyük övladı Yaqut anadan olandan iflic xəstəliyindən əziyyət çəkmişdir. Mərhum Yaqutu ancaq yanına yastıq qoyaraq əyləşdirə bilmişlər. Onlar heç vaxt həmin uşağı ayaq üstə yeriyərkən görməmişlər. Uşaq anadan olandan yataq xəstəsi olmuşdur. Yaqut 10 yaşayıb vəfat etmişdir. Yaqut təxminən 1985-ci ildə anadan olmuş, 1995-ci ildə vəfat etmişdir. Mərhumun dəfnində iştirak etmişdir. Yaqut sağ olan zamanlanda ona evdə qulluq olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahat verərək göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Həm də o, həmin ərazinin tibb bacısı olmuşdur. Bildirmişdir ki, ərizəçinin qızı Yaqut 21 may 1985-ci il tarixdə anadan olmuşdur. Uşaq anadan olan serebral iflic xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də onlar uşağı qeydiyyata almışdılar. 15 gündən bir uşağa baxmaq üçün onların evinə getmişdir. İşin halları Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; 29 may 2023-cü il tarixli, 176 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə X14 adlı qızı olmuşdur. X14 anadan gəlmə “Serebral İflic” xəstəsi olmuş və ona “Serebral İflic” diaqnozu qoyulmuşdur. X14 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Yaşadığı müddət ərzində X14 daim anası Ərizəçi himayəsi və nəzarəti altında olmuşdur. Yaşadığı müddət ərzində anasının qulluğu ilə yaşamışdır. 12 may 1984-cü il tarixli, İİİ-ЖГ 345937 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X19 arasında 12 may 1984-cü il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Soltanova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 aprel 2023-cü il tarixli, 3-17-1/2-5-94224/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində övlət Sosial Müdafiə Fondunun 2 saylı Şəki-Zaqatala regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın (bundan sonra - Qayda) 2.2.2-ci yarımbəndinə əsasən Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara (Qanunun 22-1 -ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)) əlavə olaraq uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti, uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış, ananın əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı tələb olunur. Sözügedən Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən X10 əlilliyinin müəyyən edilməsi barədə tibbisosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxanşı, övladınızı 8 yaşınadək tərbiyə etməniz barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışını və ümumi sığorta stajınızı təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etməklə təkrar müraciətiniz əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuza müvafiq qaydada yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. “Şəki RMX” X27 16 mart 2023-cü il tarixli, 251/1 saylı məktubundan görünür ki, “Şəki RMX” X27 fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. “Şəki RMX” X27 26 may 2023-cü il tarixli, 793/2 saylı məktubundan görünür ki, “Şəki RMX” X27 fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1995-ci ilə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Qeydiyat şöbəsi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/7-S-69-976/2023 nömrəli doğum haqqında akt qeydindən görünür ki, 21 may 1985-ci il təvəllüdlü X8 atası Soltabov Fəhrad qaffar oğlu, anası Ərizəçidır. Şəki Regional “Asan Xidmət” Mərkəzində Qeydiyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 3-16-5/7-S-69-977/2023 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X8 30 avqust 1995-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 374 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəziməsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
Məhkəmənin mövqeyi
Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X8 10 avqust 1995-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da, məlum olur ki, Ərizəçi qızı X11 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi qızı X14 ilə birlikdə yaşamalarını və X4 iflic xəstəliyindən əziyyət çəkdiyini bildirsələr də, Yaqut Soltanovanın “Serebral İflic” xəstəsi olması və ya digər hər hansı bir xəstəlikdən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi də, öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Məhkəmə Şəki şəhər “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışa tənqidi yanaşaraq qeyd edir ki, X8 anadan gəlmə “Serebral İflic” xəstəsi olması və onun yaşadığı müddət ərzində daim anası Ərizəçi himayəsi və nəzarəti altında olması qeyd edilsə də, məhkəməyə bunun necə müəyyən edildiyini təsdiq edən sübutlar arayışa əlavə edilməmişdir. Beləliklə məhkəmə X8 21 may 1985-ci il tarixdən 10 avqust 1995-ci ilədək eyni ünvanda yaşamış qızı Ərizəçi baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizəçi mərhum 10 avqust 1995-ci il tarixində vəfat etmiş, 21 may 1985-ci il təvəllüdlü əlil qızı X8, doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elşən Vəliyev