Məhkəmə qərarları › İş №e-2(075)-2156/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2156/2025

12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2156/2025 12.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X2 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi1 Maraqlı şəxs1 olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin atası X3 payına münasibətdə (1-ci qrafaya münasibətdə) ona məxsus olması, JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin anası X1 payına münasibətdə (2-ci qrafaya münasibətdə) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi tələbin dəqiqləşdirilməsi və artırılması barədə ərizə verərək, Abdulxalıqov (Abdulxalıkov) Xalıq Abuzər oğlunun Ərizəçi1 atası olması, AZ-İ № 782517 saylı ölüm haqqında şəhadətnamənin, JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin atası Abdulxalıqov (Abdulxalıkov) Xalıq Abuzər oğlunun payına münasibətdə (1-ci qrafaya münasibətdə) ona məxsus olması, JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin anası X1 payına münasibətdə (2-ci qrafaya münasibətdə) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin bacısı X4 əlavə ərizəçi qismində işə cəlb edilmişdir. Ərizəçilərə izah edilmişdir ki, məhkəmə gedişində hüquqmüəyyənedici sənəddə müvafiq dəyişikliyin edilməsi, konkret halda JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında, JN: 004A kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədə, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədə ərizəçilərin valideynlərinin ad və soyadları düzgün qeyd edilməməsinin aradan qaldırılması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etməlidir. Məhkəmə çəkişməsi zamanı ərizəçilərə bu izah edilsə də, buna dair heç bir sübut təqdim edilməmişdir. Nöqsanlar aradan qaldırılmadığından ərizə həmin hissədə sübutlar təqdim edilmədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçilər tərəfindən Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər məhkəmə baxışı mərhələsində olduğundan həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizənin Abdulxalıqov JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin atası Abdulxalıqov (Abdulxalıkov) Xalıq Abuzər oğlunun payına münasibətdə (1-ci qrafaya münasibətdə) ona məxsus olması, JN: 107 kod 40409005 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının, JN: 004A kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin, JN: 004F kod 40409005 saylı “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamənin anası X1 payına münasibətdə (2-ci qrafaya münasibətdə) ona məxsus olması faktının müəyyən edilməsinə aid hissəsi baxılmamış saxlanılsın. Ərizəçilərə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar