Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2165/2025 08.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Ərizəçi X1 (maraqlı şəxslər Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi və Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi X1 (maraqlı şəxslər Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi və Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi anası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X4 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraricət edərək iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi və Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 14.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçi X3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi X1 (maraqlı şəxslər Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi və Şəki Regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçi X3 qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2165/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2165/2025
08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver