Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-220/2025 09.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh X10 Kollecinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və dövlət orqanı üzərinə öhdəliyin qoyulması” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “X12 Kolleci” ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi, həmin əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh,X7 Xidməti və X7 Xidmətinin “Şəki-Zaqatala regional şöbəsi”indən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2659/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və dövlət orqanı üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2659/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1372/2024 saylı qəradadı ilə İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və dövlət orqanı üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə xx.xx.2024-cü il tarixli, 2(075)-2659/2024 saylı qərardadı ləğv edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdehndə işləyirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 50 nömrəli Qərarının ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli, F-355 nömrəli əmrinə əsasən “X12 Kolleci” Cavabdehnə qoşulması formasında yenidən təşkili edilmiş və buna görə də “X12 Kolleci’’nin işçiləri ilə əvvəl bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bütün işçilərlə bərabər onunla da bağlanmış əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə xitam verilmiş və bu əmək kitabçasında qeyd edilmişdir. O, 2023-cü ildə yeni işə girmək istəyərkən ona məlum olmuşdur ki, əsasən “X12 Kolleci” ilə onun arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi əmək kitabçasında qeyd edilsə də, bu proses “Əmək və Məşğulluq alt sistemi”ndə, yəni “ƏMAS” proqramı üzərindən həyata keçirilməmişdir. Buna görə də o, “X12 Kolleci” ilə onun arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaqla işə qəbul edilməyi tələbi ilə Cavabdehnə müraciət etmiş və aralarında konüllü mediasiya prosesi zamanı 08 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1. Cavabdeh, İddiaçı “X12 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X12 KollecK’ ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X10 Kollec”i, həm də İddiaçı razıdır. Lakin Cavabdeh xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin şərtlərinə əməl etmədiyindən mən maraqlı şəxs Cavabdeh-nə qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(075)-1586/2024 saylı qətnaməsi ilə İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(075)-1586/2024 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin icra prosesində cavabdeh X7 Xidmətinin “Şəki-Zaqatala regional şöbəsi” tərəfindən bildirilmişdir ki, icra prosesində tərəf olmadıqlarında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi mümkün deyil və ona tövsiyyə edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etsin. Buna görə də o hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 Kollecinin nümayəndəsi X6 izahat verərək qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndinə əsasən Cavabdeh, İddiaçı “X12 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X12 Kollec” ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X10 Kollec”i, həm də İddiaçı razıdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-2659/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2659/2024 saylı qəradadından görünür ki, İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və dövlət orqanı üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1372/2024 saylı qəradadından görünür ki, İddiaçı cavabdeh X10 Kolleci, X7 Xidməti, X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi və dövlət orqanı üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə xx.xx.2024-cü il tarixli, 2(075)-2659/2024 saylı qərardadı ləğv edilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı İkram qızı xx.xx.2016-cı il tarixdə X12 Kollecinə anbardar vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdən onunla “anbardar” kimi bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - 14 oktyabr 2024-cü il tarixli MŞŞ/MT018/2024-01731 nömrəli ilkin X2 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və X10 Kollecinin, X7 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin nümayəndələri 30 sentyabr 2024-cü il, saat 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X2 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - X10 Kollecinin 04 aprel 2025-ci il tarixli, 168 nömrəli məktubundan görünür ki, Cavabdehn rəhbərliyi məlumat olaraq bildirir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-355 nömrəli əmrinə əsasən X12 Kolleci X10 Kollecinə birləşdirilmişdir. Birləşmə zamanı Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayevin xx.xx.2020-ci il tarixli F-355 nömrəli əmrinin 10-cu bəndinə əsasən X14 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, X12 Kolleci və X10 Kolleci öz fəaliyyətini davam etdirmiş və bu kolleclərin maliyyələşdirilməsi əvvəlki qaydada həyata keçirilmişdir. Cavabdeh X14 fəaliyyətinə xx.xx.2021-ci il tarixdə başlamışdır. Həmin birləşmə zamanı keçmiş X12 Kollecinin anbardan İddiaçı əmək müqaviləsinə keçmiş X12 Kollecinin ƏMAS portalı (VÖEN **********) üzərindən səhvən xitam verilməmişdir. X10 Kolleci İddiaçı ilə yeni əmək müqaviləsi bağlayaraq onu anbardar vəzifəsinə təyin etmək istədiyi halda onun keçmiş X12 Kollecinin ƏMAS portalında (VÖEN **********) aktiv əmək müqaviləsinin olduğunu aşkar etmişdir. Keçmiş X12 Kollecinin ƏMAS portalında (VÖEN **********) aktiv əmək müqaviləsinin ləğvi X10 Kollecinin səlahiyyətləri xaricində olduğundan əmin müqavilənin ləğvi üçün X10 X5 müraciət etmişdir. Əmək Müfəttişliyi cavab olaraq bildirmişdir ki, həmin əmək müqaviləsinin ləğvi işəgötürən tərəfindən (X4) həyata keçirilməlidir. Lakin kolleclərin birləşməsi zamanı keçmiş X12 Kollecinin direktor əvəzi X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xitam verilmişdir. Keçmiş X12 Kollecinin ********** sayı VÖEN-ninin fəaliyyəti dayandırılmışdır. Odur ki, keçmiş X12 Kollecinin anbardan İddiaçı əmək müqaviləsinə Əmək Müfəttişliyi tərəfindən xitam verilməsinə, X10 Kolleci tərəfindən isə İddiaçı ilə yeni əmək müqaviləsinin bağlanmasına dair qərar verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 50 nömrəli Qərarının ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli, F-355 nömrəli əmrinə əsasən “X12 Kolleci” Cavabdehnə qoşulması formasında yenidən təşkili edilmiş və buna görə də “X12 Kolleci’’nin işçiləri ilə əvvəl bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bütün işçilərlə bərabər iddiaçı ilə də bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və bu əmək kitabçasında qeyd edilmişdir. O, 2023-cü ildə yeni işə girmək istəyərkən ona məlum olmuşdur ki, əsasən “X12 Kolleci” ilə onun arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi əmək kitabçasında qeyd edilsə də, bu proses “Əmək və Məşğulluq alt sistemi”ndə, yəni “ƏMAS” proqramı üzərindən həyata keçirilməmişdir. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İş materiallarından da göründüyü kimi Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-2659/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi qət edilmişdir. Həmin barışıq sazişinin məzmununda göstərilmişdir ki, 2.1. Cavabdeh, İddiaçı “X12 Kolleci” ilə əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsi bağlamaq şərti ilə işə qəbul tələbini müsbət qarşılamaqla, həmin tələb üzrə mübahisənin həll edilməsi üçün, “X12 Kollec” ilə İddiaçı arasında əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh ilə İddiaçı arasında “anbardar” vəzifəsinə işə qəbulla bağlı yeni əmək müqaviləsi bağlamaq öhdəliyini öz üzərinə götürür və bu şərtlə hər iki tərəf, həm “X10 Kollec”i, həm də İddiaçı razıdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00826 nömrəli barışıq sazişinin şərtlərinə əməl edilməmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, “X12 Kolleci” ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməli, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi, həmin əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “X12 Kolleci” ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi, həmin əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-220/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-220/2025
09.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver