Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-223/2025 26.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Bank ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 385,27 (üç yüz səksən beş manat 27 qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Dayaq Qrup MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 189 nömrəli “Təşkilatın işçiləri üçün BANK ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə əsasən Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ28HAJCFPRAZN**********2001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq Təşkilatın xx.xx.2023-cü il tarixli 216 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2023-cü il tarixində Bank tərəfindən 391,54 (üç yüz doxsan bir manat 54 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 391,78 (üç yüz doxsan bir manat 78 qəpik) manat təşkil etmişdir. Bundan sonra kart hesabından çıxarış məlumatlarından da göründüyü kimi müvafiq ödəniş tapşırığında Cavabdeh kart hesabına köçürülməsi nəzərdə tutulmuş məbləğ texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş verməsi nəticəsində təkrarən ikinci dəfə xx.xx.2023-cü il tarixində köçürülmüş və bunun nəticəsində cavabdeh, iddiaçının 391,54 (üç yüz doxsan bir manat 54 qəpik) manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə Cavabdeh kart hesabındakı qalıq vəsaitlərinin borca silinməsi də nəzərə alınmaqla İddiaçı qarşısında 385,27 (üç yüz səksən beş manat 27 qəpik) manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır ki, həmin borcun ödənilməsi ilə əlaqədar olaraq Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli 7.3.2024-006 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, ona xx.xx.2023 və xx.xx.2023cü il tarixlərdə 391.54 manat ödəniş həyata keçirilmiş, 385.27 manat qalıq borcu qalmışdır. - "xxxx" Bank ASC-nin Cavabdeh göndərdiyi 07 mart 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “xx.xx.2017-ci il tarixli 189 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləvə xx.xx.2023-cü il tarixli “plastik kartın sifariş olunması üçün ərizə” yə əsasən ona AZN valyutada FPRAZN**********2001 nömrəli xüsusi kart hesabı açılmışdır. Müqaviləyə və ərizəyə əsasən ona açılmış FPRAZN**********2001 nömrəli xüsusi kart hesabında xx.xx.2023-cü il tarixində texniki overdraft baş vermiş və onun bank qarşısında xx.xx.2024-cü il tarixinə 385,27 manat məbləğində üumi borcu yaranmışdır. Hesabınıza səhv köçürülmüş və ya ona aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Cavabdeh həmin vəsaitin 3 iş günü müddətində ödənməsi xahiş edilmiş və əks təqdirdə filial tərəfindən məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş FPRAZN**********2001 nömrəli xüsusi kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək, ümumilikdə 385,27 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmaqla əsassız varlanmışdır. İddiaçı "xxxx" BANK ASC kredit müqaviləsi üzrə yaranmış 385,27 manat əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 385,37 (üç yüz səksən beş manat otuz yeddi qəpik) manat borc tutularaq iddiaçı "xxxx" BANK ASC-yə ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 385,37 (üç yüz səksən beş manat otuz yeddi qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" BANK ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-223/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-223/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver