Məhkəmə qərarları › İş №e-2(075)-224/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-224/2025

08.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-224/2025 08.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin və sənədlərin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu və Şəki şəhəri, 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin cavabdeh X19 alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh X34 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, fiziki şəxs kimi vergi ödəyicisi olmaqla alqı-satqı işi ilə məşğul olmuşdur. 2008-ci ildə Cavabdeh və X13 adlı şəxslər ona yaxınlaşmış, Xanım gəlini olacaq X5 istəyi əsasında şəhərdən 6 sot torpaq almaq istədiyini bildirmiş, onlara kömək etməsini xahiş etmişdir. O, onlara torpaqlar göstərmiş, onlar şəhərin 98-ci kvartalında yerləşən torpağı bəyənmiş, torpağa əlavə Xanımın gəlin olacaq Günay İsrafilovanın da baxmalı olduğunu bildirmişlər. Bir gün sonra Günayın atası Müzəffər torpağı qızına göstərmiş, qızı bəyəndikdən sonra ofisinə gəlmişlər. Torpaq sahəsi X15 adına olsa da, Rəşid torpağın satışını X20 həvalə etmişdir. O, Nazimdən torpağın sənədlərini alıb baxdıqda torpağın sahibi X15 adına bələdiyyə qərarının olduğunu, lakin torpağa çıxarış alınmadığını görmüş, Nazimə torpağı belə sata bilməyəcəyini, mütləq çıxarış almalı olduğunu bildirmişdir. Çıxarışın alınmasına azı bir ay vaxt lazım olsa da xanım toya tələsdiyini demiş, o, Xanıma vəkalətnamə yolu ilə də ala biləcəyini izah etmişdir. Çıxarışın alınma xərcinə görə 6000 manat çıxıb, torpağın alqısatqısını 5460 manata razılaşmışlar. O, Xanıma və Müzəffərə torpağa çıxarış alandan sonra istədiyi adama sata bilcəklərini izah etmişdir. Xanım əlində olan 1800 manat pulu vermiş, qalan pulu isə toydan sonra bir ay ərzində verəcəyini demişdir. Belə olduqda o, tərəflərin arasında Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən 5 nəfərin iştirakı ilə behləşmə müqaviləsi yazmış, müqavilədə pulun hamısı ödənildikdən sonra X16 vəkalətnamə veriləcəyi qeyd edilmişdir. Bir ay ərzində Xanım pulu vermiş, Nazim Xanımın göstərişinə əsasən torpağa dair bütün səlahiyətləri vəkalətnamə əsasında X9 vermişdir. Nazim onun yanında vəkalətnamə verən torpağın sahibi X15 pulunu vermis, ondan qəbz almış və ona heç bir borcu qalmamışdır. 3 ay keçdikdən sonra Xanım və Müzəffər qızları ilə birlikdə gələrək Günayın nişan üzüyünü qaytardığını, torpağı da qaytaracağını bildirmiş, onlar Günaydan torpağı təhvil almağa getmiş, 98-ci kvartalda torpaq sahəsində Günayın atası Müzəffər və Xanıma narazılığını bildirib torpağın ətrafını əziyyət çəkib möhkəmlətdirdiyini, əvəzində heç nə istəmədiyini bildirmiş, özü ilə gətirdiyi torpağa dair sənədləri Xanıma vermişdir. Onlar natariusa getmiş, Günaya verilən vəkalətnaməni Nazim ləğv etdirmiş, Xanımın göstərişi ilə yenidən qızı Yeganənin adına çıxarış almaq, ev tikmək, satmaq və s. hüquqları olan 2033-cü ilədək etibarlı vəkalətnamə vermişdir. Təxminən 10 il sonra Xanım yenidən ofisinə yaxınlaşaraq torpağında Mübarik adlı bir qadının ev tikdirdiyini bildirmiş, o da həmin vaxt Xanıma etibarnamənin qızının adına olduğunu, onun ixtiyarının olmadığını, həmin şəxsi ancaq özlərinin oradan çıxara biləcəyini bildirmişdir. Xanım ondan torpağı tələb etdikdə o, Xanıma torpağa sahiblik etmədiklərini, torpağın birinci sahibinin Rəşid olduğunu, ona müraciət etməli olduqlarını bildirmişdir. Torpağın əvvəlki sahibi Rəşid Bələdiyyəyə müraciət etmiş, baş verənlər barədə maraqlanmış, X1 rəsmi məktub yazaraq 1993-cü ildə verilmiş torpağı almaqdan natariusda ərizə yazaraq imtina etdiyini, bu səsəbdən torpağın növbədə olan X21 2006-cı ildə verildiyini bildirmiş və ondan zəbt etdiyi torpağı tərk etməsini tələb etmişdir. X36 Səfərəlyevanın zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, 2017-ci ildə Şəki Rayon Məhkəməsində tərəflərin xahişi nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanmışdır. Mübarik əvvəlcə özünə təqdim edilmiş torpaqdan natrusda təsdiq edilmiş ərizə əsasında imtina etmiş və torpağı bələdiyyəyə qaytarmış, sonra həmin torpağı qonşusu İlqara satmış, İlqar bir müddət sonra qəflətən ölmüş, İlqarın öldüyünü bilən Mübarik, uzun müddət torpağın heç kim tərəfindən istifadə edilmədiyini görüb satdığı torpağı zəbt edərək ev tikdirmişdir. Mübarik Ramiz və Xanımla razılaşmış, 98-ci kvartalda olan 600 kvm torpağı Xanıma və onun şəriyi X32 vermişdir. Dələduzluqla məşğul olan Xanımın qohumu Ramiz “sizə torpaq verəcəm deyə”, vətəndaşdan küllü miqdarda pul aldığına görə həbs olunmuşdur. Ramiz həbs edilməmişdən əvvəl, Mübarik verən torpağı Xanımın razılığı ilə xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyata aldırmışdır. Mübarikin verdiyi bələdiyyə torpağının rüsumunu Ramiz özü Beynəlxalq banka ödəsə də torpaq X7 adına qeydiyyata alınmışdır. 5 il müddət keçdikdən sonra Sümayə vasitəsi ilə Ramiz evi satmalı və Xanıma evin dəyərindən düşən pul payını verməli olmuşdur. Xanım əvvəlcə onu 2018-ci ildə məhkəməyə vermiş, Xanımın iddiasına Şəki Rayon Məhkəməsində baxılmış, ətraflı araşdırma aparılaraq iddia rədd edilmişdir. Daha X45 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə yenidən baxılaraq Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X37 Məhkəməsinin qərarında Ali Məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmə də Şəki Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Xanım təzədən 2022-ci ildə Nazimi məhkəməyə vermiş, Xanımın iddiasına Şəki Rayon Məhkəməsində baxılmış, ətraflı araşdırma aparılaraq Xanımın iddiası rədd edilmişdir. X45 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsində işə yenidən baxılaraq Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X37 Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, Xanımın iddiasını təmin etmişdir. Həmin qərarın icrası ilə bağlı hər ay Nazimin pensiyasından pul tutulmuş, Nazim də tutulan pulu ondan almışdır. O, vergi ödəyicisi olduğu üçün Mülki Məcəllənin 390-cı maddəsinə görə alıcı ilə satıcı arasında Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəlik götürmüş, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən behləşmə müqaviləsi yazmışdır. Mülki Məcəllənin tələbinə əsasən öhdəlik götürən, ziyan çəkən tərəfin ziyanını ödəməli olmuşdur. Odur ki, Cavabdeh müqavilə əsasında 27 mart 2008-ci ildə təhvil aldığı torpağın pulunu məhkəmə vasitəsi ilə almış, torpağı geri qaytarmamışdır. O, öhdəlik götürdüyü üçün torpağı ondan tələb etmişlər. Torpaq yerində olmaqla torpağı zəbt edən zəbt etdiyi torpağın əvəzində Xanıma torpaq vermişdir. Odur ki, 27 mart 2008-ci ildə satdığı torpağın pulunu məhkəmə vasitəsi ilə geri alan və torpağı qaytarmayan Xanımın ondan aldığı torpağı və torpağın sənədlərini geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh 12 noyabr 2024-cü ildə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı və onun iş həmkarı Nazim Çərkəzovun ona qarşı bu günə kimi etdiyi qanunsuzluqlar və ona və qızına qarşı irəli sürdükləri qanunsuz iddia tələbləri onda əsəb xəstəliyinin yaranmasına səbəb olmuşdur. Belə ki, təxminən bir ilə əvvəl Nazim Çərkəzov qızı X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki şəhəri 98 kvartalda yerləşən 600 kv.m torpaq sahəsinin dəyəri olan 5460 manatın və 14 il ərzində ona dəymiş maddi ziyanlığına görə 2500 manatın, həmçinin dövlət rüsumu olaraq ödədiyi 112 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia tələbi məhz ona qarşı qaldırılmış iddia tələbində göstərilən torpaq sahəsi üzrə olmuşdur. İlk əvvəl qızına qarşı indi isə ona qarşı eyni tələb irəli sürülmüşdür. Həmin iddia tələbinə baxılaraq rədd edilmişdir. Apellyasiya və Ali Məhkəmə qərarı dəyişmədən saxlamışdır. (Şəki rayon məhkəməsinin e-2(075)-1573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 179/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-2133/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı) Bu gün isə İddiaçı eyni iddia tələbini ona qarşı irəli sürmüşdür. Mübahisənin kökü onun topraq satın almaq üçün İddiaçı müraciət etməsi ilə yaranmışdır. İddiaçı ona Şəki şəhərində İdman Kompleksi tərəfdə torpaq sahəsini göstərərək oranı sata biləcəyini demiş, o, bunun üçün həmin torpaq sahəsinin dəyəri olaraq ümumilikdə 5460 manat pul ödəmişdir. X41 arasında formal alqı-satqı müqaviləsi də bağlanmış, müqaviləni İddiaçı təsdiqləmişdir. Bir müddət sonra həmin torpaq sahəsinin ətrafını başqa bir şəxsin daş divarla hördüyünü görmüş, soruşduqda həmin şəxs torpaq sahəsinin mülkiyyətçisi olduğunu ona bildirmişdir. Məsələ ilə bağlı İddiaçı və Nazim Çərkəzova bildirmiş, həmin şəxslər “sən torpaq sahənə sahiblik etməmisən başqası torpağa yiyələnib. Biz nə edək” deyərək uzun müddət onu bu yolla aldatmışlar. Ona məlum olmuşdur ki, Abid və Nazim özlərinə məxsus olmayan torpaq sahəsini ona satıb pulunu mənimsəmişlər. Bundan sonra əlacsız qalıb pul tələbi ilə İddiaçı qarşı Şəki rayon məhkəməsində iddia qaldırmış, iddia tələbi bütün instansiya məhkəməsində rədd edilmişdir. Ali Məhkəmə qərarında iddia tələbi üzrə cavab verməli şəxsin İddiaçı deyil, Nazim Çərkəzov olduğunu qeyd etmiş, pulun ona verildiyini əsas gətirmişdir. Məhz buna görə də yenidən Nazim Çərkəzova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, yekun məhkəmə qərarı ilə onun torpaq üçün ödədiyi 5460 manat pulun Nazim Çərkəzovdan tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qərar artıq hissə-hissə icra olunmaqdadır. Pul tutulduğu üçün bu gün əsassız iddialarla məhkəmələrdə onlara qarşı əsassız iddialar qaldırmışlar. İş materiallarına əlavə etdiyi qərarlardan göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olmuşdur. Bu qərarlar üzrə müəyən edilən halların yenidən sübut edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən ona qarşı irəli sürülən iddia tələbinin rədd olunması barədə qərar çıxarmağını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki Bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli, 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, ünvan ünvanda yaşayan X15 ərizəsi, 30-cu rayon, R.Axundov küçəsi, 12 saylı evdə yaşayan X3 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq, Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 947 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək məqsədi ilə şəhərin 98-ci kvartalından mülkiyyətinə 600 kv.metr torpaq sahəsi X15 adına rəsmiləşdirilsin və yaşayış evi tikməsinə icazə verilmişdir. Nazim Çərkəzov, Cavabdeh, X23, X13 və İddiaçı iştirakı ilə tərtib edilmiş və Alqı- Satqı Mərkəzi rəhbəri kimi İddiaçı möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsində göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar-torpaq satan Nazim Çərkəzov, torpaq alan Cavabdeh, X23, X13 və vasitəçi İddiaçı iştirakı ilə Çərkəzov Nazim özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satdı. 1800 manat verildi, qalan 3660 manat 25 aprel 2008-ci ildə tam ödəniləcəkdir. Torpaq alana razılaşmağa görə 25 illik vəkalət veriləcək, vəkalətin pulunu torpaq satan ödəyəcək. Həmin müqavilənin arxa səhifəsinə Nazim Çərkəzov, Cavabdeh və İddiaçı iştirakı ilə edilmiş əlavədə göstərilmişdir ki, 31 mart 2008-ci ildə yenidən torpağın pulundan 1400 manat verildi, qaldı 2260 manat. Həmin müqavilənin arxa səhifəsinə Cavabdeh və İddiaçı iştirakı ilə edilmiş əlavədə göstərilmişdir ki, 11 aprel 2008-ci ildə yenidən qalan borc puldan 1600 manat verildi, qaldı 660 manat. Həmin müqavilənin arxa səhifəsinə Nazim Çərkəzov, Cavabdeh, X17 və İddiaçı iştirakı ilə edilmiş əlavədə göstərilmişdir ki, 21 aprel 2008-ci ildə yenidən qalan 660 manat verildi. Heç bir borc qalmadı. Torpağın pullarını Cavabdeh verdi. Vəkalətnamə gəlini X9 verildi ki, gələcəkdə torpağı aformut etsin. 29 mart 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X24 öz adına olan 22 aprel 2006-cı il tarixli, 23 nömrəli qərar ilə 98 kvartaldan ev tikmək üçün aldığı 600 kv.m torpağı 5000 manata X2 və pulunu alıb vəkalətnamə vermişdir. Müqavilənin doğruluğunu X25, X24 və İddiaçı öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 98-ci kvartalda yerləşən 0.06 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şəki Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (075)-872/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (075)- 1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, cavabdeh X14 5460 (beş min dörd yüz altmış) manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pulun tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Şəki İ saylı notariat ofisinin 30 iyul 2008-ci il tarixli etibarnaməsindən görünür ki, X15 X20 verdiyi etibarnamə əsasında X10 Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən Şəki şəhərinin 98-ci kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Nazim Çərkəzov, etibarnamə əsasında X24 tərəfindən ona həvalə edilmiş Şəki şəhərində yerləşən torpaq sahəsini (6500 ABŞ dollar) 5460 manata Cavabdeh satmışdır. Cavabdeh hissə-hissə olmaqla dörd dəfəyə 5460 manat pulu Nazim Çərkəzova ödəmişdir. X8 Aslanovanın qızı X10 Şəki şəhərinin 98 kvartalında yerləşən 600 kv metr torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı və digər səlahiyyətləri 30 iyul 2008-ci il tarixli etibarnaməsi əsasında etibar edərkən, həmin torpaq sahəsinin mülkiyyətində olmasına dair sənədi (çıxarışı) olmamış, torpağa dair Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı iclası protokolundan çıxarışa əsasən bunu etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə, mübahisəsi gedən torpaq sahəsinin cavabdehə təhvil verilməsi sübut edilmədiyindən X14 5460 manat pulun tutularaq Yeganə İsmayılovanın anası Cavabdeh verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etirazına nəzər yetirib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan, cavabdehin etiraz ərizəsindən, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, Cavabdeh İddiaçı torpaq almamış və ona torpağın dəyəri olaraq heç bir ödəniş etməmişdir. Göründüyü kimi mübahisə predmenti olan torpaqla bağlı hərəkətlər Cavabdeh ilə X25 arasında X24 tərəfindən Nazim Çərkəzova verilmiş etibarnamə əsasında aparılmış, İddiaçı isə istəyinə uyğun torpaq tapmaqda Cavabdeh köməklik etmişdir. İşin qeyd olunan halı iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş, əksini göstərən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də müəyyən edilir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). İş materiallarından da göründüyü kimi, Cavabdeh mübahisə predmenti olan torpaqla bağlı daha əvvəl İddiaçı qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, aldadılaraq pulunun alınıb geri qaytarılmadığını iddia etmişdir. Lakin məhkəmə mülki iş materiallarını araşdıraraq Cavabdeh iddiasını təmin etməmişdir. Bu səbəbdən Cavabdeh yenidən torpağı etibrnamə əsasında aldığı və pulunu verdiyi X20 qarşı pul tələbi ilə bağlı iddia qaldırmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli qərarı ilə Cavabdeh iddiası təmin olunaraq X14 5460 manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat pul tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Qeyd olananlara görə İddiaçı qaldırdığı iddia üzrə subyektiv hüququ yoxdur. Şərh edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X26 qarşı “tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu və Şəki şəhəri, 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin cavabdeh X19 alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh X34 tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X26 qarşı “tərəflər arasında müqavilə bağlayıb cavabdeh olduğu və Şəki şəhəri, 98-ci kvartalda yerləşən 600 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsinə aid sənədlərin cavabdeh X19 alınıb ona qaytarılması və həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh X34 tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar