Məhkəmə qərarları › İş №e-2(075)-2259/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2259/2023

31.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2259/2023 31.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2259/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-1606/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1, X2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras qalmış evdən və torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacıları X3 qızından miras qalmış Şəki şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 2ərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras qalmış əmlaklardan vərəsəlikdə üstünlük hüquqları nəzərə alınmaqla paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 26 sentyabr 2023-cü il tarixdə, 2(075)- 2259/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh2 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş bacısı X1 miras qalmış əmlaklardan vərəsəlikdə üstünlük hüququ nəzərə alınmaqla payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 21 iyun 2023-cü il tarixdə, 2(075)- 1606/2023 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1, X2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras qalmış evdən və torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsinə etirazının olmadığını bildirdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəmə iclasına gəlməmiş, cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, iddiaçı olmaqla digər iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi İddiaçı3 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi və 2(075)2259/2023 saylı işin 2(075)1606/2023 saylı işlə birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, mülki proses tərəflərinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2259/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-1606/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı3, İddiaçı2, İddiaçı1, X2 və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras qalmış evdən və torpaq sahəsindən payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-1606/2023 nömrə ilə qeydiyyata alınsın. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar