Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-227/2025 16.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə torpağa dair tam pay üzrə sahib mərhum anası Əsgərova (Ağayeva) Şəfəq Seyran qızından miras qalmış Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m-dən ibarət 3 otaqlı 14 nömrəli miras əmlaka onun tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum anası Əsgərova (Ağayeva) Şəfəq Seyran qızı 27 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Mərhum anasından Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbsəində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m-dən ibarət 3 otaqlı 14 nömrəli mənzil ümumi birgə mülkiyyət miras qalmışdır. O, atası Cavabdeh2 və qardaşı Cavabdeh1 anasının vərəsələridir. Anasından qalan miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, lakin, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 iyul 2024-cü il tarixli məktubu ilə ona mirasın qəbul müddətini keçirməyi bildirilmiş, ona görə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mərhum anasından miras qalmış əmlak üzərində onun birinci növbə vərəsə kimi miras payı vardır. Digər vərəsəsi olan qardaşı Cavabdeh1 və atası Cavabdeh2 miras əmlakdan imtina edirlər. Ona görə də onun miras əmlak üzərində tam payı müəyyən edilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi imtina etdiyindən o, məcbur olub əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, artıq uzun müddətdir sözügedən mirasları qəbul etmiş və onun tərəfindən idarə olunur. Çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi həm də onun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməyini nəzərdə tutur. O mərhum anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahat verərək bildirdilər ki, miras əmlakdan onlara düşən payı qəbul etməkdən imtina etmirlər. Miras əmlakdan miras paylarının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, mərhum onun bacısıdır. Korona xəstəliyindən vəfat edib. Mübahisələndirilən əmlak ona və bacılarına analarından miras qalmışdır. İddiaçı və cavabdehlərin miras əmlakdan paylarının müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum onun bacısıdır. Mübahisələndirilən əmlak ona və bacılarına analarından miras qalmışdır. İddiaçı və cavabdehlərin miras əmlakdan paylarının müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Bağbanlar küçəsində istifadədə olan 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən 67.0 kv.m ümumi, 45.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə X6, X2, X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid 23 iyul 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məltumatlar aşkar edilmiş. X8, İddiaçı və Cavabdeh1 ibarət ailə tərkibi mövcuddur. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 14 iyul 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı anası X9 14 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. X3 Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m olan, 3 otaqlı 14 nömrəli mənzil miras qalmışdır. Hazırda iddiaçı həmin daşınmaz əmlakın anasından ona qalmış miras əmlak olduğunu qeyd edərək, həmin miras əmlakdan payının müəyyən edilməsini tələb edir. İş materialları ilə müəyyən olunur ki, X9 14 sentyabr 2021-ci il tarixdə ölmüşdür və onun öldüyü məqamda malik olduğu Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m olan, 3 otaqlı 14 nömrəli mənzil onun miras əmlakı hesab olunur. X1 vəfat etdikdən sonra onun vərəsələri İddiaçı (oğlu), Cavabdeh2 (yoldaşı), Cavabdeh1 (oğlu) olmuşdur. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 X1nın ölümündən sonra miras əmlaka yiyələnmələri tərəflər arasında işin mübahisəsiz halı olduğundan onlar, mirası faktiki olaraq qəbul etmiş sayılırlar. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X9 öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları - İddiaçı, Cavabdeh1 və əri Cavabdeh2 miras qalmış əmlakı faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 miras qalmış Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m olan, 3 otaqlı 14 nömrəli mənzildən İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 miras qalmış Şəki şəhəri, Bağbanlar küçəsi, 0.032 ha torpaq sahəsində yerləşən 59 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 67.0 kv.m, yaşayış sahəsi 45.2 kv.m olan, 3 otaqlı 14 nömrəli mənzildən İddiaçı 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-227/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-227/2025
16.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver