Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2281/2025 02.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia ərizəsinin tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7932,80 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli X4 əsasən “Administrator” vəzifəsinə keçirilmiş, onunla “X6 haqqında” Müqavilə bağlanmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsi nəzərə alınmaqla, Cəmiyyətin xx.xx.2025-ci il tarixli 51-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəviməsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X6 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələnməhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddi məsuliyyət müqaviləsiçərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. Birinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1800 saylı Əmrindən göründüyü kimi, “Oba – Çapayev 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış,cavabdehin öhdəsində olan maddi ehtiyatların fizikisayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3466,57 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt” və məlumatların üzləşdirilməsi barədə “İnventarizasiya Cədvəli” cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. İkinci inventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2025-ci il tarixli, 543 saylı Əmrindən göründüyü kimi, “Oba – Çapayev 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fizikisayılaraq yoxlaması tapşırılmışdır. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, inventarizasiyanın qaydalara uyğun keçirildiyini bildirmiş, sayılan əskik malları yoxlamış, sayımla bağlı heç bir narazılığı olmamışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2025-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 7016,94 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə şifahi məlumat verilsə də, ünvanına xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X6 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Yekun nəticə: Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2025-ci il tarixli, 2001 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsulşəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,31 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 7932,8 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmiş, habelə barışıq sazişinin bağlanması və borcun hissəvi ödənilməsi ilə bağlı cavabdehə etdikləri təklif rədd edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia əizəsini müdafiə edərək, məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sübutlara istinad edir: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 365/İQ saylı əmrin çıxarışından görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2022-ci il tarixdən “satıcıkassir” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat müəyyən edilmişdir; - Əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin idarə heyətinin sədri ilə Cavabdeh arasında Oba Market” MMC-nin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2022-ci il tarixdən “satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır; - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək Satış şöbəsində “Admnistartor” vəzifəsinə keçirilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli, 31V saylı əmrin çıxarışından görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2024-cü il tarixdən “Administrator” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 390 manat müəyyən edilmişdir; - Əmək müqaviləsinə əlavədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2024-cü il tarixdən “Administrator” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsinə əlavə bağlanmışdır; - Administrator vəzifə təlimatından görünür ki, 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələnməhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddi məsuliyyət müqaviləsi çərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. - X6 haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin idarə heyətinin sədri ilə Cavabdeh arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır; Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddiməsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. - “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2025-ci il tarixli 2001 saylı əmrdən aydın olur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə təbii itki normaları tətbiq edilməsi və təbii itki normasının satış dövriyyəsinin 0,31 faizi müəyyən edilməsi əmr edilmişdir. - "xxxx" MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 3466.57 manat və xx.xx.2025-ci il tarixdə 7016.95 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 7932,8 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 7932,8 manat təşkil edir; - Planlı inventarizasiyanın aparılması haqqında xx.xx.2024-cü il tarixli əmrdən, xx.xx.2024-cü il tarixli Planlı inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Chapayev 3 filialında aparılmış xx.xx.2024-cü il tarixdə planlı inventarizasiya nəticəsində 3466.57 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır; - Planlı inventarizasiyanın aparılması haqqında xx.xx.2024-cü il tarixli 1800 saylı əmrdən, xx.xx.2024-cü il tarixli Planlı inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Chapayev 3 filialında aparılmış xx.xx.2024-cü il tarixdə planlı inventarizasiya nəticəsində 3466,57 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır; - Növbədənkənar inventarizasiyanın aparılması haqqında xx.xx.2025-ci il tarixli 543 saylı əmrdən, iltizamnamədən görünür ki, Oba-Chapayev 3 filialında aparılmış xx.xx.2025ci il tarixdə növbədənkənar inventarizasiya aparılması qərarına gəlinmiş, bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. Cavabdeh komissiyanın xx.xx.2025-ci il tarixli iltizamnaməsini maddi məsul şəxs olaraq imzalamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, sayım qaydalara uyğun keçirilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır. - xx.xx.2025-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan məlum olur ki, xx.xx.2025-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktı tərtib edilmiş, 7016,95 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh inventarizasiyada iştirak etsə də, xx.xx.2025-ci il yekun aktı imzalamamışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (bağlanış) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanın mütləq olduğu bildirilmiş və Daxili Nəzarət Departamentinə yaxınlaşmağı xahiş olunmuşdur; - xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli Növbədənkənar inventarizasiyanın aparılmasında iştirak etdiyini, lakin araşdırmanın nəticəsi ilə tanış olmadığını, 7016,95 manat əskikgəlmənin yaranması səbəbləri barədə izahat verməkdən imtina etməsi təsdiq edilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli 51-x saylı əmrdən çıxarışdan (işdən azad haqqında) və əmək müqaviləsi bildirişindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; - xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müxtəlif tarixlərdə fəaliyyətinin yoxlanılması, 7931,4 manat əskik gəlmənin aşkar edilməsi, vəzifə təlimatına, maddi məsuliyyət müqaviləsinə əsasən ondan 3 gün müddətində 7931,4 manat borcun ödənilməsini təmin etmək xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir; - xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-01180 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən hazırkı tələb üzrə 60 manat mediasiya xərci ödənilmişdir; X5 tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırkı tələb üzrə 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2-ci maddəsinə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır; 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203.2-ci maddəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Göründüyü kimi İddiaçı MMC vurulan ziyanın müəyyən edilməsi üçün cavabdehin iştirakı ilə araşdırma aparmış, Oba-Chapayev 3 filialında aparılmış xx.xx.2024-cü il tarixdə planlı inventarizasiya nəticəsində 3466,57 manat kənarlaşma müəyyən edilmiş, Cavabdeh iştirakı ilə inventarizasiya aparılmış, inventarizasiyanın nəticəsinə onun iradı olmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsi ilə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bununla əlaqədar olaraq, Oba-Chapayev 3 filialında xx.xx.2025-ci il tarixdə növbədənkənar inventarizasiya aparılmışdır. Maddi məsul şəxs Cavabdeh da iştirak etmişdir. Cavabdeh komissiyanın xx.xx.2025-ci il tarixli iltizamnaməsini maddi məsul şəxs olaraq imzalamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, sayım qaydalara uyğun keçirilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır. Yekun aktı xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, 7016,95 manat əskik gəlmə müəyyən olunmuşdur. Həmin aktın təsdiq edilməsi üçün isə xəbərdarlıq məktubu göndərilsə də, imzalamamışdır. Buna dair imtina aktı tərtib edimişdir. Müəyyən olunur ki, maddi məsul şəxs kimi cavabdeh iddiaçıya 3466,57 manat və 7016,95 manat əskik gəlmə aşkarlanmış, iddiaçı tərəfindən satış dövriyyəsinin 0,31 faizi təbii itki normaları tətbiq edilməklə 7932,80 manat ödənilməsini tələb etmişdir. Cavabdeh isə həmin məbləği mübahisələndirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçınə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7932,80 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçınə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7932,80 (yeddi min doqquz yüz otuz iki manat, səksən qəpik) manat, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2281/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2281/2025
02.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver