Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2325/2025 14.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Ərizəçi iştirakları ilə, Ərizəçi “ölüm kağızının tanınması, qyedə alınması və və doğum haqqında şəhadətnamənin dubilikatının verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 Rusiya Fedarasiyası tərəfindən verilmiş ölüm kağızının tanınması, qeydə alınması və ona məxsus doğum şəhadətnaməsinin dublikatının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə 11 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası 14 oktyabr 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizə verərək, “ölüm kağızının tanınması, qeydə alınması və və doğum haqqında şəhadətnamənin dubilikatının verilməsi” tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Ərizəçi ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib ərizəçinin ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3, 114.1.3cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi “ölüm haqqında şəhadətnamənin mərhum X1 məxsus olması qeydə alınması və dubilikat doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Məhkəməyə ərizənin verilməsi üçün Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2325/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2325/2025
14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver