Məhkəmə qərarları › İş №e-2(075)-2329/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2329/2025

25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2329/2025 25.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X32 qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X7, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə ürək səbəbli qəfləti Şəki Rayonu, Baş Göynük kəndində ölmüş X12 ərizəçinin-Ərizəçi atası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1960-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. Mərhum X4 ilə mərhum atası faktiki ailə münasibətlərində olsalar da, sonradan, yəni xx.xx.1960-cı ol tarixdə “Nuxa rayon Baş Göynük kənd sovetliyində rəsmi olaraq nikaha girmişlər. Valideynlərinin birgə nikahlarından üç övladı - o, Ərizəçi, Məmmədova (Səmədova) Şahnaz Yaqub qızı və X18 anadan olmuşdur. X4 xx.xx.2003-cü il tarixdə, X5 xx.xx.2011-cı il tarixdə, qardaşı X18 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Şəki rayon Baş Göynük kənd sakini olmuş və həmin kənddə vəfat etmiş mərhum X5ndan qalmış miras əmlakı faktiki olaraq o, qəbul edərək idarə etsə də, habelə digər vərəsələrin miras əmlakı adına sənədləşdirilməsinə etirazları olmasa da, həmin miras əmlakı adına rəsmiləşdirə bilmir. Belə ki, Şəki Regional “ASAN xidmət” mərkəzinə gedərək mərhum X5ndan miras qalmış əmlakdan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, cavab olaraq bildirilmişdir ki, doğum haqqında akt qeydində tək ananın adı qeyd edildiyindən, ata adı qeyd edilmədiyindən, ona vərəsəlik işinin açıb şəhadətnamə verilməsi qeyri-mümkün hesab edilmişdir. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək şifahi olaraq tövsiyə olunur.” Bundan sonra Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək atasının X19 olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik göstərilməsini xahiş etsə də, müraciətindən imtina edilmiş və imtina ərizəsində qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. X2 onun atası olması hüquqi faktı müəyyən etdirməlidir, ondan sonra vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat orqanına müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayədəsi (vəkili) X17 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Şəki Rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki şəhər Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X2 X14 ( həyat yoldaşı, vəfat edib), X18 (oğlu, vəfat edib), X15 (qızı), X27 (oğlu) adlı vərəsələri vardır. - Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli iddiaçı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, atalıq faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - 04 dekabr 1960-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X14 arasında 03 dekabr 1960-cı il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Səmədov”, arvada “Səmədova” soyadı verilmişdir. - 30 avqust 1960-cı il tarixli İİ-ИЕ 017179 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi atası qrafası boş saxlanılmışdır, anası isə X9r. - 07 may 1958-ci il tarixli İİ-ИЕ 606272 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X13 atası qrafası boş saxlanılmışdır, anası isə X9r. - 21 dekabr 2003-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2003-cü il tarixdə Şəki rayon, Baş Göynük kəndində vəfat etmişdir. - 11 may 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2011-ci il tarixdə Şəki rayon, Baş Göynük kəndində vəfat etmişdir. - 01 dekabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Şəki rayon, Baş Göynük kəndində vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ərizənin verilməsi üçün 90,40 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında iştirak edən şahid X16 izahatında ərizəçinin atasının adının Yaqub, anasının adının Xədicə olduğunu və Baş Göynük qəbristanlığında dəfn olunduğunu bildirmişdir. - Məhkəmə iclasında iştirak edən şahid X20 izahatında ərizəçinin qonşusu olduğunu, bir kənddə yaşadıqlarını, ərizəçinin atasının Yaqub, anasının adını isə xatırlamadığını, atasının Baş Göynükdə dəfn olunduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsində uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ərizəçinin X5 X4 el adəti ilə toy edərək ailə qurmuşlar. Ərizəçi 07 avqust 1960-cı il tarixdə anadan olmuşdur. X5 X4nın rəsmi nikahları olmadıqlarından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. X19 06 may 2011-ci il tarixdə vəfat etmişdir və hazırda ərizəçi atasından miras qalmış əmlaka dair vərəsəliyi qəbul etmək istəsə də, onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş olduğundan mirasın qəbul edilməsi ona çətinliklər yaradır. Buna görə də hazırkı tələb ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin atasının X19 olması iş materiallarında olan sənədlər, şahid ifadələrindən, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışlarından müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 07 avqust 1960-cı ildə Şəki rayon, Baş Göynük kəndində anadan olmuş X10 atasının 06 may 2011-ci il tarixdə vəfat etmiş X19 olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 07 avqust 1960-cı ildə Şəki rayon, Baş Göynük kəndində anadan olmuş X10 atasının 06 may 2011-ci il tarixdə vəfat etmiş X19 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar