Məhkəmə qərarları › İş №e-2(075)-2355/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2355/2025

17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2355/2025 17.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi2 nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi1 maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 ilə X4 bacı-qardaş olması, yəni qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişi zamanı Ərizəçi1 razılığı ilə Ərizəçi2 iş üzrə əlavə (birgə) ərizəçi qismində cəlb edilmişdir. Ərizə onun əsaslandırılmışdır ki, Ərizəçi2 Ərizəçi1 bibisidir. Ərizəçi2 atası X4 bacısıdır. Onların hər ikisi Ermenistan Respublikası Vardenis rayonunda anadan olmuşlar. Məlum hadislərlə bağlı digər sakinlər kimi onlar da məcburi olaraq öz doğma ata-ana yurdalrından köçürülmüş və Azərbaycan Respublikasının müxtəlif ərazilərində məskunlaşmışlar. Hazırda o və yaxın qohumlarım Şəki rayonu Çolaxlı və Cəfərabad kəndində məskunlaşmışlar. X7 8 oktyabr 2002-ci ildə vəfat etmişdir. X7 və Ərizəçi2 doğum haqqında şəhadətnamələri itdiyi üçün onların bacı-qardaş olmasının təsdiq edilməsi çətinləşmişdir. Ərizəçi2 özünün şəxsi mülkini Ərizəçi1 bağışlamışdır. Bunu sənədləşdirmək istəyir. Lakin yaxın qohumluqları təsdiq edilmədiyi üçün əlavə xərclər çəkməli olur. Ona görə də bu qohumluq faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 nümayəndəsi Vəkil ərizəni müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Sonuncu iclasda Ərizəçi1 ərizə ünvanlayaraq, üzrlü səbəbdən iclasda iştirak edə bilmədiyini bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin və digər ərizəsçinin iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: İş materialarında olan: - Ərizəçi2 şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, o, xx.xx.1963-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Şəki rayonu, Cəfərabad kəndində yaşayır. - X4 SSRİ vətəndaşlığı pasportundan aydın olur ki, o, xx.xx.1958-ci ildə Ernəsitan Respublikası, Vardenis rayonu, Y.Zağalı kəndində anadan olmuşdur. -Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2002-ci ildə vəfat etmişdir. - **********73-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu Təpəcənnət kəndində yerləşən bələdiyyəyə məxsus 0.20 ha torpaq sahəsində 1216.02 kv.m olan qeyri yaşayış sahəsi Ərizəçi2 mülkiyyətindədir. - Şəki rayon Qediyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, atasının doğum haqqında akt qeydinin əldə edilməsi üçün ərizəçi müraciət etmiş, ona Ermənistan Respublikasında anadan olmuş şəxslərin doğum haqqında qeydin Şəki rayon qeydiyyat şöbəsində saxlanmadığından doğum haqqında araryış verilməsi mümkün olmamışdır. - İsmayıllı rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi2 qardaşı oğlu Ərizəçi1 əmlakını bağışlama müqaviləsi ilə hədiyyə etmək istəmiş, onun və qardaşının doğum haqqında şəhadətnamələri olmamaası səbəbindən müqavilənin təsdiqi mümkün olmamışdır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10, X1, X2, X9 təsdiq etdilər ki, Şükür Eyyubov ilə Ərizəçi2 bacı-qardaşdırlar, onlar 1988-ci ildə Erməsitan Respublikası, Vardenis rayonundan qaçqın düşmüş, Şəki rayonu Çolaxlı və Cəfərabad kəndlərində məskunlaşmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, № 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 13-cü bəndinə əsasən “Elektron notariat” informasiya sistemi vasitəsilə tərtib edilən notariat sənədlərində barəsində notariat hərəkəti aparılan şəxslər, müqavilənin predmeti, daşınmaz əmlakın növündən asılı olaraq müqavilə şərtləri müəyyən edilməli, özgəninkiləşdirilən daşınmaz əmlak və ya onun hissələri barədə məlumat, bağışlama müqaviləsi qohumlar arasında bağlandıqda qohumluq əlaqəsi göstərilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ərizəçilərdən Ərizəçi1 atası X7 xx.xx.1958-ci ildə Erməsitan Respublikası, Basarkeçər (Vardenis) rayonu, Y.Zağalı kəndində anadan olmuşdur. Atasının bacısı - Ərizəçi2 isə xx.xx.1963-cü ildə Ermənistan, Basarkeçər (Vardenis) rayonunda anadan olmuşdur. Onlar 1988-ci ildə deportasiya nəticəsində Şəki rayonuna pənah gətirmişlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı etnik azərbaycanlılar tarixi torpaqlarından 1988-1989-cu illərdə öz tarixi torpaqları olan indiki Ermənistan Respublikası ərazisindən deportasiyası hamıya məlum olan haldır. Həmin etnik təmizləmə zamanı azərbaycanlıların sənədləri və arxiv məlumatları gətirilməmişdir. Hazırda Şəki rayonu Təpəcənnət kəndində yerləşən 1216.02 kv.m olan qeyri yaşayış sahəsi Ərizəçi2 mülkiyyətindədir. O, həmin əmlakı qardaşı oğluna bağışlamaq niyyətindədir. Bu sənədləşmə əsnasında qohumluq münasibətinin müəyyən edilməsi zərurəti yaranmışdır. İşdə olan sübutlar təsdiq edir ki, Ərizəçi2 X4 bacısı, yəni 2-ci dərəcəli qohumudur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilərin tələbi təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi2 X4 bacısı, yəni 2-ci dərəcəli qohumu olması faktı təsdiq edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar