Məhkəmə qərarları › İş №e-2(075)-239/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-239/2024

22.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-239/2024 22.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı “şərəf və ləyaqətinin müdafiəsi və işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X14 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra etmiş Ağǝli Cəlilovun qanunsuz hərəkətlərinin qadağan edilməsi, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat kompensasiyanın və 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayına qədər olan 2070 manat mənimsənilmiş aylıq əmək haqqının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilin noyabr ayında Nurəddin Bədəlov adına Şəki şəhər Folklor evində, Şəki rayonu Cəfərabad kənd Diyarşünaslıq klubunda və Şəki rayonu Göybulaq kənd Folklor klubunda rəqs dərnəyinin rəhbəri kimi işə qəbul edilmişdir. Aprel ayının sonunadək yuxarıda göstərdiyi təşkilatlarda fəaliyyət göstərmişdir. X19 adına Şəki şəhər Folklor evindəki fəaliyyətindən 2022-ci ilin noyabr ayında 40 manat, dekabr ayında 40 manat, 2023-cü ilin yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 40 manat, Cəfərabad kənd Diyarşünaslıq klubunda olan fəaliyyətindən 2022-ci ilin dekabr ayı üçün 160 manat, 2023-cü ilin yanvar ayı üçün 160 manat, fevral-mart ayı üçün 140 manat, Göybulaq kənd Folklor klubundakı fəaliyyətindən 2023-cü ilin fevral ayında 50 manat, mart ayında 50 manat olmaqla, ümumilikdə 780 manat məbləğ əldə edilmiş gəlir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X14 İdarəsinin müvafiq bank hesabına köçürülmüşdür. Həmin faktlar M.F.X22 şəhər X13 Regional Mədəniyyət İdarəsinə təqdim etdiyi 19 aprel 2023-cü il tarixli 18 saylı arayışda və ödəniş qəbzlərində öz əksini tapmışdır. İşə qəbul olunduğu zaman işəgötürənlə aralarında gəldikləri razılaşmaya görə dərnəyin fəaliyyətindən əldə olunmuş gəlirin əlli faizi əmək haqqı olara ona ödənilməli idi və bu məqsədlə ona əmək haqqı kartı verilsə də, işəgötürən tərəfdən ödəniş edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Şəki şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Mədəniyyət Nazirliyindən müraciətinə cavab olaraq X14 İdarəsinə 15 mart 2023-cü il tarixli, 3-24/07/2R-662/2023 nömrəli məktub ilə məsələnin araşdırılması, vəsaitin qısa müddət ərzində hesabına köçürülməsi aidiyyəti şəxsə həvalə edilmişdir. Lakin yaranmış problemin həlli 2023-cü il iyun ayının 2-də həll edilmiş, gizli saxlanılan digər qanunsuzluqlar da üzə çıxarılmışdır. Son vaxtlarda ona məlum olmuşdur ki, 2022-ci ilin noyabr ayında işə götürülməyinə baxmayaraq işəgötürənlə aralarında əmək müqaviləsi bağlanmamış, təqdim etdiyi əmək kitabçasına heç bir qeyd aparılmamışdır. Beləliklə də, əmək qanunvericiliyinin kobud şəkildə pozulması faktı ilə yanaşı işçiyə çatacaq əmək haqqının işəgötürən tərəfindən mənimsənilməsi faktının mövcudluğuna işarə edir. “Xəbər Lent az” bu məsələ ilə bağlı X15 İdarəsinin rəisi səlahiyyətlarini müvəqqəti icra edən Ağəli Cəlilova müraciət etmiş, lakin Mədəniyyət İdarəsinin rəhbərinin cavabı heç də mədəni olmamışdır. Belə ki, Ağəli müəllim işçilərinə də çəkinmədən demişdir ki, “Nurəli qələt edir şikayət etməyə. Şikayət etmədiyi yer qalmayıb, nə deyirsə yalandır. O, pulunu alıb, heç də sağ qismət olmasın ona. İctimaiyyət üçün bir də məni narahat etməyin”. Kobud şəkildə pozulmuş hüquqlarını bərpa etmək üçün onun müvafiq orqanlara şikayət etməyi Ağəli müəlimin xoşuna gəlməmiş, ona düşən pulun ödənildiyini yalan olaraq deməkdən belə çəkinməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə kobud surətdə pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2022-ci ilin noyabr ayından əldə edilmiş razılaşmaya əsasən Şəki rayonunun müxtəlif yerlərində olan mədəniyyət evlərində o, tələbələrə rəqs dərsi tədris etməli idi. Razılaşmaya əsasən yığılan pulun yarısı ona verilməli idi. Bu barədə hər hansı tələbi yoxdur. Yığılmış pulların yarısı həqiqətən də ona verilmişdir. Lakin o, işə girmək üçün məşğulluq xidmətinə müraciət edən zaman ona bildirilmişdir ki, onun adına aylıq əmək haqqı 345 manat olan aktiv əmək müqaviləsi var. Bundan sonra o, müraciətlər etmiş və ona məlum olmuşdur ki, onunla guya xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və guya ona aylıq 345 manat əmək haqqı ödənilmişdir. İddia tələbində qeyd edilən 2070 manat 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayına qədər ona aylıq 345 manat olmaqla ödənilməli olan məbləğdir. X5 qarşı qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manatın ona ödənilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçının da dediyi kimi M.F.Axundzadə adına Mədəniyyət Mərkəzi ilə əldə edilmiş razılaşmaya əsasən İddiaçı Mədəniyyət Mərkəzinin nəzdində müxtəlif bölgələrdə yerləşən mədəniyyət evlərində təşkil edilmiş rəqs kurslarından yığılan pulların 50 faizi İddiaçı verilməli idi. Həmin məbləğ də ona verilmişdir. İddiaçı tələb etdiyi 2070 manat isə əsassızdır. Çünki, Nurəli müəllimə pulun ödənilməsi ilə bağlı problem yarandığından mədəniyyət idarəsi xx.xx.2023-cü il tarixdə İddiaçı işə qəbul edilməsi ilə bağlı əmr vermişdir ki, onun adına kart açılsın və pullar ona ödənilə bilsin. Bu əmrləri qanunsuz hesab edən X17 məhz bu səbəbdən X20 Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə etmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır. Mənəvi ziyanın isə cavabdehə aidiyyəti yoxdur. Sübutların tədqiqi: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 Filialının xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” alt sistemində xx.xx.2023-cü il tarixdən qüvvədə olan aktiv əmək müqaviləsi (X14 İdarəsi, M.F.X22 şəhər Mədəniyyət Mərkəzində dərnək rəhbəri) aşkar olunmuşdur. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X10 X3 tərəfindən araşdırma aparılmış, nəticədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi müəyyən edilmiş və bu səbəbdən də həmin dövrdə X14 İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra etmiş, hazırda M.F.Axundzadə adına X11 direktoru vəzifəsində çalışan Aqaəli Cəlilov barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X14 İdarəsini M.F.X22 Şəhər Mədəniyyət Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Nurəddin Bədəlov adına şəhər folklor klubunda fəaliyyət göstərən “Rəqs” dərnəyinin rəhbəri kimi işə götürülmüşdür. Hal-hazırda da həmin işdə çalışır. Nurəddin Bədəlov adına şəhər Folklor evində noyabr 2022-ci il tarixdən çalışır. Həmin dərnəkdən siyahıya uyğun olaraq noyabr ayında 40 manat, dekabr ayında 40 manat, 2023-cü ilin yanvar ayında 50 manat, fevral ayında 50 manat, mart ayında 40 manat banka pul ödənilmişdir. Cəfərabad kənd Diyarşünaslıq klubunda 2022-ci ilin dekabr ayında 160 manat, 2023-cü ilin yanvar ayında 160 manat, fevral ayında 140 manat banka pul ödənilmişdir. Banka ödənilmiş məbləğ siyahıya uyğundur. Göybulaq kənd Folklor klubunda 2023-cü ilin fevral ayında 50 manat, mart ayında 50 manat banka pul ödənilmişdir. Bu dərnəklərdə iştirak edənlərin hər biri hər aya 10 manat olmaqla ödəniş edib. Dərnək iştirakçılarının ödəmə vəziyyətindən asılı olaraq bəzən bu ayın pulu digər ayda ödənilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X3 tərəfindən iddiaçıya ünvanlana xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayından işə cəlb olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixdən onunla əmək müqaviləsi bağlanmışdır. Bağlanmış əmək müqaviləsində aylıq əmək haqqı 345 manat qeyd edilsə də, həmin müqavilənin 4.7-ci bəndində (tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər) aylıq əmək haqqı yığılan vəsaitin 50 %-i olaraq qeyd edilmiş və iddiaçı həmin müqaviləyə imza çəkməyərək şərtlərlə razılaşmamışdır. Bundan əlavə hansı normativ akta əsasən dərnək rəhbərinə 50% həcmində ödəniş edilməsi ilə bağlı müəssisə tərəfindən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Eyni zamanda əmək haqqının ödənilməməsinə səbəb kimi smetanın ayrılmaması bildirilsə də işəgötürən tərəfindən ödənişin təmin edilməsi üçün heç bir rəsmi müraciət edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq M.F.X22 şəhər Mədəniyyət Mərkəzinin direktoru X12 Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - M.F.Axunzadə adına Mədəniyyət Mərkəzinin xx.xx.2023-cü il tarixli 20-k saylı əmrinin surətindən görünür ki, İddiaçı N.Bədəlov adına şəhər Folklor evi Cəfərabad kənd Diyarşünaslıq klubu və Göybulaq kənd Folklor klubu nəzdində yaradılmış “rəqs” kursuna xx.xx.2023-cü il tarixdən kurs rəhbəri təyin edilməsi, aylıq əmək haqqının yığılan vəsaitin 50%-i hesabı ilə verilməsi barədə əmr verilmişdir. - M.F.Axunzadə adına Mədəniyyət Mərkəzinin xx.xx.2023-cü il tarixli 114-k saylı əmrinin surətindən görünür ki, N.Bədəlov adına şəhər Folklor Evi, Cəfərabad kənd Diyarşünaslıq klubu, Göybulaq kənd Folklor klubunun kurs rəhbəri İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 07 iyul 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli 019202 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayına kimi iddiaçı Şəki rayonunun müxtəlif yerlərində mədəniyyət evlərində təşkil olunmuş rəqs dərnəklərində rəqs dərsləri keçir, bunun qarşılığı olaraq yığılan pulun yarısı iddiaçıya ödənilir. İddiaçı qeyd edilən razılaşmaya əsasən həmin dövr üzrə ödənilməli olan pulların ona tam şəkildə ödənildiyini bildirir. İddiaçını mövqeyi ondan ibarətdir ki, Dövlət Məşğulluq Xidmətinə iş üçün müraciət edən zaman ona adında aktiv əmək müqaviləsinin olduğu və həmin müqaviləyə əsasən aylıq 345 manat maaş aldığı bildirilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə guya onunla əmək müqaviləsi bağlamış və onun adına əmək haqqı yazaraq mənimsəmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək bildirir ki, iddiaçı ilə aralarında olan razılığa əsasən ödənilməli məbləğ iddiaçıya ödənilmişdir. Sadəcə olaraq cavabdeh tərəfindən rəsmiləşdirilmə düzgün aparılmamışdır. Məhkəmə, iddia tələbinin 2070 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. Əldə edilmiş razılığa əsasən iddiaçıya ödənilməli pul vəsaiti ona ödənilmişdir. İddiaçının xəbəri olmadan onun barəsində xx.xx.2023-cü il tarixli əmrin verilməsi isə cavabdeh tərəfindən qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər ki, bununla bağlı M.F.X22 şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmış X12 Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Yəni, hər hansı qanunsuzluq olmuş olsa belə bununla bağlı müvafiq tədbir görülmüş, iddiaçı ilə cavabdeh arasında aylıq maaşı müəyyən edilmiş məbləğin ödənilməsi ilə bağlı hər hansı razılıq olmamışdır. İddia tələbinin Ağaəli Cəlilovun qanunsuz hərəkətlərinin qadağan edilməsi, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən iddia tələbinə cavab verməli olan şəxs X6r ki, hazırkı iş üzrə cavabdeh X14 İdarəsi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı “şərəf və ləyaqətinin müdafiəsi və işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdehnə qarşı “şərəf və ləyaqətinin müdafiəsi və işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar