Məhkəmə qərarları › İş №e-2(075)-24/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-24/2023

09.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-24/2023 09.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin məcburi çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh məcburi qaydada çıxarılması və onlara məxsus olan həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Buna dair onlara xx.xx.2006-cı i tarixli, JN-465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hal-hazırda Cavabdeh uzun müddətdir ki onlara məxsus torpaq sahəsini istifadə etməkdədir. Belə ki, cavabdeh özünə məxsus yaşayış evinin arxa hissəsindən onlara məxsus torpaq sahəsinə təxminən 1 metr, yol hissədən isə 2 metr içəri girərək tikili tikmişdir. Dəfələrlə torpaq sahəsindən çıxmasını, tikilinin sökülməsini tələb etsələr də cavabdeh özünə məxsus başqa torpaq sahəsi ilə onu əvəz edəcəyini vəd edərək onları aldatmışdır. Bələdiyyə nümayəndələri cavabdehə bu barədə məlumat versələr də mübahisəli məsələ öz həllini tapmamışdır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 izahatında göstərmişdir ki, Cavabdeh bizim torpaq sahəmizi zəbt edərərk ondan istifadəmiz üçün maneələr yaratmışdır. Maneələrin aradan qasldırılmasını tələb edir. Artıq 2 dəfə DƏDRX-nın 12 saylı ərazi idarəsindən torpaq sahəsinə baxış keçirilmişdir. Rüsüm ödəmişdir. Mütəxəssis bildirib ki, torpaq sahəsi ilə yer quruluşu üst- üstə gəlmədiyi üçün Cavabdeh onların torpağına girib-girməməsi haqda dəqiq rəy verə bilmirlər. DƏDRX-dən tələb edir ki, torpağının harda olması, ona, dəqiq göstərilsin. O, halda iddianı geri götürər. Onlara sənəd təxminən 2005-ci ildə verilibdir. Həmkəndliləri Qəhrəman, Əhmədov Polad, İbrahim də onların yerinin olçülmədiyini öz izahatları ilə bildirmiş imzaları ilə təstiq etmişlər. Bakıdan yenidən mütəxəsis gəlsin onun yeri təkrar ölçülsün. Məhkəmədən xahişi iddiasının təmin edilməsidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında göstərmişdir ki, torpaq onlara babalarından qalıb. Onlar həmişədən həmin torpaqdan istifadə etmişlər. Qonşunun torpağı ilə üst-üstə düşməsi iddiası ilə razı deyil. Onların həmin torpaqda darvazasıda var, darvazanın bir tərəfi qalıb bir hissədə digər tərəfi qalıb başqa hissəsdə. Onlara sadəcə nəqliyyat vasitəsindən istifadə üçün yol versin. Cavabdeh onların ərazisində hasar, hamam tikib onların yolunu bağlayaraq maneələr yaradır. İddianın təmin olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş JN-465D 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi X6, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 may 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 dekabr 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Baş Göynük Bələdiyyəsi və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd inzibati ərazi dairsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 18 aprel 2022-ci il tarixli aktın surətindən görünür ki, torpaq sahəsinin planı və ölçü sənədində soyadı, adı və ata adı X1 qeyd edilmiş şəxsin şəxsiyyət müəyyənedici səndində soyadı, adı və ata adı X9, X4 isə İddiaçı1 kimi qeyd edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş JN-467C 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,05 hektar torpaq sahəsi X3 və X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyul 2017-ci il tarixli, **********83-10301 reyesetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.0434 hektar torpaq sahəsində yerləşən 89.2 kvadratmetr fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 iddiasında qeyd etdiyi torpaq sahəsi faktiki olaraq 446 kv.m olub döngə nöqtələri, sahəsi, koordinatarı, iddiaçı və cavabdehin sənəd üzrə olan torpaq sahələri, mübahisə predmeti olan köməkçi tikili tərtib edilən yerqurluşu planında göstərilmişdir. İddiaçı və cavabdehə məxsus şəhadətnamələrdə göstərilən torpaq sahələrinin cizgiləri ilə naturada onların istifadəsində olan torpaq sahələrinin cizgiləri arasında kəskin uyğunsuzluq (konfiqurasiya fərqi) olduğundan sualın tələb olunan dəqiqliklə cavablandırılması mümkün olmamışdır. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(075)-748/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 10/3266 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı1 iddiasında qeyd etdiyi torpaq sahəsi faktiki olaraq 446 kv.m olub döngə nöqtələri, sahəsi, koordinatarı, iddiaçı və cavabdehin sənəd üzrə olan torpaq sahələri, mübahisə predmeti olan köməkçi tikili tərtib edilən yerqurluşu planında göstərilmişdir. İddiaçı və cavabdehə məxsus şəhadətnamələrdə göstərilən torpaq sahələrinin cizgiləri ilə naturada onların istifadəsində olan torpaq sahələrinin cizgiləri arasında kəskin uyğunsuzluq (konfiqurasiya fərqi) olduğundan sualın tələb olunan dəqiqliklə cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsi TEKUİS məlumatlarında 446 kv.metr olub, üzərində heç bir tikili mövcüd deyil. Cavabdeh JN-467C, KOD40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi, TEKUİS məlumatlarında 435 kv.metrdir. Tərəflərin sənəd üzrə olan torpaq sahələri, onların faktiki istifadəsində olan torpaq sahələri və cavabdehin faktiki istifadəsində olan 435 kv.metr torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşən əsas və köməkçi tikililər tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə JN- 465D, KOD 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə cavabdehin mülkiyyətinə JN-467C 40406018 reyestr nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Şəki rayonu Baş Göynük kəndi ərazisindən 0,05 hektar torpaq sahəsi verilmişdir. İddiaçılar cavabdehin özünə məxsus yaşayış evinin arxa hissəsində onlara məxsus torpaq sahəsinə qanunsuz daxil olmaqla tikili inşa etdiyini və həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə qeyd edir ki, ekspertizanın rəyi ilə müəyyən olunur ki, iddiaçılara və cavabdehə məxsus şəhadətnamələrdə göstərilən torpaq sahələrinin cizgiləri ilə naturada onların istifadəsində olan torpaq sahələrinin cizgiləri arasında kəskin uyğunsuzluq var. Bundan başqa müəyyən olunur ki, hətta belə bir uyğunsuzluq olmasa belə, iddiaçılar tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə də təsdiq olunur. Həmin yerquruluşu planından da görünür ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsi sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. Cavabdehin iddiaçılarla arasında olan sərhəd divarının yanında inşa etdiyi köməkçi tikili onun öz mülkiyyətində olan torpaq sahəsində olmaqla iddiaçılara heç bir aidiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsi və iddiaçılara məxsus torpaq sahəsinin qeyri-qanuni istifadə edilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı iş üzrə verilmiş ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşır və rəyi sübut növü kimi qəbul edir. “X8rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN- 465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh məcburi qaydada çıxarılması və onlara məxsus olan həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçılardan tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh qarşı Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş, xx.xx.2006-cı il tarixli, JN-465D, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsindən cavabdeh Şəki rayonu Baş Göynük kənd sakini Cavabdeh məcburi qaydada çıxarılması və onlara məxsus olan həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçlarının özlərinə aid edilsin İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçılardan tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar