Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-240/2024 24.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional Cavabdeh1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə və Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktların təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X2 ilə mərhum babaları Abdullayev (Məmmədov) Məmməd Qasım oğlu və mərhum bibiləri X1 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi və mərhum babaları Abdullayev (Məmmədov) Məmməd Qasım oğlundan miras qalmış Şəki şəhərində yerləşən ev barədə tərəflərindən mirasın qəbul edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 26 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 24 yanvar 2024-cü il tarixə, saat 14:30-a təyin edilmişdir. Lakin 24 yanvar 2024-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki Regional Cavabdeh1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə və Şəki Regional Cavabdeh1ndə Notariat ofisinin etibarnamə üzrə nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional Cavabdeh1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə və Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktların təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-240/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-240/2024
24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver