Məhkəmə qərarları › İş №e-2(075)-240/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-240/2025

06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-240/2025 06.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış "xxxx" Səhmdar Cəmiyyətində olan hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla, 130 (bir yüz otuz) səhmdən ibarət miras əmlakından ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mərhum X6 "xxxx" Səhmdar Cəmiyyətinin səhmdarı olmaqla, onun adına hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla adına 130 (bir yüz otuz) səhm vardır və heç bir öhdəliklə yüklənməmişdir. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən onun bütün yas xərcləri onun tərəfindən qarşılanmış, tərəfindən el adətinə uyğun olaraq atasına yas verilmişdir. X3 vəfatından sonra X12, X7, X13, İddiaçı adlı vərəsələri qalmışdır. O, xx.xx.2020-ci il tarixli, 8İ-11602 reyestr nömrəli ərizə ilə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum X6ndan qalmış miras əmlakdan özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Mərhum atasının digər vərəsələri-anası X12, bacıları X7 və X13 müvafiq ərizələrlə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək atasından qalmış mirası qəbul etmədiklərini, gələcəkdə bununla bağlı hər-hansı bir iddia irəli sürməyəcəklərini bildirmişlər. Ancaq buna baxmayaraq 4 ildən sonra-02 oktyabr 2024-cü ildə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X20 tərəfindən Notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərar qəbul etmişdir. Notarius həmin qərarında göstərmişdir ki, onun tərəfindən miras açıldığı andan nə ərizə ilə, nə də faktiki olaraq miras qəbul edilməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüş, buraxılmışdır. O, məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 izahat verərək bildirdi ki, atası mərhum X15 17 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək atasından qalmış "xxxx" Səhmdar Cəmiyyətinin səhmdarı olmaqla, onun adına hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla 130 (bir yüz otuz) səhmdən ibarət miras əmlakdan ona düşən paydan imtina etmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum X15 "xxxx" ASC-nin səhmdarıdır. Hər birinin dəyəri 20 (iyirmii) manat olmaqla adına 130 (bir yüz otuz) səhm vardır və heç bir öhdəlik yüklənməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 12 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, əri X15 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Ərinin ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsu müddətinin bərpa olunması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 12 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Ərinin ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsu müddətinin bərpa olunması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 17 sentyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlakdan ona düşən vərəslik payından imtina edir. Gələcəkdə heç bir iddiası və pay tələbi olmayacaqdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 tərəfindən məhkəməyə təqdim edilmiş 20 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, o, 2(075)- 2757/2024 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. (**********414) saylı notarial qaydada təsdiq olunmuş ərizədə qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixində vəfat etmiş əri X8 ona düşən miras payını qəbul etməmiş və öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. X5 "xxxx" səhmdar cəmiyyətindən hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla 130 (bir yüz otuz) səhmdən miras qalmış əmlakı barədə mirasın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia və pay tələbi olmayacaqdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 tərəfindən məhkəməyə təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, o, 2(075)- 2757/2024 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. (**********632) saylı notarial qaydada təsdiq olunmuş ərizədə qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixində vəfat etmiş X6ndan ona düşən miras payından imtina edir. Həmçinin X3 "xxxx" səhmdar cəmiyyətindən hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla 130 (bir yüz otuz) səhmdən miras qalmış əmlakdan ona düşən vərəsəlik payından imtina edir. Gələcəkdə bununla bağlı heç bir iddia və pay tələbi olmayacaqdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X6 17 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmaqla, İddiaçı hər birinin dəyəri 20 (iyirmi) manat olmaqla 130 (bir yüz otuz) səhm miras qalmışdır. İddiaçı X1 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən müddət ötürüldüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Ona görə də iddiaçı tərəf məhkəməyə müraciət edərək "xxxx" ASC-də atasında məxsus olan səhmlərdən payının müəyyən edilməsini xahiş etmişdir İş materialları ilə müəyyən olunur ki, mərhum X11 vərəsələri- X12, X7, X13, İddiaçıdur. X2, X7, X13 notariat ofisinə ərizə təqdim edərək miras əmlakdan imtina etmişlər. Həmin şəxslər payı qəbul etmədiklərindən onların heç bir pay və hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi iddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş, lakin notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da iddiaçı atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mərhum X11 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X15 öldükdən sonra İddiaçı miras qalmış əmlakı faktiki surətdə yiyələndiyindən, o mirası qəbul etmiş sayılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 miras qalmış, "xxxx" ASC-də ona məxsus olan hər birinin dəyəri 20 manat olmaqla, 130 səhmdən ibarət miras əmlakdan İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış, "xxxx" ASC-də ona məxsus olan hər birinin dəyəri 20 manat olmaqla, 130 səhmdən ibarət miras əmlakdan İddiaçı tam hissədə payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar