Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2473/2023 04.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması, qanunsuz tiilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və mülkiyyətimdə olan torpaq sahəsindən istifadəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması, mülkiyyətində olan həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən qanunsuz olaraq inşa etdirilmiş tikilinin, həmçinin həmin torpaq sahəsinin qonşuluğunda cavabdeh tərəfindən tikinti norma və qaydalarına riayət edilmədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydalar nəzərə almadan qanunsuz olaraq inşa etdirilmiş tikililərin cavabdehlər Cavabdeh1 vəCavabdeh2 öz hesablarına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Məhkəmə diqqətə çatdırır ki, iddia ərizəsində iddiaçı kimi X2 göstərilsə də, elektron qaydada məhkəməyə daxil olan iddia ərizəsi iddiaçının özü tərəfindən yox, İddiaçı tərəfindən imzalanmış, həmçinin elektron iddia ərizəsində qrafada iddiaçı kimi İddiaçı qeyd olunmuşdur. Lakin iddia ərizəsinə hazırki iddia ərizəsinin İddiaçı tərəfindən imzalama hüququ verən etibarnamə əlavə edilməmişdir. Göründüyü kimi iddia ərizəsi imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-nin 69.1-1-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə edilməsinə törədilən maneələrin aradan qaldırılması, həmin tələblə bağlı məhkəməyə nüraciət edilməsi və iddianın həmin hissədə təmin olunması göstərilsə də, iş materiallarına bəhs edilən məhkəmə qətnaməsi əlavə edilməmişdir. Bundan başqa iddiaçı tələbini qeyri dəqiq irəli sürmüşdür. Belə ki, iddiaçı X2 iddia tələbində mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsini tələb etsə də, hansı tikilidən bəhs etdiyini göstərməmişdir. Ona görə də iddiaçı X1 iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X1 özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması, qanunsuz tiilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X1 özünə qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2473/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2473/2023
04.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver