Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2516/2024 07.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” tələbi”nə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə rəhmətə getmiş mərhum X1 miras qalmış Şəki şəhəri B.Məmmədov küç. Dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə mirasın qəbuletmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, İddiaçı düşən paydan ona çatacaq hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və ona həmin şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Notariat Ofisi imtinaya səbəb kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsini, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü) və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığını qeyd etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən də, hazırki tələb üzrə məhkəməyə “miras payının müəyyən edilməsi” tələbi ilə müraciət edilməli olduğu halda “mirasın qəbul edilməsi” faktı tələbi ilə müraciət edilmişdir. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya “miras payının müəyyən edilməsi” tələbi ilə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon məhkəməsinə verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2516/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2516/2024
07.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver