Məhkəmə qərarları › İş №e-2(075)-2614/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2614/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2614/2025 19.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, İbrahimov Tərlan Arif oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası Babayev Muxtar M Zəkəriyə oğlundan miras qalmış Şəki şəhəri, Əbdüləzəl Dəmirçizadə küçəsi giriş 30 ünvanında yerləşən 0.0384 ha torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Babayev Muxtar M Zəkəriyə oğlu onun babasıdır və babası 08 yanvar 1955-ci ildə vəfat etmişdir. Mərhum babasının mülkiyyətində Şəki şəhəri, Əbdüləzəl Dəmirçizadə küçəsi giriş 30 ünvanında 0.0384 ha torpaq sahəsi mövcuddur. Babası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsinə atası X1 etməyə və idarə etməyə başlamışdır. X2 da 18 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Beləliklə atasının vəfatından sonra o, babasından miras qalmış həmin torpaq sahəsinə sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin torpaq sahəsi onun istifadəsində olmuş və həmin torpaq sahəsinə sahiblik etdiyini qeyd etmişdir. Beləliklə o, mərhum babası Babayev Muxtar M Zəkəriyə oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də o, mərhum əmisindən miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X19 “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xətai Səmədov xx.xx.2025-ci il tarixli X-3470 saylı Notariat hərəkətlərinin aparılmasının imtina haqqında qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasının xahiş etdi. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, bütün məhkəmə iclaslarında işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək Ərizəçi ilə qonşu olduqlarını və əvvəldən qonşuluqda yaşadıqlarını, Ərizəçi atasından evin miras qaldığını və hal-hazırda bacılarının evli olduğunu qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçi E. Babayev ilə qonşu olduqlarını və əvvəldən qonşuluqda yaşadıqlarını, ərizəçinin uşaqlıqdan atasının yurdu olduğunu, həmin evin babalarından qaldığını bildirmiş, ərizəçinin bacılarının orada yaşamadıqlarını, ailə üzvləri arasında mirasla bağlı hər hansı söz-söhbətin şahidi olmadığını qeyd etmişdir. İşin halları Şəki şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 sentyabr 1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə doğulmuşdur. Şəki şəhər “Giləhli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 57 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki şəhər “Giləhli” məhəlləsi Dəmirçizadə küçəsi 19 saylı evdə yaşayır. Şəki regional "ASAN xidmət" mərkəzində notarist ofisinin 17 oktyabr 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 574369 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Şəki regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-S-1410/2025 nömrəli arayışdan görünür ki, Babayev Muxtar M.Zəkəriyə oğlu 08 yanvar 1955-ci ildə Şəki şəhərində ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən çıxarılmış arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0384 hektar olan torpaq sahəsinin mülkiyyətçisi Babayev Muxtar M Zəkəriyə oğludur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0319 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, AZ 5503, Şəki şəhəri, Əbdüləzəl Dəmirçizadə küçəsi giriş 30 ünvanında yerləşən ümumi sahəsi 0,0384 hektar olan torpaq sahəsində yerləşən daşınmaz əmlakın hüquqi sahibi Babayev Muxtar M.Zəkəriyə oğludur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X6 miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış daşınar-daşınmaz əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, hal-hazırda qəbul etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X8 miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir və onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan bütün əmlaklardan ona düşən paydan imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7 mərhum atasının hüquqi varisi olaraq, valideynlərinin ölümündən sonra mərhum atasına düşən bütün miras payından, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq xx xxxxxxxx 1971-ci il təvəllüdlü Ərizəçi Rafik oğlunun xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X7 xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, X7 vərəsəlik şəhadətnaməsinin Maraqlı şəxs2 verilməsinə etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0319 ha olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 mülkiyyətindədir. Ərizəçi atasının vəfatından sonra həmin mənzilə sahiblik etmiş və idarə etmişdir. Bununla da atasından qalmış miras əmlakı qəbul etmişdir. Ərizəçi atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı babsından qalmış mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da iddiaçı atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Babayev Muxtar M Zəkəriyə oğlundan miras qalmış Şəki şəhəri, Əbdüləzəl Dəmirçizadə küçəsi giriş 30 ünvanında yerləşən 0.0384 ha torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Babayev Muxtar M Zəkəriyə oğlundan miras qalmış Şəki şəhəri, Əbdüləzəl Dəmirçizadə küçəsi giriş 30 ünvanında yerləşən 0.0384 ha torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100,60 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar