Məhkəmə qərarları › İş №e-2(075)-2620/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2620/2021

05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2620/2021 05.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisi, X5 və X3 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum ata X1 miras qalmış Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən atası X2 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, atasından miras qalmış torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi İddiaçı iddia ərizəsi qiymətləndirilməyən iddialar kateqoriyasına aiddir. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı miras faktınnı müəyyən edilməsini xahiş etməsinə baxmayaraq qanunvericiliklə nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumunu ödəməmiş və buna dair qəbzin əslini iddia ərizəsinə əlavə etməmişdir. Buna görə də yuxarıda sadalanan hər iki çatışmamazlığı nəzərə alaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı-nə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisi, X5 və X3 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar