Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2623/2025 18.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0353 sot həyətyanı torpaq sahəsindən tam çıxarılması və həmin torpaq sahəsinin tam ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan həyətyanı torpaq sahəsindən tam çıxarılması və həmin torpaq sahəsinin tam geri onun mülkiyyətinə qaytarılması barədə iddia ərizəsi AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri Çələbixan küçəsi ev 13 yeni qaydalarla 55 saylı ev və onun yerləşdiyi 0,0353 ha torpaq sahəsi onun tam mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reystrində 115 nömrəli reystr kitabında 18-ci vərəqində qeyd edilmişdir. Cavabdeh onun gəlinidir. O, onun evindən çıxarılması barədə iddia qaldırmışdır. Məhkəmə qətnaməsi onun evindən çıxarılması təmin edilsə də, o, həyətyanı torpaq sahəsində ona məxsus tikiliyə özbaşına daxil olaraq orada yaşamaqda davam edir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikilini boşaldaraq həyətyanı torpaq sahəsindən çıxmasını tələb etsə də, çıxmır. Bu tikili və onun yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Onun ona məxsus tikilidə və torpaq sahəsində yaşamasını Şəki şəhəri Dəmirçibulağı məhəllə nümayəndəsinin verdiyi arayış da təsdiq edir. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tikiliyə heç bir hüququ yoxdur. Həyətyanı torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı gəlinidir. Şəki şəhəri, Çələbixan küçəsi, ev 13, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0.0353 ha torpaq sahəsində yerləşən 94.2 kv.m. fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Tərəflər arasında mübahisə mövcuddur. Elə bu səbəbdən də iddiaçı cavabdehin onun mülkiyyətində olan evdən çıxarılması ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-5361/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X1 çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilərək icra edilməsi üçün Şəki rayonu üzrə icra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclaslarında verdikləri izahatlarında hazırkı iddianı qaldırma səbəbi kimi icra qurumu tərəfindən cavabdehin həmin evdən çıxarıldıqdan sonra yenidən evin həyətində olan yarımtikilidə yerləşməsi və icra məmurları tərəfindən həmin yarımtikilinin icra sənədində göstərilməməsini əsas gətirərək cavabdehi çıxarmaq istəmədikləri ilə göstərmişlər. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün isə hər üç şərtin (eyni tərəflər, predmet və əsaslar) mövcüd olması tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər və əsaslar tamamilə eynidir. Predmetə gəldikdə isə iddia tələbi cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması olsa da əvvəlki iddia tələbi ilə eynilik təşkil etməsi mübahisəsizdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında belə bir iddia tələbinə artıq baxılmış və məhkəmə qətnaməsi qəbul edilmişdir. Həm əvvəlki məhkəmə qətnaməsindən, həm də hazırkı iddia ərizəsindən görünür ki, iddiaçının məqsədi cavabdehi ona məxsus mülkdən çıxarmaqdır. Belə bir məhkəmə qətnaməsi isə artıq mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Həmin qərardadın 41-ci bəndində isə qeyd edilmişdir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2623/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2623/2025
18.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver