Məhkəmə qərarları › İş №e-2(075)-267/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-267/2025

08.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-267/2025 08.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Mustafayev Dəyanət Musa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi, bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi, aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 MMC arasında xx.xx.2007-ci ildə əmək müqaviləsi bağlanmış, uzun illər həmin müəssisədə işləmişdir. Lakin sonradan müəssisənin fəaliyyəti dayandırılmışdır. Müəssisənin direktoru ilə əlaqə saxlasa da, o müəssisənin adına olan “Asan nömrənin” onda olmadığını və müəssisənin adından hər hansı bir sənədə imza ata bilməyəcəyini bildirmişdir. Artıq uzun müddətdir ki, müəssisə ilə əlaqəsi kəsilmişdir. Başqa müəssisələrə işə girmək istəsə də “Şəki Kərpic“ MMC-də adı işçi kimi göründüyü üçün və onun adı hələ də elektron sistemdə qaldığı üçün işə girə bilməmişdir. Buda onun dolanacağına təsir etməklə yanaşı hüquqlarının pozulmasa gətirib çıxarmışdır. O, bununla əlaqədar dəfələrlə müvafiq səlahiyyətli orqanlara müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalar dayandırılmışdır. Ona görə də bu halın araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Eyni zamanda məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh2 MMC ilə xx.xx.2007-ci ildə əmək müqaviləsi bağlayaraq işə qəbul edilmiş, uzun illər həmin müəssisədə işləmiş, sonradan müəssisənin fəaliyyəti dayandırılmış, müəssisənin əvvəliki direktoruna ərizə ilə müraciət edərək və əlaqə saxlayaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin əvvəlki direktor müəssisənin adına olan “Asan nömrənin” onda olmadığını və müəssisənin adından hər hansı bir sənədə imza ata bilməyəcəyini bildirmişdir. Daha sonra o, Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 müraciət etmiş, müraciəti ilə əlaqədar şöbəyə çağrılmış, izahatı alınmış, lakin şöbə tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Şəki Kərpic” MMC ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmədiyi, sistemdə qaldığı üçün o başqa işə qəbul ola, işləyib qazanc əldə edə bilməmişdir. Şəki Kərpic” MMC tərəfindən onun işdən azad olunmaması qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Odur ki, o, yuxarıda qeyd olunanların nəzərə alınaraq onunla Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi, aralarında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən İddiaçı ünvanlanmış 2 oktyabr 2024-cü il tarixli, 3-17-5/2-11-68674/2024 nömrəli məktubdan görünür ki, şikayət ərizəsinin araşdırılması üçün şöbə tərəfindən Cavabdeh2 MMC-yə İddiaçı aid kadr və mühasibatlıq sənədlərinin təqdim edilməsi ilə bağlı rəsmi məktub göndərilmişdir. Lakin Cavabdeh2 MMC-nin ünvanına (Şəki rayonu, Daşüz kəndi) göndərilmiş məktub ünvana çatdırılmadan geri qaytarılmışdır. Məktubun geri qaytarılmasına səbəb olaraq Cavabdeh2 MMC-nin fəaliyyət göstərmədiyi qeyd edilmişdir. Şöbə tərəfindən “Sığorta Altsisteminə baxış keçirilərkən Cavabdeh2 MMC-nin (VEÖN:3********) VEÖN-nin dondurulduğu məlum olmuşdur. Daxil olmuş müraciətin araşdırılması ilə əlaqədar olaraq İddiaçı rəsmi məktubla DƏMX-nin X1 dəvət edilmiş, İddiaçı araşdırmaya təqdim etdiyi izahatı şikayət ərizəsi ilə eyni olduğu və təqdim edə biləcəyi əlavə məlumat olmadığı məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının qanuna əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından qeyd olunan halın yerində araşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən mümkün deyildir. Odur ki, müraciətdə qeyd olunan iddialarla əlaqədar məhkəmə orqanlarına müraciət etmək hüquqununun olması İddiaçı tövsiyyə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-gov.az internet saytından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2007-ci ildə əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh2 MMC-yə satış üzrə menecer kimi işə qəbul edilmişdir. Hazırda əmək müqaviləsi qüvvədədir. 15 noyabr 2024-cü il tarixli, MMŞ/MT018/2024-02038 nömrəli ilkin mediyasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində, 10:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 manat poçt xərcini ödəmişdir. Cavabdeh2 MMC ilkin mediyasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2007-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh2 MMC öz fəaliyyətin dayandırmış, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Eyni zamanda MMC-nin fəaliyyət göstərdiyi dövrdə direktor işləmiş şəxsin də digər işçilərlə bağlı heç bir hərəkət, o cümlədən onları işdən azad etmək əmri imzalamaq imkanı yoxdur. Ona görə ki, hazırda həmin hərəkətlər elektron qaydada sistemə yerləşdirilmə tələb etdiyindən və elektron imza almaq üşün MMC-nin fəaliyyətinin bərpası, müvafiq müraciətlər tələb olunduğundan, hazırki vəziyyət işçinin hüquqlarını pozmaqda davam etdiyindən tələbi haqlı hesab edilməlidir. İddiaçı tərəfdən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılar kimi göstərilmişdir. a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göründüyü kimi Əmək Məcəlləsində əmək müqaviləsinə müəssisənin fəaliyyətinin dayandırılması əsası ilə xitam verilməsi kimi hal göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyti orqanı olan X4 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması cavabdehlərin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC-nin arasında bağlanmış 16 mart 2007-ci il tarixli, əmək müqaviləsinə xitam verilsin. İddiaçı və Cavabdeh2 MMC-nin arasında bağlanmış 16 mart 2007-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar