Məhkəmə qərarları › İş №e-2(075)-274/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-274/2025

14.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-274/2025 14.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbinə və Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 28 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, onun məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbində “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsində işləmişdir. İşlədiyi uzun illər ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı bir pozuntusu olmamış, ona hər hansı bir irad və xəbərdarlıq edilməmişdir. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü ildə təşkil edilmiş təkrar sertifkasiya imtahanlarında yaxşı nəticə toplaya bilməmiş, Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbin 27 iyun 2024-cü il tarixli, 28 saylı əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il taraixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma qaydası”nın 5.4-cü bəndinə istinad olunaraq belə əsaslandırılmışdır ki, təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifkatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifkatlaşdırmada iştirak etməyən Şəki rayon Aşağı Layısqı kənd 1 nömrəli tam orta məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” təkrar sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas isə xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbin 27 iyun 2024-cü il tarixli, 28 saylı əmri işəgötürən qismində Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 1324-də elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə də xx.xx.2024-cü il tarixdə daxil olmaqla bütöv iş günü verilməklə onu işdən azad etmişlər. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiq edici sənədlərlə ilkin mediasiya sessiyası üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. İlk növbədə məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sertifikasiya imtahanlarına cəlb edilməyi ümumiyyətlə qanunsuz olmuşdur. Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəb tərəfindən 27 iyun 2024-cü il tarixli, 28 saylı əmrin verilməsinə əsas “Dövlət ümumitəhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi olmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixdə, 155 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2009-cu ildə qəbul edilmiş və qanunun 36-2.2-ci maddəsinə əsasən , Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmişdir. Bu maddə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1189VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirilmişlər və sözügedən qanun isə 29 mart 2019-cu il tarixdə qəbul edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən, Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsin Vİİ bəndinə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmişdir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməmişdir. Mülki işin mübahisəsiz halı onun 30 ildən artıq təhsil müəssisəsində əmək fəaliyyətinə başlamış və təhsil verənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası isə sonradan 2018-ci ildən etibarən formalaşdırılmışdır. O, əmək fəaliyyətinə təhsil verənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazasının formalaşdırılmasından daha əvvəl başladığından və təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı qanunvercilik bazası iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından (hansı ki, həmin tənzimləmənin tətbiq edilməsi onun işdən azad olunmasına səbəb olmuşdur) onun əmək fəaliyyətinin bu sertifkasiyaya tabe tutulması konstitusiyanın 149-cu maddəsinin tələblərinə zidd olmuşdur. Başqa sözlə onun əmək funksiyaları ilə bağlı hüquqi münasibətlər yaranan zaman pedoqoji fəaliyətlə məşğul olmaq üçün təhsil verənlərin sertifkasiyadan keçməsi şərtləndirilməmişdir. Belə ki, “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.4-cü bəndinə əsasən, qeydiyyatdan keçmiş hər bir təhsil verən üçün alt sistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsil verənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilmişdir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə etmişlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilmişdir. Belə ki, sertifkatlaşdırmanın keçirilməsinin hüquqi bazasını formalaşdıran “Dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayda”larının, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-2, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddələrinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçmişlər. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmuşlar. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşlar. Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə onun sertifkasiya imtahanlarına cəlb edilməsi zəruriliyi hər bir halda əsaslandırılmalı olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi hazırkı sertifkasiya prosedurları o, pedoqoji fəaliyyətə başladıqdan sonra tənzimləndiyindən və sonrakı tarixdə təsdiq edilmiş qaydalar onun hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasını 149-cü maddəsinin tələblərinə ziddiyyət təşkil etmişdir. Təhsilverənlərin 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulduğu halda onun 30 ildən artıq əmək fəaliyyətinə başladığından müvafiq icra hakimiyyəti orqanı onun beş illik sertifkasiya müddətinin hesablanması zamanı müddətin hansı dövrdən başlanılması və hansı meyarı əsas götürməsi qeyri müəyyən olmuşdur. Tərəfin təqdim etdiyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il göstərilsə də, onunla faktiki olaraq əmək müqaviləsi daha uzun müddət əvvəl bağlanılmışdır. Əgər tərəf onunla əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlandığını iddia etmişdirsə beş illik sertifkasiya müddətinin hesablanması həmin tarixdən başlanılmış və bu tamamilə absurt yanaşma olmuşdur ki, həmin rəsmiləşmədən onun məlumatı olmamışdır. İmtahana yaxşı hazırlaşdığı üçün 08 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar onun üçün kifayət qədər asan olmuş, sualların cavabını dəqiq bilib kompüter vasitəsilə cavablandırmışdır. Bu zaman kompüter dəfələrlə sönüb yanmış, o, ilk əvvəl bunun adi hal olduğunu hesab etdiyi üçün bununla bağlı imtahan keçirilən otaqda olan nəzarətçilərə məlumat verməmişdir. Ardınca isə yenidən sualları cavabandırmağa davam etmiş, lakin, sonradan o, kompüterdə nasazlığın olduğuna əmin olmuşdur. Bu səbəbdən imtahan zamanı sualları cavablandırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti olmamış, həmçinin, sualları cavablandırması üçün ona təqdim edilmiş kompüterin texniki imkanları məhdud olmuşdur. Əldə etdiyi məlumata görə X5 tərəfindən keçirilən imtahanlarda olan kompüterin baza məlumatlarında hər bir şəxsin hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək üçün texniki imkanlar olmuşdur. Bu texniki imkanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda olan kompüterlərdə mövcud olub-olmamasını isə bilməmişdir. Bu hal tək onun başına gəlməmiş, onunla yanaşı minlərlə şəxs eyni nasazlıqla qarşılaşmışdır. Təhsil İnstitutunun nəzdində X2 mətbuata verilmiş məlumata əsasən, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur. Göründüyü kimi, texniki məsələ ilə bağlı edilmiş 632 apellyasiya şikayəti həqiqətən də imtahan prosesi zamanı həm onun əyləşdiyi kompüterdə, həm də ümumilikdə digər müəllimlərin əyləşdikləri kompüterlərdə qeyd olunan nasazlığın yaranmasını təsdiq etmişdir. Məhz qeyd etdiyi ondan aslı olmayan səbəblərdən sertifikatlaşdırmadan keçə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, onun müraciətində qeyd etdiyi halları özünün və imtahanın təşkili prosesində iştirak edən Cavabdeh1ndə nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla, imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi kompüterin məlumatlarını iştirakı ilə təhlil etməklə və digər zəruri olan prosedurlarla araşdıraraq və qüsursuz fəaliyyət göstərməyini müəyyən etmək mümkün olduğunu bildirmişdir. Qeyd etdiyi səbəblərdən o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Cavabdeh1, Şəki rayonu, Aşağı Laysqı kənd tam orta məktəbin drektorunun təqsiri üzündən qanunsuz olaraq işləməkdən məhrum olmuşdur. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunmuş hüquqları pozulmuşdur. Odur ki, iddiaçı olaraq cavabdehlərə qarşı “İmtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi kompüterin məlumatlarını iştirakı ilə təhlil etməklə (hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək məqsədilə) və digər zəruri olan prosedurlarla araşdıraraq imtahan üzrə nəticənin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən imtahanda iştirak etməsinin təmin edilməsi zəruridir. Beləliklə, iddiaçı olaraq yuxarıda sadalanan tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh1 tərəfindən 8 yanvar 2025-ci il tarixdə məhkəməyə elektron qaydada göndərilmiş etiraz ərizəsində göstərilir ki, İddiaçı cavabdeh X6 Təhsil İdarəsi və qeyrilərinə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə 30 il müddətində Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbində "Azərbaycan dili və ədəbiyyat müəllimi” kimi fəaliyyət göstərmiş, lakin həm ilkin sertifikatlaşdırmadan, həm də təkrar sertifikatlaşdırmadan keçməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29- 69/3-2-13 F/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 8 iyun 2024-cü ildə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaştırmadan keçməyən Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 28 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, kompüter vasitəsilə dəqiq bildiyi sualları cavablandırdığı zaman kompüter bir neçə dəfə sönüb-yanmışdır. İddiaçının imtahan vaxtı istifadəsində olan kompüterdəki fəaliyyətini müşahidə etməyə imkan verən kamera və ekran görüntülərindən görünür ki, kompüter sönüb yanmamış, imtahanın sonuna qədər kompüterdə, o cümlədən proqram təminatında hər hansı problem olmamışdır. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə onun sertifkasiya imtahanlarına cəlb edilməsi zəruriliyi hər bir halda əsaslandırılmalıdır. Belə ki, hazırkı sertifkasiya prosedurları o, pedoqoji fəaliyyətə başladıqdan sonra tənzimləndiyindən və sonrakı tarixdə təsdiq edilmiş qaydalar onun hüquqi vəziyyətini ağırlaşdırdığından Azərbaycan Respublikası Konstitusiyasını 149-cü maddəsinin tələblərinə ziddiyyət təşkil etmişdir. Təhsilverənlərin 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulduğu halda o, 30 ildən artıq əmək fəaliyyətinə başladığından müvafiq icra hakimiyyəti orqanı onun beş illik sertifkasiya müddətinin hesablanması zamanı müddətin hansı dövrdən başlanılması və hansı meyarı əsas götürməsi qeyri müəyyəndir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il göstərilsə də onunla faktiki olaraq əmək müqaviləsi daha uzun müddət əvvəl bağlanmışdır. Əgər tərəf iddia edirsə ki, İddiaçı ilə əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılmış və beş illik sertifkasiya müddətinin hesablanması həmin tarixdən başlanılmış bu tamamilə absurd yanaşmadır və həmin rəsmiləşmədən onun (iddiaçının) məlumatı olmamışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Ümumi təhsil haqqında Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. İddiaçı özünün də göstərdiyi kimi o, 30 ildir ki, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində müqavilənin bağlanılma tarixinin xx.xx.2022-ci il göstərilməsi iddiaçının məhz həmin tarixdən əmək fəaliyyətinə başlamasına dəlalət etmir. Belə ki, “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral 2022-ci il tarixli F-99 saylı əmrinə əsasən Cavabdeh1 yarandığı üçün əmək qanunvericiliyinin tələbinə əsasən pedaqoji işçilərin əmək hüquqlarının tənzimlənməsi məqsədi ilə onlarla əvvəllər bağlanılmış əmək müqavilələri yenilənmiş və məhz bu səbəbdən də “əmək müqaviləsi bildirişləri” alt informasiya sistemində əmək müqaviləsinin bağlanılma tarixi xx.xx.2022-ci il kimi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “Əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, zərərin və digər xərclərin ödənilməsi" tələbinə tələbinə dair iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbində müddətsiz müqaviləyə əsasən fasiləsiz olaraq işləmişdir. Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbinin 28 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Həmin orta məktəbdə işlədiyi müddətdə o, 08 iyun 2024-cü ildə təkrar sertifikatlaşdırmada iştirak etmiş və kompüterdə yaranmış nasazlığa görə az bal toplayaraq sertifikatlaşmadan keçə bilməmişdir. Dəfələrlə kompüterdə yaranmış nasazlığın aradan qaldırılması və imtahan nəticəsinə yenidən baxış keçirilməsini bildirsə də, onun müraciətlərinə əsaslı tədbir görülməmişdir. Nəticədə qanunsuz olaraq işinə xitam verilməsini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirdi ki, Agentliyin adı çəkilən əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 8 iyun 2024-cü ildə keçirilən təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaşmadan keçməyən Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəbin direktorunun 27 iyun 2024-cü il tarixli, 28 nömrəli əmri ilə ləğv edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3-29/3-2-439F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Beləliklə, iddiaçı ilk növbədə keçirilmiş sertifikatlaşdırmanın nəticələrini mübahisələndirməlidir. Çünki onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən ləğv edilmişdir. Buna görə də, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır. Digər cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; 14 noyabr 2024-cü il tarixli MŞŞ/MT018/2024-01890 nömrəli ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 1600-da və xx.xx.2024cü il tarixdə, saat 1100-da keçirilməsi nəzərdə tutulan ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehlər Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbi, Cavabdeh1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin etibarnamə üzrə nümayəndələri ilkin X1 etməmişlər. Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 28 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli bildirişdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 28 nömrəli əmr ilə əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunun 36-2.1-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə iddiaçı Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbində işə qəbul olunduğu vaxtdan fasiləsiz olaraq işləmişdir. İşlədiyi müddətdə o, 08 iyun 2024-cü ildə təkrar sertifikatlaşdırmada iştirak etmiş və az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmiş, Şəki rayonu, Aşağı Layısqı tam orta məktəbinin 28 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməməsinin səbəbini kompüterdə yaranmış nasazlıq kimi göstərib imtahan nəticəsinə yenidən baxılmalı olmasını göstərmiş, cavabdehlərdən etiraz verən və məhkəmə iclasında iştirk etmiş nümayəndə iddianı qəbul etməyib, əsassız olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onun əmək müqaviləsi 2024-cü ilin 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz, əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Aşağı Layısqı tam orta məktəbinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 28 nömrəli əmrindən görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Məhkəmə hesab edir ki, Aşağı Layısqı tam orta məktəbinin 28 nömrəli, 27 iyun 2024cü il tarixli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbinə və Cavabdeh1nə qarşı “Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 28 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat mediasiya xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Şəki rayonu Aşağı Layısqı kənd tam orta məktəbinə və Cavabdeh1nə qarşı “Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 28 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, onun məcburi iş buraxmağa görə işdən azad edildiyi tarixdən işə bərpa edilən tarixədək hesablanmaqla əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində vurulmuş 10000 manat həcmində mənəvi zərərin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat həcmindəki mediasiya xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar