Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-301/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı xx.xx.1990-cı il tarixli 2-90 saylı orderlə mənzil hüququ verilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313-də yerləşən binanın 29 saylı mənzildən Cavabdeh və onunla həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh, X3 və X2 xx.xx.1990-cı il tarixli 2-90 saylı orderlə mənzil hüququ verilmiş Şəki şəhəri, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313-də yerləşən binanın 29 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313-də yerləşən binanın 29 saylı mənzilinə xx.xx.1990-cı il tarixli 2-90 saylı orderlə ona mənzill hüququ verilmişdir. Həmin vaxtdan o, bu mənzildə ailə üzvləri ilə yaşamışdır. Oğlu cavabdehlə qeyri rəsmi qaydada ailə qurmuş və həmin mənzilə yerləşmişlər. Oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra gəlini qeyri rəsmi yaşadığı şəxsi də həmin evə gətirərək onu evə buraxmır. O, əlacsız vəziyyətdə başqa şəxslərin evinə sığınmışdır. Lakin orada yaşamaq ona çətindir. Qanunla nəzərdə tutulan mənzil və mülkiyyət hüquqları ciddi şəkildə pozulur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh 2021-ci ildə oğlu Zaur Feyzullayevlə evlənmişlər. Məhəmməd və Dərya adlı iki övladları vardır. Evləndikdən bir müddət sonra onu oğlu və gəlini evdə yaşamağa qoymadıqlarından məcbur olub evdən gedərək başqa şəxsə qulluq edərək onun evində yaşamışdır. 2021-ci ildə oğlu ölmüşdür. Cavabdeh oğlu öldükdən sonra orderlə ona verilmiş evdə başqa kişi ilə yaşayır. Odur ki, qeyd olunan halları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçı onun qaynanasıdır. X5 ilə 2013 cü il iyul ayının 8-də ailə hayatı quraraq iddiaçının razılığı əsasında orderlə ona verilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313-də yerləşən binada olan mənzilə gəlin köçmüşdür. Zaur Feyzullyevlə birgə nikahlarından 09 sentyabr 2013-cü ildə Məhəmməd Feyzullayev və 08 aprel 2016-cı il tarixdə Dərya Feyzullayev adlı iki övladları anadan olmuşdur. Göstərilən mənzildə qaynanası İddiaçı ilə birlikdə bir müddət yaşasalar da, iki üç ay sonra onların cavan olmasını bildirərək Tahir adlı şəxsin yanına yaşamaq üçün getmişdir. Lakin münasibətləri yaxşı olduğundan qayınanası Xatirə həmişə onlara gəlib getmişdir. X15 2021-ci ildə öldükdən sonra övladlarına baxmaq üçün digər şəxslə qeyri rəsmi evlənmişdir. Bundan sonra münasibətləri pisləşmişdir. Hazırda onların başqa yaşayış yerləri yoxdur. Odur ki iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq ediliş; V.İ.Lenin adına Şəki İstehsalat birliyinin 2-90 nömrəli, 27 mart 1990-cı il tarixli orderindən görünür ki, İddiaçı Nürəddin qızına subaylar yataqxanasından müəsisədə işlədiyi dövrdə 313-cü binanın, 29-cu mənzilindən istifadə hüququ verilmişdir. Azərbaycan Respublikası Şəki şəhər Mənzil İstismar sahəsinin 27 dekabr 2023-cü il tarixli, 628 nömrəli arayışından görünür ki, İddiaçı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 313 saylı yataqxanada yaşayır. Şəki Şəhər Polis Şöbəsinin xx.xx.2017-ci il tarixli AZE, ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Şəki şəhər Mənzil İstismar sahəsinin 24 yanvar 2024-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, Cavabdeh Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 313 saylı yataqxanada yaşayır. 08 iyul 2013-cü il tarixli, AZ-İ 860576 seriya nömrəli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, X5 ilə X10 arasında 08 iyul 2013-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmişdir. Nikahdan bağlandıqdan sonra ərə Feyzullayev, arvada Feyzullayeva soyadı verilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli, AZ-İİ 231118 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 sentyabr 2021-ci il tarixdə kəskin və yarımkəskin qaraciyər çatışmamazlığı səbəbindən ölmüşdür. 15 sentyabr 2013-cü il tarixli, AZ-İİİ 180479 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 sentyabr 2013-cü il təvəllüdlü X1 atası X5, anası X7r. 23 aprel 2016-cı il tarixli, AZ-İİİ 733800 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 aprel 2016-cı il təvəllüdlü X4 atası X5, anası X7r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı orderlə onun faktiki istifadəsinə verilmiş mənzildən cavabdehin mənzildən çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin və onun himayəsində olan uşaqların mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə onların həmin mənzildən istifadə hüquqlarının yaranıb-yaranmaması müəyyən edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh 2013-cü ildə iddiaçının oğlu ilə evlənmiş və mübahisəli mənzilə gəlin kimi köçmüş, onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşlar. Həmin dövrdə isə mənzil iddiaçının xüsusi mülkiyyətində olmamış, sosial kirayə müqaviləsi (order) əsasında mənzil onun və ailə üzvlərinin faktiki istifadəsində olmuşdur. İş materiallarından göründüyü kimi, Şəki şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 313 saylı yataqxanada yaşamaq hüququ verilməklə qeydiyyata götürülmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilin iddiaçının mülkiyyətində deyil, istifadəsində olduğu dövrdə onun razılığı ilə gəlin kimi həmin mənzildə yaşamağa başladığından, uşaqlar isə iddiaçının və onun həyat yoldaşının nəvələri olmaqla, doğulduqları andan valideynləri ilə birlikdə həmin mənzildə yaşadıqlarından, eyni zamanda Şəki şəhər Mənzil İstismar Sahəsi tərəfindən qeydiyyata götürülərək yataqxanada yaşamaq hüququ verildiyindən onların hər biri, qeyd edilən mənzildən istifadə hüququ əldə etmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma tələbi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı Cavabdeh, X3 və X2 xx.xx.1990-cı il tarixli 2-90 saylı orderlə mənzil hüququ verilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 313-də yerləşən binanın 29 saylı mənzildən çıxarılmaları tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-301/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-301/2024
14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver