Məhkəmə qərarları › İş №e-2(075)-301/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-301/2025

03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-301/2025 03.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə rəhmətə getmiş mərhum X3 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən ona tam miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evi həyat yoldaşı X6 tam mülkiyyətindədir. Onun adına hal-hazırda 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. X11 xx.xx.2020-ci ildə rəhmətə getmişdir. Onun aşağıdakı vərəsələri qalmışdır: həyat yoldaşı İddiaçı, oğlu X8, oğlu X9, qızı Baləmmədova (Hüseynzadə) Sevda Azər qızı. O, təxminən 70-ci ildə ailə həyatı quraraq əri ilə həmin evdə yaşayır. Əri rəhmətə gedəndən sonra həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Vərəsəlik işi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. Demək olar ki, bütün sənədləri toplayıb təqdim etmişdir. Digər vərəsələr olan qızı və oğlanları imtina ərizəsi verərək miras əmlakının onun adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Vərəsələr arasında başqa bir ixtilaf olmamasına, razılıqların olmasına baxmayaraq notariat ofisinin Notariusu xx.xx.2024-cü il tarixli qərarla imtina vermişdir. İmtina səbəbi kimi, mirasın qəbulu üzrə müddətin ötürüldüyü bildirilmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, övladları notariat ofisində ərizə verərək pay istəmədiklərini bəyan etmişdirlər. Belə ki; 1. X2 ərizəsi - № **********980, 2. X4 ərizəsi - № **********963, 3. Baləmmədova (Hüseynzadə) Sevda Azər qızı -№ **********209. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi, miras əmlakını faktiki qəbul etmişdir. Mübahisə yoxdur. Buna görə də ona mirasdan tam pay verilməlidir. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların cavabdehin nümayəndəsinin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0839 ha torpaq sahəsi X7 tam mülkiyyətindədir. - İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 067743 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 143 nömrə ilə qeyd edilmişdir. - X8 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X3 qalmış qalmış əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş və pay istəmir. Adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini istəmir. Vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddiası olmayacaq. - X9 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X3 qalmış əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də etmək fikrində deyil. - X10 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X3 qalmış əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də etmək fikrində deyil. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 02 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı atası X3 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki şəhər İcra Hakimiyyətinin Topqarağac Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 227 nömrəli arayışından görünür ki, X11 xx.xx.2020-ci ildə ölmüşdür. Onun vərəsələri İddiaçı, Baləmmədova (Hüseynzadə) Sevda Azər qızı, X8 və X5r. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra miras əmlak kimi ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0839 ha torpaq sahəsi miras qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X11 öldükdən sonra birinci növbə vərəsə olan İddiaçı miras qalmış ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0839 ha torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamışdır. X1 digər birinci növbədə vərəsələri Baləmmədova (Hüseynzadə) Sevda Azər qızı, X8 və X9 mərhum atalarından qalmış miras əmlakdan hər hansı pay tələb etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı xx.xx.2020-ci ildə ölmüş mərhum əri X3 miras qalmış ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0839 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka dair İddiaçı adına tam miras payı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildə ölmüş mərhum əri X3 miras qalmış ünvan 4 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0839 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka dair İddiaçı adına tam miras payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar