Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-319/2023 09.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24 noyabr 2022-ci il tarixində qeydiyata alınmış, ********** qeydiyyat nömrəli mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaların, 1 dəst paltar şkafı, 1 dəst servant, 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamot, 1 ədəd divan, 1 ədəd sandıq, stol-stul dəsti (6 ədəd), ütü stolu, 1 ədəd xalça, divar saatı, çay dəsti, yemək servis dəsti, 4 dəst yorğan-döşək, 1 ədəd çılçırağın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu, X3 2012-ci ildə qeyrirəsmi ailə həyatı qurmuşdur. Oğlu ilə cavabdehin toy şənliyi olmuş və ondan sonra cavabdeh gəlin kimi ona məxsus evə köçmüşdür. Oğlu ilə cavabdeh faktiki ailə həyatı qursa da nikahlarını həmin vaxt rəsimləşdirməmişlər. Cavabdeh ilə oğlu X2 birgə nikahlarından 18 yanvar 2013-cü il təvəllüdlü Hülya Hacəliyeva və 04 avqust 2016-cı il təvəllüdlü Ağası Hacəliyev dünyaya gəlmişdir. 2022-ci ilin yanvar ayından cavabdehlə oğlunun münasibətləri korlanmış və faktiki olaraq ayrılmışlar. 2022-ci ilin yanvar ayından cavabdeh atası evinə getmişdir. Bundan sonra cavabdeh məhkəmə yolu ilə birgə nikahdan dünyaya gəlmiş uşaqlar üçün aliment tələb etmiş və Şəki Rayon məhkəməsinin 21 iyul 2022-ci 11 tarixli, 2(075)-1368/2022 saylı qətnaməsi ilə aliment müəyyən edilmişdir. Oğlu ilə evlənərkən cavabdeh özünə məxsus əşyaları toydan əvvəl gətirərək ona məxsus evin bir otağına yığmışdır. Hal-hazırda cavabdehlə oğlunun arasında olan ailə münasibətləri pozulduğu üçün və onlar faktiki ayrılaraq ayrı yaşadığı üçün cavabdeh özünə məxsus əşyaları onun evindən çıxarmalıdır. Bu barədə cavabdehin ailə üzvüləri ilə əlaqə saxlasa da, hər dələ gəlib götürəcəklərini demiş və bu günə kimi həmin əşyaları gəlib götürməmişlər. Hal-hazırda cavabdehə məxsus 1 dəst paltar şkafı, 1 dəst servant, 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamot, 1 ədəd divan, 1 ədəd sandıq, stol-stul dəsti (6 ədəd), ütü stolu, 1 ədəd xalça, divar saatı, çay dəsti, yemək servis dəsti, 4 dəst yorğan-döşək, 1 ədəd çılçıraq onun mülkiyyətində olan evdədir. Cavabdehə məxsus qeyd olunan əşyalar mülkiyyətində olan fərdi yaşayış evində qalması onun mülkiyyətindən tam istifadə etməsinə maneçilik törədir. Cavabdeh könüllü həmin əşyaları götürməkdən imtina etdiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh gəlin köçəndən bəri ailəsi ilə Bakıda yaşamışlar. Yalnız cehizi onun evində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu Ba. Göynük kəndində 0.11 hektar torpaq sahəsində yerləşən 185.4 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(075)-1368/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 faktiki ayrılmış və tərəflərin birgə nikahından anadan olmuş uşaqlarının saxlanılması üçün X1 aliment tutlaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının oğlu, X3 ilə iş üzrə Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra cavabdeh iddiaçının evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünə məxsus gehiz əşyalarını da həmin evə gətirmişdir. 2022-ci ilin yanvar ayından cavabdehlə iddiaçının oğlunun ailə münasibətləri korlanmış və faktiki olaraq ayrılmışlar. Lakin cavabdehə məxsus cehiz əşyaları iddiaçının evində qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin əşyaları iddiaçının evindən götürməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən şəxsin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus yaşayış evindən sahiblik və istifadə hüququna istinad etməklə, ona məxsus əmlakdan maneəsiz istifadəni həyyata keçirmək hüququna malikdir. İddiaçı əmlakdan istifadə hüququ əsasında ona məxsus olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 1 dəst paltar şkafı, 1 dəst servant, 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamot, 1 ədəd divan, 1 ədəd sandıq, stol-stul dəsti (6 ədəd), ütü stolu, 1 ədəd xalça, divar saatı, çay dəsti, yemək servis dəsti, 4 dəst yorğan-döşək, 1 ədəd çılçıraq məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələb edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 1 dəst paltar şkafı, 1 dəst servant, 1 ədəd yataq dəsti, 1 ədəd güzgülü kamot, 1 ədəd divan, 1 ədəd sandıq, stol-stul dəsti (6 ədəd), ütü stolu, 1 ədəd xalça, divar saatı, çay dəsti, yemək servis dəsti, 4 dəst yorğan-döşək, 1 ədəd çılçıraq məcburi qaydada çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-319/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-319/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver