Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-34/2024 03.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsində xx.xx.2021-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yerləşən 0,09 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Böyük Dəhnə kənd ərazisində ona məxsus 0,09 ha yaşayış məntəqələrinin torpağı mövcuddur. Həmin sahə üzrə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci olan çıxarış verilmişdir. Çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yaşayış məntəqələrinin torpağı təyinatlı 0,09 ha torpaq sahəsi tam olaraq mənim mülkiyyətindədir. Həmin torpaq sahəsi onun mülkiyyətində olmağına baxamayaraq cavabdeh şəxs onu qanunsuz zəbt edərək onu öz mülkiyyətində olan torpaqdan istifadə etməyinə imkan vermir. Hər dəfə ora getmək istəsə səs-küy salırlar. Hətta Reyestrdən mütəxəssislərdə gəlib ona həmin yerin ona məxsus olmasını bildirsədə o yenədə onarın sözünə məhəl qoymadan qanunsuzluğunu davam etdirir. Məhz buna görədə onlara yaxın gedə bilmi. Məhz bu kimi səbəblərdən məhkəmənin ədalətinə güvənərək iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Şəki rayonu, Böyük dəhnə kənd ərazisində ona məxsus 0.09 ha torpaq sahəsi mövcuddur. Həmin sahə üzrə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bununla bağlı ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onun torpaq sahəsi cavabdehə məxsus olan 1759 kv.m ha torpaq sahəsində yerləşir. Cavabdeh ona tam mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Ona torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə imkan vermir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək təmin olunmamasını xahiş etdi. İşin halları; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********86 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 0,09 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 212 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/150 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, İddiaçı ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.09 ha torpaq sahəsi Cavabdeh istifadəsində olan 1759 kv.m torpaq sahəsinin daxilində yerləşir. Cavabdehin istifadəsində olan 1759 kv.m torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********86 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 0,09 hektar torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyini iddia edərək, Cavabdeh məcburi qaydada həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/150 saylı ekspert rəyindən görünür ki, İddiaçı ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.09 ha torpaq sahəsi Cavabdeh istifadəsində olan 1759 kv.m torpaq sahəsinin daxilində yerləşir. Belə ki, ekspert rəyindən də göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaçının özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə hüququ olmasına baxmayaraq, cavabdeh sözü gedən torpaq sahəsini zəbt edərək iddiaçıya istifadə etməsinə müəyyən maneələr yaradır. Odur ki, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməsinə hər hansı maneələrin yaradılması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə iddiaçının torpaq sahəsindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı tələbini haqlı hesab edir və iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-34/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-34/2024
03.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver