Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-340/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı9, İddiaçı4, X17, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı8 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının ləğv edilməsi və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı9, İddiaçı4, X17, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0169 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının tam, JN-0168 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının isə qismən, 24 hektar hissədə ləğv edilməsi, JN-0168 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının əsasında verilmiş çıxarışın onların mülkiyyətndə olmuş və hal-hazırda istifadələrində olan 24 hektar torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, JN-0168 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının isə qismən, onlara məxsus 24 hektar hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən vəsatət əsasında X15 və X31 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların 8 nəfər ailə üzvlərinə məxsus 24 hektar torpaq sahəsi 2005-ci ildə Şəki rayon 2 saylı Notariat Kontorunun Dövlət Notariusunun təsdiq etdiyi 3 alqı-satqı müqaviləyə əsasən X31 adlı şəxsə satılmış, həmin torpağa JN-168 saylı Dövlət Aktı hazırlanmış və DTXK-nin Şəki şəhər Şöbəsi tərəfindən təsdiq olunmuşur. Əslində qeyd edilən müqavilələr xx.xx.2005-ci, xx.xx.2005-ci və xx.xx.2005-ci il tarixlərdə onların xəbəri olmadan bağlanmış, lakin JN-168 saylı Dövlət Aktı bundan əvvəlki tarixdə, yəni xx.xx.2005-ci il tarixdə təsdiq olunmuş və xx.xx.2005-ci il tarixdə DTXK Şəki şəhər şöbəsində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-26/2019 saylı qətnaməsi ilə JN-0040 saylı Dövlət Aktında göstərilən 33 hektar torpaq sahəsinin 12 hektarının alqı-satqısı ilə bağlı iddiaçılar İddiaçı9, İddiaçı2, İddiaçı5 və İddiaçı8 ilə cavabdeh X31 arasında Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış 04 iyun 2005-ci il tarixli 4Ə-237 saylı müqavilə etibarsız hesab edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2-1(84)- 1070/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı9, Məmmədova T əranə Zakir qızı, İddiaçı5 və İddiaçı8 ünvan 1i ünvanda yerləşən, JN-0040 KOD 40402017 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 11 nəfərdən ibarət ailənin mülkiyyətində olan 33.01 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin verdiyi sorğular nəticəsində çoxsaylı saxta sənədlər aşkar olunmuşdur. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd edilən 33 hektar torpaq sahəsinin 24 hektar hissəsinə X31 adlı başqa vətəndaşın adına JN-0168 KOD 40402017 savlı xx.xx.2005-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı var. Ona görə də, X25 adına olan JN-0168 KOD 40402017 saylı xx.xx.2005-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsi üçün əsas olmuş xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli, müvafiq olaraq 4Ə-384 nömrəli, 305 nömrəli, 4Ə-237 nömrəli, 251 nömrəli və 75 nömrəli alqı-satqı müqavilələrinin müvafiq qaydada təsdiq olunmuş surətləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən alınaraq məhkəməyə təqdim edilmiş və həmin müqavilələrdən biri (xx.xx.2005-ci il tarixli 4Ə-237 nömrəli) müqavilə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-26/2019 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Digər iki (xx.xx.2005-ci il tarixli 4Ə-305 nömrəli və xx.xx.2005-ci il tarixli 4Ə-384 nömrəli) müqavilələr isə müvafiq olaraq guya mərhum valideyinləri və X31 arasında 6 hektar torpağın satılması barədə və İddiaçı3 və onun oğlu İddiaçı1 (hansı səbəbdənsə arvadı yox 13 yaşlı oğlu) ilə X31 arasında 6 (altı) hektar torpağın alqı-satqısı barədə imzalanmış müqavilələrdir. X25 adına olan JN-0168 KOD 40402017 saylı xx.xx.2005-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 36 hektar torpaq sahəsinin 12 hektar hissəsinin verilməsi üçün əsas olmuş 251 nömrəli və 75 nömrəli alqı-satqı müqavilələri ailə üzvlərinə aid olmadığı üçün onlara təqdim edilməmişdir. Qeyd edilən 3 müqavilə barədə məlumat əldə etdikdən sonra məlum olmuşdur ki, X31 adlı şəxs onların ailə üzvlərinin adından saxta müqavilələr təsdiq etdirərək, saxta Dövlət Aktı əldə etmiş, X11 vasitəsi ilə X16 özünün iştirakı və etibarnaməsi olmadan satmışdır. Hazırki işdə ən böyük qanunsuzluqlardan biri də odur ki, onların ailə üzvlərinə məxsus 24 hektar torpağın satılmasına dair hər üç müqavilə JN-168 saylı Dövlət Aktından sonra təsdiq olunmuşdur. Belə ki, X25 adına 36 hektar torpağa hazırlanmış JN- 168 saylı Dövlət Aktı 15 may 2005-ci il tarixdə, 4Ə-237 nömrəli müqavilə xx.xx.2005-ci il tarixdə, 4Ə-305 nömrəli müqavilə xx.xx.2005-ci il tarixdə, 4Ə-384 nömrəli müqavilə isə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa göstərilən 24 hektar torpaq sahəsinə X12 mülkiyyət hüququ xx.xx.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 həmin 24 hektar torpaq sahəsini xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında oğlu X10 bağışlamış, və torpaq sahəsinə sonuncunun mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxt onlar artıq X16 məxsus RX ******* saylı çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdılar. Göründüyü kimi X18 bütün qanunsuz alqı-satqı müqavilələrini ört-basdır etmək üçün sonda onlara məxsus torpağı oğluna bağışlamışdır. X14, X11, X18 və X15 bütün bu qanunsuzluqlardan xəbərdar olmuşlar və heç bir halda vicdanlı alıcı hesab edilə bilməzlər. Şəki İnzibati-İqtisadi Məhkəməsi 19 dekabr 2019-cu il tarixli 2-1(84)-1070/2019 saylı qərardadında qeyd etmişdir ki, torpağın 24 hektar hissəsi X9 adına qeydiyyatda olduğuna və torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair mülkihüquqi müqavilələr mövcud olduğuna görə, mübahisə mülki məhkəmə icraatı qaydasında, yəni müqavilələrin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi yolu ilə həll edilə bilər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(84)-1070/2019 saylı işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi idarənin arxivində X25 adına JN-168 saylı Dövlət Aktının və X6 həmin Dövlət Aktında göstərilən 36 hektar torpaq sahəsinin, o cümlədən onlara məxsus 24 hektar torpağın X1 dair xx.xx.2012-ci il tarixli müqavilənin olduğunu, lakin həmin müqavilənin imzalanması üçün X6 adına etibarnamənin olmadığını bildirmişdir. Bundan sonra onlar yenidən digər iki (xx.xx.2005-ci il tarixli 4Ə-305 nömrəli və xx.xx.2005-ci il tarixli 4Ə-384 nömrəli) müqavilələrin etibarsız sayılması tələbinə dair məhkəmədə iddia qaldırmışlar. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-29/2021 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, mərhum valideyinləri X19 və X20 ilə X31 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-305 nömrəli, İddiaçı3 və İddiaçı1 ilə X31 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-384 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Bununla da guya ailə üzvləri 24 hektar torpaq sahəsini X2 dair hər 3 müqavilə məhkəmə qətnamələri ilə etibarsız sayılmışdır. Bir müddət əvvəl onların ailə üzvlərindən İddiaçı4, X13 və İddiaçı7 adına 9 hektar torpaq sahəsinə 13 fevral 2005-ci il tarixdə Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmiş, Dövlət aktı qeydiyyat kitabında 15 may 2005-ci il tarixdə 8356 nömrə ilə qeydiyyata alınmış JN-0169 KOD 40402017 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının da olduğu məlum olmuşdur. X33 yalnız üz qabığına xx.xx.2021-ci il tarixli “arxivdə saxlanılan nüsxə ilə eynidir” ştampı vurulmuş, məktubda isə İddiaçı4 xx.xx.2021-ci il tarixdə müraciət etdiyi qeyd edilmişdir. İddiaçı4 və digər ailə üzvləri belə bir Dövlət Aktının olmasından xəbərsiz olmuşdur. Ən əsası X33 verilməsi üçün də məhkəmə qətnamələri ilə ləğv edilmiş 3 alqı-satqı müqavilələri əsas kimi qeyd edilir. Ona görə də JN-0168 saylı Dövlət Aktının isə qismən - 24 hektar hissədə etibarsız sayılması barədə müraciət etmişlər. Göründüyü kimi JN-0169 KOD 40402017 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında üç nəfərin - İddiaçı4, X13 və İddiaçı7 adları var. Qeyd edilən sənədlərlə sübut olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin bütün bu saxta sənədlərdən məlumatı olmuş, lakin vətəndaşın mülkiyyət hüququnu qeydiyyata alan zaman Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestri haqqında qanununa əsasən qeydiyyatın dəqiqliyinə görə məsuliyyət daşıdığını nəzərə almamışdır. X31, X11, X18, Şəki rayon 2 saylı Notariat Kontorunun notariusu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər Şöbəsinin müdiri və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi ilə əlaqəyə girərək Şəki rayonunun adambaşına daha çox torpaq payı (adambaşına 3.0 hektar) düşən kəndlərindən min hektarlarla torpaq sahəsini ələ keçirərək, saxta sənədlər əsasında birbirinə ötürərək özlərini vicdanlı alıcı kimi göstərmək istəmişlər. Belə olmasaydı X31 2005-ci ildə alqı-satqı müqavilələri imzalanan zaman onların 24 hektar torpağını da təhvil alardı. Eyni zamanda X18 2012-ci ildə X11 ilə torpaq alqı-satqısı müqaviləsi imzalayan zaman hansı səbəbdənsə 24 hektar torpaq sahəsinin ona təhvil verilməsini tələb etməmişdir. X4 da atasının ona bağışladığı, onların istifadəsində olan 24 hektar torpaq sahəsinin ona təhvil verilməsini tələb etməmişdir. Özlərini vicdanlı alıcı kimi göstərmək istəyən həmin şəxslər 2005-ci ildən hal-hazıradək bir il də olsa həmin torpaq sahəsindən istifadə etməmişlər. Bütün bu vaxt ərzində 33 hektar torpaq sahəsindən onlar istifadə etmiş və dövlətin verdiyi subsidiyanı da onlar almışlar. Təkcə onların son 5 ildə məhkəmələr vasitəsi ilə əldə etdiyikləri saxta sənədlər və sübutlar əsasında X31, X11, X18 və X9 vicdanlı alıcı olmadıqları və qeyd edilən 24 hektar torpağın onların ailə üzvlərinin mülkiyyətində olduğunu bildikləri sübuta yetirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 1998-ci ildə iddiaçıların ailə üzvlərinə 33 hektar torpaq sahəsi verilmişdir. 2005-ci ildə onların xəbəri olmadan 24 hektar torpaq sahəsi X5. Bundan sonra X31 həmin torpaq sahəsini X3, sonuncu da həmin torpaq sahəsini öz oğlu X10 bağışlamışdır. Həmin torpaq sahəsinə dair 2018-ci il tarixdə X9 adına çıxarış verilmişdir. 33 hektar torpaq sahəsindən 9 hektarına dair iddiaçılardan Təranə, Çinarə və Röyalın adına dövlət aktı vardır. Həmin 33 hektar torpaq sahəsinin 12 hektarı ilə bağlı (24 hektarın yarısı) alqı-satqı müqaviləsi Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-26/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş, qalan 12 hektarı ilə bağlı (24 hektarın digər yarısı) alqı-satqı müqaviləsi isə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-29/2021 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Alqı-satqı müqavilələri ləğv edildiyindən JN-0168 saylı Dövlət Aktının da qismən, yəni onlara məxsus 24 hektar torpaq hissəsində ləğv edilməsini istəyirlər. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş JN-0168 saylı Dövlət Aktının surətindən görünür ki, Şəki rayon Dövlət Notariat Kontorunda bağlanmış 13 avqust 2005-ci il tarixli, 4Ə-305 nömrəli, 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli və 04 iyun 2005-ci il tarixli 4Ə-237 nömrəli alqı-satqı müqavilələri əsasında 36 hektar torpaq sahəsi X25 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(075)-26/2019 saylı qətnaməsindən görünür ki, JN-0040 saylı Dövlət Aktında göstərilən 33 hektar torpaq sahəsinin 12 hektarı ilə bağlı İddiaçı9, İddiaçı5, İddiaçı2 və İddiaçı8 ilə X31 arasında bağlanmış 04 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(075)-29/2021 saylı qətnaməsindən görünür ki, X19 və X20 ilə X31 arasında bağlanmış 13 avqust 2005-ci il tarixli, 4Ə-305 nömrəli, İddiaçı3 və İddiaçı1 ilə X31 arasında bağlanmış 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2-1(84)1070/2019 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı9, İddiaçı4, İddiaçı8 və İddiaçı5 JN-0040 saylı Dövlət Aktına əsasən 33.01 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiaları mübahisənin mülki məhkəmə icraatı qaydasında, yəni müqavilələrin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi yolu ilə həll edilməli olması əsası ilə mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş 23 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X8 rayonu Qaratorpaq kəndində yerləşən 24 hekar torpaq sahəsini X10 bağışlamışdır. İş materiallarına əlavə edilmiş 01 iyun 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 24 hekar torpaq sahəsi X9 xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1i ərazisindən iddiaçıların mülkiyyətinə 33 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 12 hektar hissəsi 04 iyun 2005-ci il tarixli, 4Ə-237 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 6 hektar hissəsi 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 6 hektar hissəsi isə 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqaviləsinə əsasən X5. X26 hazırkı iş üzrə mübahisə predmeti olmayan digər müqavilələr yanaşı 04 iyun 2005-ci il tarixli, 4Ə-237 nömrəli, 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli və 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələri əsasında əldə etdiyi torpaq sahələrinə dair də JN-0168 saylı Dövlət Aktı verilmişdir. Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(075)-26/2019 saylı və Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(075)-29/2021 saylı qanuni qüvvəsini almış qətnamələri ilə 04 iyun 2005ci il tarixli, 4Ə-237 nömrəli, 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli və 29 sentyabr 2005ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Ona görə də, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərək JN-0168 saylı Dövlət Aktının da qismən, yəni onlara məxsus 24 hektar torpaq hissəsində ləğv edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə köməklik göstərməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşnalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşnalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. İş materiallarından göründüyü kimi hazırkı iddia tələbinin obyekti olan 24 hektar torpaq sahəsi ilə bağlı 04 iyun 2005-ci il tarixli, 4Ə-237 nömrəli, 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli və 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələri artıq qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(075)- 26/2019 saylı və Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(075)-29/2021 saylı qətnamələri ilə etibarsız hesab edilmişdir. Belə olan təqdirdə hazırda mübahisələndirilən, yəni X25 adına tərtib edilmiş JN-0168 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı iddiaçıların mülkiyyətində olan 24 hektar torpaq sahəsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, JN- 0168 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı qismən, yəni 04 iyun 2005-ci il tarixli, 4Ə-237 nömrəli, 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli və 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələri əsasında satılmış 24 hektar hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu tələb etmədiyindən özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. JN-0168 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı qismən, yəni 04 iyun 2005-ci il tarixli, 4Ə-237 nömrəli, 13 avqust 2005-ci il tarixli 4Ə-305 nömrəli və 29 sentyabr 2005-ci il tarixli, 4Ə-384 nömrəli alqı-satqı müqavilələri əsasında satılmış 24 hektar hissədə ləğv edilsin. İddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-340/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-340/2023
05.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver