Məhkəmə qərarları › İş №e-2(075)-35/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-35/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-35/2024 20.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, seriya RX olan ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması, həmin evdən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi və yaşayış evinin bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(075)-35/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin seriya RX olan ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması hissəsi üzrə üzrə icraata xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX olan ******* nömrəli Çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə X8 oğlunun, ½ hissənin 2/3 hissəsi X7 oğlunun, ½ hissəsinin 1/3 hissəsi onun adlarına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində paylı mülkiyyət olaraq qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi onlara miras qalmışdır. Hazırda həmin paylı mülkiyyətdə olan fərd yaşayış evindən payına düşən hissənin naturada ayrılıb verilməsi zərurəti yaranmışdır, çünki vərəsələr arasında ara sıra anlaşılmazlıqlar olur və bu gələcəkdə söz söhbətə səbəb ola bilər. Bu səbəbdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişdir ki, mübahisə predmeti olan evdən payına düşən hissənin naturada ayrılıb ona verilməsi, Paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına köməklik etsinlər. Həmin orqan özünün xx.xx.2022-ci il tarixli **********25 saylı məktubu ilə mənə cavab verərək bildirdi ki, fərdi yaşayış evinin vahid memarlıq tərtibatına malik bir dam örtüyüaltında yerləşdiyi, ümumi tikintinin tərkib hissəsi olduğu müəyyən edildiyindən tələbinin icrası mümkün olmamışdır. Cavabdehin tələbindən imtinası ilə razı deyil, imtina onun mülkiyyət hüququnun pozulması deməkdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Daha əvvəl də eyni tələblə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclaslarına xəstəliyi səbəbindən gələ bilmədiyindən idda ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda mübahisə həll edilmədiyindən o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirdiyi fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdən biri Qasımov Nurudur. Mərhum babası Nuru təxminən 1941-ci ildə vəfat etmişdir. Nurunun 3 oğlu olmuşdur, yəni onun atası və iki əmisi. Onun atası və əmilərinin hamısı vəfat etmişdir. Atası 15 noyabr 1975-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdən biri də Qasımov Rasimdir. Rasim onun atasının əmisi olmuşdur. O da təxminən 1997 - 1998-ci illərdə vəfat etmişdir. Bildirmişdir ki, hal-hazırda qeyd qeyd olunan fərdi yaşayış evinin mərhum Nuruya aid olan hissəsində, onun əmisi uşaqları yaşayır. Onlarla da münasibəti yoxdur. Bildiyi qədər fərdi yaşayış evinin mərhum Rasimə aid hissəsində Rasimin həyat yoldaşı yaşayır. Onların uşaqları olmamışdır. Bildiyi qədər mərhum Rasimgil övladlığa bir qız övladı götürmüşdülər. Rasimin həyat yoldaşını Zülayə kimi tanıyır. Mərhum Rasimin qardaşları da olmuşdur, lakin hamısı vəfat etmişdir. Bildirmişdir ki, o, dəflərlə evin rəsmi qaydada bölünməsi ilə müraciət etmiş, lakin mümkün olmadığı bildirilmişdir. Özləri evi faktiki olaraq bölmüşlər. Lakin rəsmi sxem tərtib olunmaqla rəsmi qaydada evin bölünməsini tələb edir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, **********25 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətə baxılmış, aparılmış araşdırma zamanıfərdi yaşayış evinin vahid memarlıq tərtibatına malik bir dam örtüyü altında yerləşdiyi, ümumi tikilinin tərkib hissəsi olduğu müəyyən edilmişdir. Bu səbəbdən fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və bölünərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 avqust 2018-ci il tarixli, 9058 invertar nömrəli, **********47-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X1 və ½ hissəsi X4 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 avqust 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən, 121.7 kv.metr yaşayış, 213.7 kv.mertr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X1 və ½ hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reystr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 10/4175 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən 1/3 hissə payın naturada ayrılmasının inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının 1/2 hissənin 1/3 hissə payından kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 avqust 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********47-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən ünvan 1 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən 121.7 kv.metr yaşayış, 213.7 kv.mertr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi İddiaçı, ½ hissəsinin 2/3 hissəsi X1 və ½ hissəsi X4 xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın naturada münasib şəkildə ayrılması və bölgü sxeminin hazırlanması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən iddiaçının 1/3 hissə payının naturada ayrılması mümkün deyil. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 10/4175 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, mübahisələndirilən daşınmaz əmlakdan iddiaçıya düşən payın naturada ayrılması mümkün olmadığından, iddia tələbinin iddiaçıya məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması hissəsi də əsaslı deyildir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi qarşı seriya RX olan ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi və yaşayış evinin bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi qarşı seriya RX olan ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi və yaşayış evinin bölündükdən sonra ona məxsus hissəsinin adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(075)-35/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin seriya RX olan ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri Məmmədbəy Əfəndiyev küçəsi dalan 2 ev 6 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması hissəsi üzrə üzrə icraata xitam verilməsi nəzərə alınsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar