Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-37/2023 09.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X7 və cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 5.18 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: **********19) qanunsuz şəkildə zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahələrinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində Şəki rayonu,Turan qəsəbəsində yerləşən ümumi sahəsi 5.18 ha olan, **********19 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Lakin mülkiyyət hüququ ilə İddiaçı MMC-nə məxsus olan yuxarıda qeyd edilən 5.18 ha torpaq sahəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o bu tələblərə heç bir məhəl qoymamış və iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir və hal-hazırda da davam etməkdədir. İddiaçının mülkiyyət hüquqları qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair onun mülkiyyət hüququnu təsdiq edən **********19 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Odur ki, İddiaçı MMC-nə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 5.18 ha torpaq sahəsindən qanunsuz şəkildə zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahələrinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 izahat verərək göstərmişdir ki, mübahisələndirilən Şəki rayonu Turan kəndində yerləşən torpaq sahəsi Dövlət aktına əsasən ona verilmişdir. O, həmin torpaq sahəsini heç kimə satmamışdır. Sadəcə olaraq pula ehtiyyacı olduğu üçün həmin torpaq sahəsini 2006-cı ildə icarəyə vermişdir. Hal-hazırda sənəd onda yoxdur. Bu vaxta kimi qeyd edilən torpaq sahəsi onun istifadəsində olmuşdur. Məhkəmə prosesi zamanı məlumatı olmuşdur ki, onun torpaq sahəsi satılıb. Torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi yoxdur. Belə bir müqaviləyə imza etməmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X5 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, işdə olan 10 avqust 2017 il tarixli, RX seriyalı, ******* saylı, **********19 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində yerləşən ümumi sahəsi 5.18 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 09 avqust 2017-ci il tarixli, A 182897 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən ümumi ölçüsü 5.18 ha olan torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-texniki ekspertizasının 05 iyun 2023-cü il tarixli, 10/924 nömrəli rəyindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Azırbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 9 avqust 2017-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və 10 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 5.18 hektar torpaq sahəsi tam şəkildə Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı MMC-nin tam mülkiyyətində olub Cavabdeh tərəfindən istifadə olunan 5.18 ha torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquluşu planında göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin, cavabdehin izahatları ilə müəyyən olundu ki, Şəki rayonu Turan qəsəbəsində 5.18 ha torpaq sahəsi 10 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli, **********19 reyster nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan 5.18 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək qeyri-qanuni istifadə olunur. Cavabdeh X5 dəfələrlə edilmiş xəbərdaqlıra baxmayaraq bu günədək cavabdeh həmin torpaq sahəsindən çıxmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh mübahisələndirilən torpaq sahəsinin ona məxsus olduğunu, sadəcə olaraq icarəyə verdiyini, bu günədək həmin torpaq sahəsində məhsul əkib becərdiyini bildirsə də, qeyd etdiyi faktlarla bağlı məhkəməyə hər hansı müqavilə və ya digər mötəbər sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etmədiyini göstərmişdir. Məhkəmə, mütəxəssis və ekspert rəylərini, hazırkı iş üzrə real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylərlə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 5.18 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı, **********19 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 5.18 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi İddiaçınə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. İddia təmin edildiyindən iş üzrə olan 50 manat ekspertiza xərci X1 alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh X6 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı, **********19 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 5.18 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçınə təhvil verilsin. İddia ərizəsi üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə 50 manat ekspertiza xərci X1 alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-37/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-37/2023
09.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver