Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-377/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin cavabdehlərlə sərhədinin sökülmüş hissəsinin cavabdehlərin öz hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixdə verilmiş **********20 reyetr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsinin cavabdehlərlə sərhəddinin sökülmüş hissəsinin (dağıdılmış) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi, mülkiyyətlərinə olan həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən onun və ailə üzvləri olan digər şəxslərin ümumi birgə mülkiyyətlərinə müvafiq olaraq 0,4455 hektar torpaq sahəsi adlarında qeydiyyata alınmışdır. Onların torpaq sahəsinin qonşuluğunda cavabdehlərin torpaq sahələri vardır. O həmin torpaq sahəsinin ətrafını bağlasa da da, cavabdehlər qanunsuz olaraq öz torpaq sahələri ilə sərhədini sökərək dağıtmışlar və torpaq sahəsini zəbt etməkdə davam edirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, onlar bu əməllərini davam etdirmişdir. Cavabdehlərin bu hərəkətləri onun öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan hüquqlarını məhdudlaşdırır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və ətrafı sökülmüş torpaq sahəsi ona məxsusdur. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin mülkiyyətlərində, istifadələrində və icarələrində deyildir və bununla bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, onların torpaq sahələrinin qonşuluğunda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi vardır. Torpaq sahələri arasında olan hasar cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüşdür. Həmçinin cavabdehlər guya onların torpaq sahələrini zəbt etdiklərini bildirərək, onun torpaq sahəsindən istifadə etmələrinə maneələr yaradırlar. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, ekspert rəyi ilə razılaşmır. İddiaçı onun torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də torpaq sahələri arasında olan hasarı sökmüşdür. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşin halları; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********20 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,4455 hektar torpaq sahəsi İddiaçı, X2, X3, X4 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 278 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1513 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərində olan, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən 0.4455 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, mülkiyyət hüququ əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,4455 hektar torpaq sahəsi vardır. Lakin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus torpaq sahəsi arasında olan hasar cavabdehlər tərəfindən sökülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi və cavabdehlərin torpaq sahələri arasında hasarın çəkilməsi vəzifəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1n üzərinə qoyulmalıdır. Bundan başqa cavabdehlərin həmin torpaq sahəsi arasında olan hasarı sökmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Odur ki, cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin İddiaçı mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalarını xahiş etmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından olan 07 iyul 2023-cü il tarixli 10/1513 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərində olan, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən 0.4455 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmadığı müəyyən edilmişdir. Məhkəmə ekspertin müvafiq rəyinə əsaslanaraq qeyd edirki, iddia həmin hissədə əsassızdır. Belə ki, ekspert rəyindən də göründüyü kimi İddiaçı mülkiyyətində olan Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən 0.4455 ha torpaq cavabdehlər tərəfindən zəbt olunmamışdır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə təyin edilmiş Ekspert rəyindən də göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərində olan, Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən 0.4455 ha torpaq sahəsi zəbt olunmadığı üçün iddia tələbi həmin hissədə təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixdə verilmiş **********20 reyetr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsinin cavabdehlərlə sərhəddinin sökülmüş (dağıdılmış) hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilsin və həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələrin aradan qaldırılsın və hər hansı maneəçiliyin törədilməsi cavabdehlərə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-377/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-377/2023
18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver