Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-38/2024 25.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixdə verilmiş **********48 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, həmçinin, iddia ərizəsi ilə bağlı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixdə verilmiş **********48 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisində mülkiyyətinə 0,2017 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. Lakin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Halbuki, cavabdehlərin zəbt etdikləri həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi sənədləri yoxdur, əksinə onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikəri həmin torpaq sahəsi ilə bağlı qanuni sənədləri vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, onlar bu əməllərini davam etdirmişdir. Cavabdehlərin bu hərəkətləri onun öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan hüquqlarını məhdudlaşdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi ona məxsusdur. Mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin mülkiyyətlərində, istifadələrində və icarələrində deyildir və bununla bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən manelərin qadağan edilməsini tələb etmək hüququ vardır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. 1991-ci ildən torpaq sahəsi onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsində təsərrüfatla məşğul olur. İddiaçı mübahisə predmeti olan torpaq sahəsini başqa şəxsə satmışdır. Qeyd edilən, torpaq sahəsindən o uzun illərdir ki istifadə edir və oradan çıxmaq fikri yoxdur. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 digər Cavabdeh2 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş edir. İşin halları; Şəki şəhər İHB-nın Baş Göynük kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 ferval 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 10/4176 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlükdə cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respubılikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,2017 torpaq sahəsi İddiaçı, X3, X4, X5, X1 və X2 ümumi birgə mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, hazırda mübahisə predmeti torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X4, X5, X1 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar hazırda zəbt edilmiş 0.2017 ha ərazidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları və həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə cavabdehlərin tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 01 noyabr 2023-cü il tarixli. 10/4176 saylı rəy verilmişdir. Ekspertizanın rəyində Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlükdə cavabdehlər tərəfindən istifadə olunduğu göstərilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/4835 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən sözügedən rəy mötəbər sübut kimi qəbul edilməli və mübahisənin həllində istifadə edilməlidir. Göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixdə verilmiş **********48 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar və həmin torpaq sahəsindən İddiaçı istifadı hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixdə verilmiş **********48 reyetr nömrəli çıxarışa əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən və ona məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar və həmin torpaq sahəsindən İddiaçı istifadə hüquqlarını həyata keçirməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən edilən maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-38/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-38/2024
25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver