Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-384/2023 20.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 1968-ci il tarixdə ölmüş Əliyeva (Qasımova) Mastıq Səlim qızının onun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 11 fevral 1992-cı il tarixli 52 saylı “Qeydiyyat Vəsiqəsinə” əsasən Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, 85-də yerləşən fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. Onun vəfatından sonra mirası oğlu yəni onun atası X18 qəbul edərək idarə etmişdir. X18 10 mart 2002-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra da həmin miras əmlakı o idarə etmişdir. Onun nənəsi X7 miras qalan, atası X12 düşən hissədən ona çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən bildirmişdir ki, miras qoyanın oğlu X9 doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Qasımova, miras qoyanın ölüm haqqında şəhadətnaməsində isə Əliyeva olması müəyyən edildiyindən həmçinin miras qoyanın soyadının dəyişdirilməsini təsdiq edən sənədin təqdim edilmədiyi üçün notarius tərəfindən notariat hərəkətlərinin aparılması mümkün deyil. Bu barədə 17 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. X27 Filialı tərəfindən verilən 28 noyabr 2022-ci il tarixli 962 və 963 saylı arayışlarda X13 ölümü barədə qeydiyyatın, həmçinin X21 ilə Qasımova (Əliyeva) Mastıq Səlim qızı ilə nikahları barədə qeydiyyatın tapılmadığı bildirilmişdir. İşin hallarından göründüyü kimi o, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Şəki Rayon Qeydiyyat şöbəsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi 12 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. X6 onun və Ərizəçi nənəsidir. X3 vəfat edəndə o, orta məktəbin birinci sinfində təhsil alırdı. Mərhum X3 1968-ci ildə dünyasını dəyişmişdir. Nəsillərindəki uşaqlardan təkcə o, X16 görmüş və tanımışdır. Bildirmişdir ki, mərhum nənələrinin öz soyadı “Əliyeva” olmuşdur. Onların nəsilllikcə soyadları “Qasımovdur”. Onların öz ailələrində isə soyadları “Cabbarovdur”. Onun ata babası İkinci Dünya müharibəsinə gedib, sağ qayıtmadığı üçün onun atası, babasının adını yaşatmaq üçün Cabbarov soyadını götürmüşdür. Ərizəçinin soyadı isə “Qasımovdur”. Göstərmişdir ki, X22 onların ata nənələridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, onlar Ərizəçi atası Bəlyar ilə əmizadədirlər. X6 Ərizəçi nənəsidir. Vüqarın atası X1 oğludur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 sentyabr 1957-ci il tarixli, ИЖ 249249 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyul 1956-cı il təvəllüdlü X9 atası X21, anası X14r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 yanvar 1968-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 15 yanvar 1968-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 noyabr 1977-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1977-ci il təvəllüdlü Ərizəçi atası X18, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 aprel 1983-cü il tarixli, İİİ-ЖГ 257944 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X4 arasında 05 aprel 1983-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 160 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 fevral 1992-ci il tarixli, 52 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 mart 2002-ci il tarixli, AZ 144892 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 10 mart 2002-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 iyul 2022-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi etibarnamə əsasında nümayəndəsi X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X27 Filialının 28 noyabr 2022-ci il tarixli, 962 nömrəli məktubundan görünür ki, Nuxa şəhəri VVAQ Şöbəsinin 1942-1943-cü illərin “Ölüm aktlarının qeydiyyat” kitablarına əsasən X13 ölümü barədə qeydiyyat tapılmamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X27 Filialının 28 noyabr 2022-ci il tarixli, 963 nömrəli məktubundan görünür ki, Nuxa şəhəri VVAQ Şöbəsinin 1932-1933-cü illərin “Nikah aktlarının qeydiyyat” kitablarına əsasən X21 ilə Qasımova (Əliyeva) Masdıq Səlim qızının nikahları barədə qeydiyyat tapılmamışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X27 Filialının 06 fevral 2023-cü il tarixli, 3-48-DA-12F/2-27/2023 saylı məktubundan görünür ki, Şəki şəhərinin Təsərrüfatbaşına kitabları Azərbaycan Respublikası X27 filialına təhvil verilmədiyi üçün X10 təsərrüfatı barədə arayış təqdim edilməsi mümkün deyildir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli, 3-16-5/7-R-69-267/2023 saylı arayışdan görünür ki, X21 və Qasımova (Əliyeva) Masdıq Səlim qızının nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində Şəki şəhəri üzrə nikah haqqında akt qeydi kitabları 1946-cı ilədək saxlanılmır. İşdə olan Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 87 nömrəli arayışdan görünür ki, X22 ölüm gününə qədər ünvan 2 ünvanında oğlu X18 və oğlunun ailə üzvləri ilə birlikdə yaşamış, X11 xx.xx.1968-ci il tarixdə vəfatından sonra onun oğlu X18 evə aid təmir-tikinti xərclərini, qaz, işıq, su və digər kommunal xərcləri ödəyərək, miras əmlaka faktiki sahiblik etmiş, X9 xx.xx.2001-ci il tarixdə vəfatından sonra onun oğlu (X11 nəvəsi) Ərizəçi yuxarıda göstərilən ünvandakı miras əmlaka aid təmir-tikinti xərclərini, qaz, işıq, su və digər kommunal xərcləri ödəyərək, miras əmlaka faktiki sahiblik edir. Hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmçinin qeyd edilmişdir ki, X17 aid olduğu nəsildə üç soyad mövcuddur. Əliyeva, Qasımov və Cabbarov. Nəslin nümayəndələrinin bəziləri “Qasımov”, bəziləri “Cabbarov”, yalnız Mastıq Səlim qızı “Əliyeva” soyadındadır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 15 yanvar 1968-ci il tarixdə ölmüş Əliyeva (Qasımova) Mastıq Səlim qızının Ərizəçi nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 15 yanvar 1968-ci il tarixdə ölmüş Əliyeva (Qasımova) Mastıq Səlim qızının Ərizəçi nənəsi olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-384/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-384/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver