Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-388/2023 21.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əvvəlki işinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2015-ci il tarixli, 122 nömrəli əmrlə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh müddətsiz olaraq ixtisası üzrə siniflərdə müəllim vəzifəsi üzrə dərs tədris etmə fəaliyyətini yerinə yetirməsinə gimnaziyanın direktoru vəzifəsini icra edən Taliə Babayeva tərəfindən törədilən maneələrin aradan qaldırılması, 08 sentyabr 2015-ci il tarixli əmrə əsasən 15 sentyabr 2015-ci il tarixdən etibarən xüsusi siniflər üzrə (ibtidai) dərs tədris etdiyi əvvəlki iş yeri olan Cavabdeh müddətsiz olaraq ixtisası üzrə sinif müəllimi vəzifəsinə bərpa edilməsi, maneələr səbəbli gimnaziyada siniflər üzrə məcburi dərs tədris etmədiyi müddət üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 yanvar 2015-ci il tarixli, 43 nömrəli əmr ilə laborant vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə onunla bağlanmış əmək müqaviləsinə əsasən gimnaziyanın 08 sentyabr 2015-ci il tarixli, 122 nömrəli əmrinə əsasən 15 sentyabr 2015-ci il tarixdən siniflər üzrə ona dərs verilmişdir. 15 sentyabr 2015ci ildən başlayaraq 2022-ci ilin sentyabr ayının sonuna kimi siniflər üzrə dərs desə də, oktyabr ayının ortalarında səbəbsiz yerə ona verilmiş dərs saatları əlindən alınmışdır. Bunun səbəbi barədə gimnaziyanın drektoru vəzifəsini icra edən Taliə Babayeva ona bildirmişdir ki, 21 yanvar 2015-ci il tarixdən gimnaziyada laborant olaraq əmək müqaviləsi ilə işə başlamış və 08 sentyabr 2015-ci il tarixdən başlayaraq 2022-ci ilin oktyabr ayı da daxil olmaqla gimnaziyada dərs deyərək əmək haqqı alsa da, müəllimə kimi elektron əmək müqaviləsi olmaması və əmək müqaviləsi sistemə vurulmaması səbəbindən ona verilmiş dərs saatları əlindən alınmışdır. Eyni zamanda bildirilmişdir ki, artıq həmin aydan etibarən gimnaziyada laborant olaraq işləməli və laborant vəzifəsinə uyğun da əmək haqqı almalıdır. Əmək kitabçasında qeyd olunmuş 08 sentyabr 2015-ci il tarixli, 122 nömrəli əmrə əsasən fasiləsiz və müddətsiz olaraq siniflər üzrə dərs tədris edərək əmək haqqı almasını bildirsə də, gimnaziya rəhbəri, belə bir əmrin olmadığını bildirmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, İddiaçı əvvəlki işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının artıq gimnaziyada dərs deyə bilməməsinin səbəbi nazirliyin tapşırığına əsasən işçilərin vəzifəsi üzrə işləməsi barədə tapşırığı olmuşdur. Belə ki, İddiaçı, gimnaziyada laborant vəzifəsinə işə qəbul olunmuşdur. Hazırda dərs demək üçün isə X7 müsabiqəsindən keçməlidir. İddiaçı həmin müsabiqədən keçdiyi təqdirdə yenidən gimnaziyada dərs deyə bilər. İddiaçı 08 sentyabr 2015-ci il tarixdən dərs deməsi barədə onun əmək kitabçasında qeyd edilsə də, gimnaziyanın əmrlər kitabında 122 nömrəli əmr mövcud deyil. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21 yanvar 2015-ci il tarixdə Şəki şəhər İnternat məktəbinə laborant vəzifəsinə işə qəbul edilmiş, 15 sentyabr 2015-ci il tarixədən ona xüsusi siniflər üzrə (ibtidai) dərs verilmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli, 24 nömrəli məktubdan görünür ki, Cavabdeh 01 sentyabr 2020-ci il tarixli, 108 nömrəli əmri ilə İddiaçı gimnaziyada tərbiyəçi vəzifəsində çalışır və hazırda onun üzərində dərs saatı yoxdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 21 yanvar 2015-ci il tarixdən müddətsiz olaraq Şəki şəhər Qarışıq tipli İnternat məktəbində laborant vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 iyun 2022-ci il tarixdən müddətsiz olaraq Şəki şəhər Qarışıq tipli İnternat məktəbində tərbiyəçi vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 dekavr 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmişlər. Cavabdeh nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, 21 yanvar 2015-ci il tarixli, 43 nömrəli əmr ilə Cavabdeh laborant vəzifəsinə işə qəbul edilmişdir. 15 sentyabr 2015-ci ildən başlayaraq 2022-ci ilin sentyabr ayının sonuna kimi həmin gimnaziyada siniflər üzrə dərs demişdir. Lakin sonradan X7 müsabiqəsindən keçmədiyindən ona tədris etmək üçün dərs verilməmişdir. İddiaçı bu halı əsassız hesab edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız X7 üzrə müsabiqə yolu ilə həyata keçirilir. Həmin qaydaların 6.1-ci bəndinə əsasən X7 və yerdəyişməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsahibə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 2022-ci ilin noyabr ayından etibarən dərs saatlarının verilməməsi ilə qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamışdır. İddiaçı Cavabdeh laborant vəzifəsinə işə qəbul edilmiş, hazırda müddətsiz olaraq Şəki şəhər Qarışıq tipli İnternat məktəbində tərbiyəçi vəzifəsində işləyir. Dərs deməsi üçün zəruri olan X7 üzrə müsabiqədən keçməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 08 sentyabr 2015-ci il tarixli, 122 nömrəli əmrlə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh müddətsiz olaraq ixtisası üzrə siniflərdə müəllim vəzifəsi üzrə dərs tədris etmə fəaliyyətini yerinə yetirməsinə gimnaziyanın direktoru vəzifəsini icra edən Taliə Babayeva tərəfindən törədilən maneələrin aradan qaldırılması, 08 sentyabr 2015-ci il tarixli əmrə əsasən 15 sentyabr 2015-ci il tarixdən etibarən xüsusi siniflər üzrə (ibtidai) dərs tədris etdiyi əvvəlki iş yeri olan Cavabdeh müddətsiz olaraq ixtisası üzrə sinif müəllimi vəzifəsinə bərpa edilməsi, maneələr səbəbli gimnaziyada siniflər üzrə məcburi dərs tədris etmədiyi müddət üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 08 sentyabr 2015-ci il tarixli, 122 nömrəli əmrlə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh müddətsiz olaraq ixtisası üzrə siniflərdə müəllim vəzifəsi üzrə dərs tədris etmə fəaliyyətini yerinə yetirməsinə gimnaziyanın direktoru vəzifəsini icra edən Taliə Babayeva tərəfindən törədilən maneələrin aradan qaldırılması, 08 sentyabr 2015-ci il tarixli əmrə əsasən 15 sentyabr 2015-ci il tarixdən etibarən xüsusi siniflər üzrə (ibtidai) dərs tədris etdiyi əvvəlki iş yeri olan Cavabdeh müddətsiz olaraq ixtisası üzrə sinif müəllimi vəzifəsinə bərpa edilməsi, maneələr səbəbli gimnaziyada siniflər üzrə məcburi dərs tədris etmədiyi müddət üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-388/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-388/2023
21.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver