Məhkəmə qərarları › İş №e-2(075)-394/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-394/2025

17.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-394/2025 17.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X14 və nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehsına qarşı “əmri ləğvi, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdehsına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun başqa işə keçirilməyi barədə xx.xx.2021-ci il tarixli 154 saylı əmrinin ləğv edilməsi, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə əsasən laborant vəzifəsi üzrə əmək fəaliyyətinin davam etdirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə 0.5 oklad laborant vəzifəsi üzrə Cavabdeh sabiq direktor X4 tərəfindən işə götürülmüş və onunla həmin tarixdən laborant kimi müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşə girdiyi vaxtdan laborant kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən gimnaziyada monitorinq aparılmış və xx.xx.2021-ci il tarixdə Cavabdeh direktoru vəzifəsində çalışan X7 işində yol verdiyi ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Sonradan yəni 2024-cü ilin sentyabr ayında hazırkı rəhbər T.Babayeva ona bildirmişdir ki, sən texniki işçisən. Ona görə də laborant kimi yox artıq texniki işçi kimi fəaliyyət göstərməlisən. O, bunun səbəbini souşduqda ona bildirmişdir ki, sən elə əvvəl işə qəbul olunanda texniki işçi kimi işə qəbul edilmisən. O, onunla razılaşmamış və onun dediklərinin hansı sənədə əsaslanmasını sübut etməsini tələb etmişdir. O, buna razılıq verməmiş və müəyyən müddətdən sonra xahiş etmişdir ki, onun haqqında olan sənədlərlə tanış olmaq hüququnu nəzərə alıb ona o sənədləri təqdim etsin. O da ona xx.xx.2019 və xx.xx.2021-ci il tarixli əmrlərdən çıxarışı təqdim etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Gimnaziyanın sabiq direktoru Nurlana İbadullayeva xx.xx.2021-ci il tarixdə onun məlumatı olmadan tutduğu vəzifədən daha aşağı vəzifəyə keçirilmə ilə bağlı ərizəni alınmadan çalışdığı 0.5 oklad laborant vəzifəsini 0.5 oklad texniki işçi kimi fəaliyyət göstərən X11 yerinə texniki işçiyə dəyişdirilməsi ilə bağlı yerdəyişmə haqqında əmr vermiş, bu barədə ona heç bir məlumat verməmişdir. Bu məsələ ilə bağlı ona köməklik olunmasını Taliə Babayevayadan xahiş etdikdə o, ona bildirmişdir ki, Şəki-Zaqatala regional təhsil idarəsinə baş vermiş pozuntu halı və onun yenidən 0.5 oklad laborant vəzifəsini geri qaytarılmağı ilə əlaqədar olaraq rəy alınması üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəki-Zaqatala regional təhsil idarəsi tərəfindən həmin məktəbdə işə götürüldüyü tarixdən xx.xx.2024-cü il tarixə kimi 0.5 oklad texniki işçi kimi çalışan X8 verilməsi ilə bağlı cavab gəldiyini bildirmişdir. O, artıq hüquqlarının pozulduğuna əmin olduqdan sonra X18 Xidmətinin X5 müraciət etmişdir. Daha sonra cavabdeh tərəfindən yol verilən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı məsələni məhkəmə müstəvisinə çıxarmaq üçün ilk növbədə xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya təklifi ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin mediasiya mərhələsində tərəflər arasında hər hansı razılıq əldə olunmadığı üçün ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Cavabdehin barəsində verdiyi qanunsuz əmrlə tanış olanda məlum olmuşdur ki, əmr qanunvericiliyin tələblərinə cavab vermir və ciddi qanun pozuntularına yol verilməklə qəbul edilmişdir. Sözügedən əmrdən yerdəyişmənin əsası göstərilməmişdir. Ümumiyyətlə həmin əmrlə o, tanış edilməmişdir. Nə də əmək kitabçasına qeyd edilən əmr barədə qeyddən məlumatı olmamışdı. O, ümumiyyətlə heç bir ərizə ilə müraciət etməmişdir. Bundan əlavə ƏMAS-dan çıxarışlara da nəzər yetirəndə onun ilk bağlanmış müddətsiz əmək müqaviləsinin “laborant” vəzifəsinə bağlandığı müəyyən edilir. Sözügedən əmr qüvvədə olmuş olsa idi o, 2019-cu ildən laborant vəzifəsində çalışmazdı. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, Şəbnəm xanım laborant işləyib, hal-hazırda da laborant kimi işləyir. Onlarda 0.5 oklad hal-hazırda da boşdur. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh üzrə əmək müqaviləsinin bağlanması haqqında 16 sentyabr 2019-cu il tarixli 5 nömrəli əmrdə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən gimnaziyaya 0,5 oklad laborant təyin edilsin. - Cavabdeh üzrə yerdəyişmə haqqında 1 dekabr 2021-ci il tarixli 154 nömrəli əmrdə qeyd edilmişdir ki, İddiaçı – 0,5 oklad hesabı ilə laborant, xx.xx.2021-ci il tarixdən X12 yerinə 0,5 oklad hesabı ilə texniki işçi keçirilsin. - İddiaçı tərəfindən Cavabdeh ünvanlana ərizədən görünür ki, gimnaziyada münasib işlə təmin edilməsini xahiş etmişdir. - 27 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdehsına laborant vəzifəsinə təyin edilmişdir. - 27 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdehsına texniki işçi vəzifəsinə təyin edilmişdir. - 23 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdehsına texniki işçi vəzifəsinə təyin edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2021-ci ilin dekabr ayında adıçəkilən təhsil müəssisəsində aparılmış monitorinqə dair sənədlər akşar edilməmişdir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 55-ci maddəsinə əsasən Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmrlə Cavabdehsına laborant vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2019-cu il tarixdə elektron sistemə iki dəfə daxil edilmiş, birinci dəfə işə qəbul olunduğu vəzifə kimi laborant vəzifəsi, ikinci dəfə isə texniki işçi vəzifəsi kimi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə dəyişiklik edilərək onun laborant vəzifəsindən 0,5 oklad hesabı ilə texniki işçi vəzifəsinə keçirilməsi qeyd edilmişdir. Həmin dəyişiklik xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. İddiaçının iddia tələbinin onunla əsaslandırır ki, o, işlədiyi müddət ərzində laborant vəzifəsində çalışmış, əmək müqaviləsinə dəyişiklik edilməsindən onun xəbəri olmamış, razılığı alınmamışdır. Cavabdeh isə iddia tələbini qəbul edir və bildirir ki, iddiaçı həm əvvəl, həm də hazırda laborant vəzifəsini icra edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti olduqda o, ən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Xəbərdarlıq müddətində işçi əvvəlki işini davam etdirməli və ona tapşırılmış işləri əmək müqaviləsi şərtlərinə görə lazımınca yerinə yetirməlidir. Hazırkı iş materiallarından da göründüyü kimi iddiaçının cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xəbərdar edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi də iddiaçının hazırda da laborant vəzifəsini icra etdiyini bildirmişdir. Belə olan halda əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmr ləğv edilməklə yanaşı, iddiaçının laborant vəzifəsini icra etməsinə hər hansı maneə törəldilməsinin də qarşısı alınmalıdır. Beləliklə, göstərilənlərə, qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı başqa işə keçirilməyi barədə xx.xx.2021-ci il tarixli 154 saylı əmri ləğv edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə əsasən laborant vəzifəsi üzrə əmək fəaliyyətinin davam etdirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı başqa işə keçirilməyi barədə xx.xx.2021-ci il tarixli 154 saylı əmri ləğv edilsin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə əsasən laborant vəzifəsi üzrə əmək fəaliyyətinin davam etdirilməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar