Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-44/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən hal-hazırkı dövrə qədər Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləmişdir. 2008-ci ildə rəhbərlik etdiyi uşaq bağçası köhnə maddi-texniki bazaya malik olmaqla, iki qrupda fəaliyyət göstərirdi. Rəhbərlik etdiyi müddətdə qənaətbəxş fəaliyyəti və təkidli xahişləri nəzərə alınaraq, Ulu Öndərin adına olan X23 və Şəki şəhər İcra Hakimiyyətinin birgə dəstəyi nəticəsində bağça yenidən qurularaq, müasir dövrün standartlarına cavab verən müəssisəyə çevrilmiş və hal-hazırda onun rəhbərliyi ilə 1 (bir) körpələr evi olmaqla, 7 (yeddi) qrupda fəaliyyət göstərir. Rəhbərlik etdiyi müəssisədə Təsil Nazirliyi, Əmək Müfəttişliyi, X2 və sair qurumlar tərəfindən keçirilmiş yoxlamalar və monitorinqlərin nəticəsində bu günə kimi heç bir neqativ hal müəyyən edilməmişdir. Bunun da məntiqi nəticəsi olaraq, digər bağçalarla müqayisədə rəhbərlik etdiyi müəssisə kifayət qədər nüfuz və Şəki şəhər sakinlərinin rəğbətini qazanmışdır. Cavabdeh2nə X11 müdir təyin edildikdən sonra onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə münasibət mənfi istiqamətdə dəyişmiş, rəhbərlik etdiyi müəssisənin fəaliyyətinə kölgə salınmağa çalışılmışdır. Bəhruz Mehdiyevin ona qarşı o qədər qərəzli və hiddətli olmuşdur ki, qərəzli olaraq aparılan yoxlamanın nəticəsində ona xx.xx.2022-ci il tarixli K-148 nömrəli əmri ilə şiddətli töhmət vermişdir. O da bu əmrin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh2 müdiri X6 İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə 06 sentyabr 2022-ci il tarixli K-148 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə qətnamə qəbul edilməmiş X11 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar verərək, Elm və Təhsil Nazirinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-ci il tarixli 3- 29/3-1-251K/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə mənimlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə nail olmuşdur. Elm və Təhsil Nazirinin xx.xx.2023-ci il tarixli 3-29/3-1-251K/2023 nömrəli əmri maddi hüquq normalarının tələbləri pozulmaqla verilmişdir. Belə ki, mübahisələndirilən əmrdən görünür ki, bu əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə uzlaşmır, onunla bağlanan əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verilmiş, onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərimi) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması təsdiqini tapmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün qeyd edilən əsas Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, Elm və Təhsil Naziri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinin ləğvi barədə əmr verərək onu qanunsuz olaraq işdən azad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 2008-ci ildən Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-29/3-1-251K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə qanunsuz olaraq işinə xitam verilməsini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X12 izahat verərək bildirdi ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsi işində ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. Həmin nöqsanlar barədə orta məktəblərdə monitorinq aparılan zaman ortaya çıxmışdır. 14 yanvar 2023-cü il tarixdə keçirilmiş Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməmişdir. Əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə xitam verildiyini bildirsə də, iş materiallarında olan sənədlərdəndə göründüyü kimi onun işə başlamalı olduğu xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Buna görə də, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 06 may 2023-cü il tarixli MŞŞ/MT018/2023-01060 nömrəli ilkin X3 Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 01 may 2023-cü il tarixdə 12:00 - 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin X3 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinin etibarnamə üzrə nümayəndələri ilkin X3 etməmişlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin yoxlamanın nəticələrinə dair 08 fevral 2023-cü il tarixli, 3-29/3-1-0173K/2023 nömrəli əmrindən görünür ki, insan resursları şöbəsi (Eşqi Bağırov) Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğvi ilə bağlı zəruri tədbirlərin görülməsi, daxili nəzarət şöbəsinin (İlqar Mahmudov) araşdırma zamanı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinin təmin edilməsi, işə gəlməyən işçilərlə əmək münasibətlərinin tənzimlənməsinə mövcud qanunvericilik çərçivəsində baxılmasının və fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar barədə müvafiq intizam tənbehi tədbirlərinin görülməsinin təmin edilməsinin Cavabdeh2nə (Bəhruz Mehdiyev) tapşırılması, İnsan resursları şöbəsinin (Eşqi Bağırov) və Cavabdeh2 (Bəhruz Mehdiyev) bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsinin təmin edilməsi, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırlımasının təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1- 251K/2023 nömrəli əmrindən görünür ki, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən 21 fevral 2023cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli, 1006 nömrəli arayışdan görünür ki, X7 14 noyabr 2023-cü il tarixdə, saat 12:45-də Şəki Rayon Mərkəzi X14 Şəxsinin TTYB-sində “Psixogen sinkopal” vəziyyət diaqnozu ilə müalicə aparılmışdır. Arayış Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağcasına təqdim etmək üçün verilmişdir. Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin 14 yanvar 2023-cü il tarixli növbədənkənar iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh2 329-42/2-58/2023 saylı təqdimatınn müzakirəsinin nəzərə alınması, müzakirə zamanı edilən təkliflər nəzərə alınmaqla Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin heyət üzvləri tərəfindən tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023cü il tarixdə Cavabdeh2 13 yanvar 2023-cü il tarixli 3-29-42 /2-58/2023 nömrəli təqdimatının müzakirəsi ilə əlaqədar Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında iclas keçirilmişdir. Bağçanın müdiri İddiaçı iclasda iştirak etməsi üçün dəvət edilmiş, lakin özünü qeyri-səmimi apararaq kollektivə və qonaqlara kobudluq etmiş, yersiz ifadələr işlətmişdir. O cümlədən kollektivin bir hissəsini iclasda iştirak etməsinə maneçilik törətmiş və iclasda iştirak etməsindən imtina etmişdir. Aktın doğruluğunun X8, X4, X9, X1 və X13 öz imzaları ilə təsdiq etmişlər. Şəki Rayon Mərkəzi X14 Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 16 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək işdən azad edilmişdir, yəni 19 yanvar 2023-cü il tarixdən işə başlamalıdır. Şəki Rayon Mərkəzi X14 Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək işdən azad edilmişdir, yəni 21 fevral 2023-cü il tarixdən işə başlamalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrində, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixində keçirilən iclasın 15 nömrəli Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı 16 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il və 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, 21 fevral 2023cü il tarixdən işə başlamalı olması göstərilmişdir. İddiaçı əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə qanunsuz olaraq işinə xitam verilməsini göstərərək iddianı müdafiə edir. Cavabdeh təşkilatların nümayəndələri isə iddianı qəbul etmirlər. Məhkəmə hesab edir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilərək, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsinin qanunsuz əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etsə də, Şəki Rayon Mərkəzi X14 Şəxs tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 11 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək işdən azad edilmişdir, yəni 21 fevral 2023-cü il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrindəndə göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onun işə başlamalı olduğu xx.xx.2023cü il tarixdə ləğv edilməsi əmr edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozuntusu hallarına yol verilməmişdir. Belə ki, müqaviləyə İddiaçı büllütendə olduğu müddət tamam olduqdan sonra yəni işə başladığı gün xitam verilmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd olunan norma baxımından da hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 21 fevral 2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1-251K/2023 nömrəli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi, uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Elm və Təhsil Nazirliyinə qarşı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 251K/2023 nömrəli əmrinin ləğv edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki şəhər 22 saylı körpələr evi, uşaq bağçasının müdiri vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elşən Vəliyev