Məhkəmə qərarları › İş №e-2(075)-45/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-45/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-45/2025 03.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri X2 pr. ev 160 ünvanında 0,0616 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 133,2 kv.metr olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona düşən ½ hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 13 fevral 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti məhkəmə hazırlıq iclasında mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək mülki işin icraatı dayandırılmış, rəy verilməsi üçün mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, 10 iyun 2025-ci ildə ekspertin rəyi məhkəmə daxil olduğundan mülki işin icraatı təzələnərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə razılığa gəldiyini bildirmiş və mülki işə baxılmadan iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən İddiaçı ilə razılığa gəldiyini bildirərək iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı Cavabdeh ərizəsini, tərəflərin fikirlərini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum özünə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində məhkəmə məsrəfi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum özünə qaytarılsın. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində məhkəmə məsrəfi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar