Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-470/2024 16.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzini ödənilməsi və meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şəki rayonu Kiş meşəbəyliyinin 4 saylı dolayısının 25-ci kvartalında 0,45 hektar Dövlət meşə fondu torpağında apardığı qazma işləri nəticəsində vurmuş olduğu 714 (yeddi yüz on dörd) manat 74 (yetmiş dörd) qəpik ziyanlığın Cavabdeh tutularaq 7 saylı X10 Mərkəzinin hesabına ödənilməsi və həmin torpaq sahəsi boşaldılaraq 7 saylı X10 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və 7 saylı Şəki X10 Mərkəzinin əməkdaşları tərəfindən meşə fondu torpaq sahələrindən istifadə vəziyyəti araşdırılarkən, məlum olmuşdur ki, Şəki rayonu, Kiş meşəbəyliyinin 4 saylı meşə dolayısının 25-ci kvartalında Dövlət meşə fondu torpağından 0,45 hektar sahəni Cavabdeh tərəfindən qanunsuz zəbt olunması və torpaq qazma işləri nəticəsində X11 714 (yeddi yüz on dörd) manat 74 (yetmiş dörd) qəpik məbləğində ziyanlıq vurması müəyyən edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, meşə Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzində mühafizə mühəndisi vəzifəsində işləyir. Bildirmişdir ki, onlar göstərilən ərazidə yoxlama işləri aparan zaman məlum olmuşdur ki, qanunsuz tikili inşa olunmuş, 15 ədəd vələs növündə ağac kəsilmişdir. Həmin ərazi Şəki rayonu Kiş kəndinin yuxarı ərazisində yerləşir. Qanunsuz tikili tikən şəxs əvvəllər həmin ərazidə heç bir işlə məşğul olmamışdır. İşin halları;; 02 oktyabr 2023-cü il tarixli həcm-qiymət cədvəlindən görünür ki, X12 X9 meşəbəyliyinin 4 saylı meşə dolayısının 25 saylı kvartallarında (kvartalında) xx.xx.2023-cü ildə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmişdir ki, cəmi ağacların sayı 15 ədəd, həcmi 0,34 m³ nırx dəyəri 1,53 manat, dəymiş ziyan 22 manat təşkil edir. 09 oktyabr 2023-cü il tarixli, 3-14-27-08/2-117/2023 saylı məktubdan görünür ki, Şəki X10 Mərkəzinin əməkdaşları tərəfindən Kiş meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən qanunsuz olaraq 0,45 ha sahədən istifadə etdiyi müəyyən edilmişdir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Odur ki, qanunsuz meşə fondu torpağını zəbt edərək tikinti işləri aparılmış sahəni 5 (beş) iş günü müddətinə boşaldaraq ilkin vəziyyətinə qaytarmağı tələb olunmuşdur. Əks təqdirdə tərəflərindən toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanına göndəriləcəyi Cavabdeh bildirilmişdir. 7 saylı Regional Meşə X9 meşəbəyliyinin 04 saylı meşə dolayının 25-ci kvartalı ərazisində 0,45 ha ərazidə qanunsuz zəbt nəticəsində torpaq qazma işlərinə görə X11 dəymiş ziyanlığın hesabatından görünür ki, 113 m uzunu 0.50 m eni, 0.40 m dərini, 29 m uzunu, 0.40 m eni, 0.40 m dərini, torpağın üst münbit qatının qalınlığı ortalama 0.05 metrdən ibarətdir. 113 m x 0.50 m x 0.05 m = 2.825 kbm x 290 = 819.25 manat, 29 m x 0.40 m x 0.05 m = 0.58 kbm x 290 = 168.20 manat olmaqla, yekun cəmi 987,45 manat müəyyən edilmişdir. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 119 saylı qərarına əsasən aparıldı. Hesablanmış ziyanlıq 1-ci dəfə olduğundan 07 əmsalına vurulur, ödəniləcək məbləğ 987,45 x 0,70 = 691,21 manat müəyyən edilmişdir. 02 oktyabr 2023-cü il tarixli, 007386 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Kiş meşəbəyliyinin 04 saylı ünvanında yerləşən meşə dolayısında qəfləti yoxlama aparılarkən 7 saylı Regional Meşə X9 meşəbəyliyinin 04 saylı meşə dolayının 25-ci kvartalında ünvan 1 ünvanında yaşayan Cavabdeh 0,45 hektar X11 məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək ərazidə torpaq işləri görmüşdür. Belə ki, 113 metr uzunluğunda 0,50 metr enində, 29 metr uzunluğunda, 0,40 metr enində bünövrə qazaraq təbii çay daşlarından divar hörülmüşdür. Ümumilikdə 142 metr uzunluğunda bünövrə yerinin qazılması nəticəsində əmələ gəlmiş torpaq aparılmamış və hörülmüş divarın arxa hissəsinə boşaldılmışdır. Həmçinin ərazidə 4 sm diametrində 9 ədəd, 6 sm diametrində 1 ədəd, 8 sm diametrində 3 ədəd, 12 sm diametrində 1 ədəd, 16 sm diametrində 1 ədəd olmaqla, cəmi 15 ədəd kök üstə yaş vələs, ağaclarının qanunsuz olaraq kəsildiyi faktını aşkar edilmişdir. Həmin ziyanlar nəticəsində ödəniləcək məbləğ 15 ədəd 0,34 m dəyəri 1,53 manat, dəymiş ziyan 22 manat olmaqla meşə fonduna ödəniləsi məbləğ 23,53 manat müəyyən edilmişdir. Hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 119 saylı qərarına əsasən aparıldı. Fotoşəkillərdə olan görüntülərdən görünür ki, Kiş meşəbəyliyinin 04 saylı meşə dolayının 25-ci kvartalında daşlardan tikililər inşa edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin : 4-cü maddəsinə əsasən Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 9-cu maddəsinə əsasən Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir və Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 5-ci maddəsinə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. (maddə 5.1). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (maddə 5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.(maddə 5.3). 46.1-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir. 46.2-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111.2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.3). “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun : 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. 78-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası”na əsasən meşə qanunvericiliyinin pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə qarşı iddia qaldırmaq, meşə qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək bu sahədə nəzarəti həyata keçirən qurumun hüquq və vəziflərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. ”Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüqdudlarında meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, iddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzi Cavabdeh tərəfindən Şəki rayonu, Kiş meşəbəyliyinin 4 saylı meşə dolayısının 25-ci kvartalında Dövlət meşə fondu torpaqlarına aid olan torpaq sahəsinin boşaldılıb Meşələrin İnkişafı Xidmətinin 7 saylı X1ytarılmasını, eyni zamanda həmin torpaq sahəsində apardığı qazma işləri nəticəsində vurmuş olduğu 714 (yeddi yüz on dörd) manat 74 (yetmiş dörd) qəpik ziyanlığın alınaraq Mərkəzə ödənilməsini tələb edir. Mübahisə predmetini təşkildən edən və Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin Şəki rayonu, Kiş meşəbəyliyinin 4 saylı meşə dolayısının 25-ci kvartalında yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin 15 ədəd vələs cinsindən olan kök üstə yaş ağacları özbaşına kəsib meşə fonduna maddi ziyan vurması işin halları ilə tam sübuta yetirilir. Göründüyü kimi cavabdehin əməlləri nəticəsində təbiətə maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas olmadan qeyd edilən torpaq sahəsindən istifadə etməsi, həmin ərazidə yerləşən ağacları kəsməsi, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsi boşaldılmalı, həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalı və cavabdeh tərəfindən vurulmuş maddi ziyan ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Şəki rayonu Kiş meşəbəyliyinin 4 saylı dolayısının 25-ci kvartalında 0,45 hektar Dövlət meşə fondu torpağında apardığı qazma işləri nəticəsində vurmuş olduğu 714,74 (yeddi yüz on dörd manat, 74 qəpik) maant maddi ziyan tutularaq Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin hesabına ödənilməli və cavabdeh tərəfindən həmin torpaq sahəsi boşaldılaraq Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinə təhvil verilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şəki rayonu Kiş meşəbəyliyinin 4 saylı dolayısının 25-ci kvartalında 0,45 hektar Dövlət meşə fondu torpağında apardığı qazma işləri nəticəsində vurmuş olduğu 714,74 (yeddi yüz on dörd manat, 74 qəpik) maant maddi ziyan tutularaq Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh tərəfindən Şəki rayonu Kiş meşəbəyliyinin 4 saylı dolayısının 25-ci kvartalında 0,45 hektar Dövlət meşə fondu torpağı boşaldılaraq Meşələrin İnkişafı Xidmətinin 7 saylı X10 Mərkəzinə təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-470/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-470/2024
16.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver